Yuxarıya
skip to main content

"Gallup"-ın sonuncu: “Əsas institutlara inam” ictimai rəy sorğusunun nəticələri

17.07.2021

Amerikalıların əsas dövlət qurumlarına və sosial institutlara inamında uçurum vəziyyəti və irqi əsaslı fərqlər  ictimai rəydə  parçalanma yaradıb.

 

Tahirə Allahyarova/STM-in İdarə Heyətinin üzvü


 

"Gallup"-ın  sonuncu: “Əsas institutlara inam” ictimai rəy sorğusunun nəticələri

•    ABŞ-ın əsas dövlət qurumlarına 2 aparıcı partiya tərəfdarlarının inam və etibarı 
İctimai rəyin öyrənilməsi sahəsində qlobal analitik və konsaltinq şirkəti olan Gallup  1973-cü ildən, məşhur Uotergeyt( Watergate) qalmaqalından başlayaraq, amerikalıların dövlət strukturlarına inam/etibarını  öyrənməyə başlayıb. 


 Gallup-ın bu günlərdə (14 iyul) açıqladığı “Əsas institutlara inam” (Confidence in Institutions) sorğusunun 2020-ci il üçün  nəticələri maraqlı göstəriciləri əks etdirib. 


Yeni inam sorğusunda  partiyaların əsas dövlət qurumlarına inamı məsələsinə ayrıca yer verilib.

Partiyaların prezident institutuna etibarı arasında 49 %-lik fərq, anketdəki ən böyük "uçurum"  və arzuolunmaz hal hesab edilib.  

Belə ki, prezident Baydenin Ağ Evdə mövcudluğu şəraitində prezidentlik institutuna Demokratların  62 %-i  ,Respublikaçıların isə, cəmi 13 %-i  etibar edir.

Kilsəyə və ya dini qurumlara inam: Respublikaçılar partiyasında Demokratlarla müqayisədə 2 dəfə çoxdur. Müvafiq olaraq, 51 %  və 26%-dir.

Polisə inamda da Amerikanın 2 aparıcı partiya tərəfdarları  arasında 45 ballıq məyusedici bir fərq-uçurum da aşkarlanıb:

Respublikaçıların 76% -i, Demokratların isə 31% -i polisə inanır; 

Elə isə Demokratlar partiyası kimə etibar edir? 


Həmçinin, mediaya da "mavi"amerikalılar, yəni demokratlar ("Blue America")  "qırmızı" amerikalılardan ("Red America") 2qat daha çox   etibar edir.(ABŞ-da ənənəvi olaraq partiyalar əsasən seçkilər prosesində qırmızı və mavi kimi adlanır-red.)

Maraqlı məqamlardan biri də budur ki, dövlət (pulsuz) məktəblərinə də ("public schools") Demokratlar-43%, Respublikaçılara nisbətən   iki dəfə daha çox -  20%-inanır.

Respublikaçılar və Demokratlar Partiyasının əsas sosial institutlara etibarı:


 
•    Amerikalıların bütün əsas dövlət institutlarına olan inamı çöküş yaşayır, güvən məsələsində boşluq yaranıb 
 

Beləliklə, "Gallup"-a görə, ictimai rəydə Amerika cəmiyyətində  əsas dövlət strukturlarına ümumi inam  son 10 ildə azalan xətt üzrə gedib.


“Qaraların da həyatı əhəmiyyətlidir”(Black lives matter) hərəkatının ağır təsirlərinə və kütləvi iğtişaşlarda polisə qarşı şiddətə baxmayaraq, polis -Amerikalıların əksəriyyətinin(51%),  etimad göstərdikləri üç qurumdan biridir. Digərləri - kiçik sahibkarlıq ( 70%) və ordu/hərbi qurumlar ( 72%) - ardıcıl olaraq siyahıya liderlik edir.


Amerikalıların prezidentlik institutuna inamı-39%,Məhkəmə sisteminə inam-24%,səhiyyə sisteminə(The medical system)-51%, həmkarlar ittifaqlarına-31%,böyük biznesə inam-19%,banklara inam-38%,səhiyyə xidməti institutlarına(Health Maintenance Organizations; HMOs)inam 19%-dir. 


