STM əməkdaşları Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb

05.07.2021

5 iyul 2021-ci il tarixində Sosial Tədqiqatlar Mərkəzində Rusiya Federasiyasının Azərbaycandakı diplomatik nümayəndəliyinin heyəti ilə görüş keçirilib. 


Görüşdə STM İdarə Heyətinin üzvləri və əməkdaşlar Mərkəzin fəaliyyət dairəsinə aid olan məsələlər və həyata keçirilən layihələr haqqında qonaqlara ümumi məlumat veriblər. 

Eyni qaydada, səfirlik nümayəndələri münasibətlərin inkişafı və əlaqələrin təşkili ilə bağlı lazımi koordinasiyanın təmin edilməsinə dair dəstək göstərilməsində maraqlı olduqlarını ifadə ediblər. 

Nümayəndəliyin üzvləri ilə STM kollektivinin qarşılıqlı fikir mübadiləsi ölkələr arasında sosial, siyasi-iqtisadi, o cümlədən, mədəni, humanitar sahədə fəaliyyət göstərən institut və təşkilatların əlaqələrinin genişləndirilməsi istiqamətində davam edib. Qeyd edilən məsələlərlə bağlı Azərbaycan və Rusiyanın müvafiq qurumlarının əməkdaşlıq perspektivləri və bu istiqamətdə ikitərəfli təşəbbüslərin reallaşdırılması ilə bağlı səmərəli müzakirələr edilib.

Görüşün yekununda Mərkəzin apardığı sosioloji sorğu tədqiqatları və dərc etdiyi digər nəşrlər qonaqlara təqdim edilib.