KİV-media sisteminə gəldikdə, qəzetlərə etibar-24%, internet xəbərlərinə inam-16%,    TV xəbərlərinə inam-18% təşkil edir. Bu göstəricilər əvvəlki illərlə müqayisədə 1,5-2 dəfə aşağı düşüb.

"Gallup"-a görə inam  spektrinin  digər tərəfində  Konqres, televiziya xəbərləri, böyük biznes, ədalət mühakimə sistemi və qəzetlər durur.

12%-lə Konqres  və 18%-lə böyük biznes (% 19) 2007-ci ildən bəri siyahının sonundadır.

Tarixə baxılsa, "Gallup"-un inam sorğusunu keçirdiyi 1973-cü ildən bəri Konqresə etibarın ən yuxarı faizi 1973-cü ildə-42%, ən aşağı faiz isə 2014-cü ildə-7% olub.


Burada ortaya çıxan  paradoksal məqamla bağlı sualları qeyd etmək lazım gəlir.

 Dünyaya demokratiya etalonu kimi təqdim  və “ixrac” edilən ABŞ demokratiyasının ən başlıca simvolu olan Konqresə etibarın ən aşağı səviyyəyə yuvarlanması nədən xəbər verir? Bu demokratiyaya olan inamın çöküşü kimi dəyərləndirilə bilərmi? Cavab birmənalıdır və səbəblər çoxşaxəidir.


•    İctimai rəyin münasibətində irqi əsaslı fərqli münasibətlər nədən xəbər verir?

2020-ci ildəki qaradərililərin  polisə qarşı kütləvi etirazlarından sonra ABŞ-da polisə güvən bərpa olunur.

Qeyd edildiyi kimi, “Qaraların da həyatı əhəmiyyətlidir”(Black lives matter) hərəkatının ağır təsirlərinə baxmayaraq, polis -amerikalıların əksəriyyətinin(51%), etimad göstərdikləri üç qurumdan biridir. Cəmiyyətdə   polisə etibar bərpa olunur.
Bununla yanaşı, Gallup, polisə güvənən respondentlər arasında irqi əsaslı  böyük bir  fərq aşkarlayıb.

Ağ amerikalı respondentlərin 56% -i polisə inandığı halda, qaradərili amerikalıların 27%-i polisə  etibar edir.  


Kütləvi iğtişaşlara baxmayaraq, bu faiz, Corc Floydun öldürülməsindən dərhal sonra 2020-ci ildə qaradərililərin  bildirdiyi 19%  inamdan  çoxdur. Ağlar arasında inam dəyişməz olaraq qalıb.

 Məhkəmə Ədalət Sisteminə inamda irqi əsaslı fərqlər kifayət qədər qabarıqdır .


Ağ və qara amerikalılar ümumilikdə  polisə güvəni olduğu halda, hər iki qrupun, ümumiyyətlə, ədalət mühakimə sisteminə  inamının olmaması aşkarlanıb. Məhkəmələrə ağ amerikalıların yalnız 17% -i (ötən il 24%) və qaradərililərin 11% -i müəyyən qədər etimad göstərirlər.
 
Ağ və qaradərili amerikalıların bir sıra ABŞ institutlarına olan inamlarında fərqlər ənənəvi olaraq mövcud olub və indi də var.
Bununla yanaşı, polisə inamda ağ və qaradərili respondentlərin n münasibətlərindəki fərq, başqa əsas qurumlarla müqayisədə ən gözə çarpandır. Polisin etibar məsələsində ağlar və qaralar arasındakı  29 ballıq fərq-uçurum sayılmaqla, kiçik biznesə münasibətdə aşkarlanan19 ballıq fərqi də üstələyir.


Həmçinin, hərbi və elm sahəsində, ABŞ Ali Məhkəməsi, prezidentlik institutu və televiziya xəbərlərinə münasibətdə də irqi əsaslı fərqlər var. Ağ Amerikalılar, prezidentlik və televiziya xəbərlərindən başqa, bu institutların  hamısına qaradərili amerikalılardan daha çox güvənirlər.


Ağ, qaradərili və ispan mənşəli amerikalıların ABŞ institutlarına münasibətlərindəki fərqlər: