Yuxarıya
skip to main content

Vətən müharibəsi və 2020-ci ilin yekunları

24.12.2020

Sosial Tədqiqatlar Mərkəzi (STM) yarandığı vaxtdan etibarən, dövlət başçısı,  Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsindəki fəaliyyəti ilə bağlı ictimai rəy sorğuları əsasında analitik hesabatlar təqdim edir.

Sorğular Azərbaycanda davamlı aparılması baxımından ilk dəfə olmaqla yanaşı, dünya təcrübəsində “İnam indeksi”, həm də performans indeksi kimi məlum olan, dövlət başçılarına ictimai rəydə etibar, dəstək reytinqlərini müəyyən edən tədqiqatlarda tətbiq edilən elmi metodlarla aparılır. Bu silsilədən olan tədqiqatlarda əsas məqsəd-ictimai rəydə prezidentin fəaliyyətinə münasibəti operativ öyrənmək, çevik dəyərləndirmək, rüblük monitorinqlərin nəticələrini müqayisəli təhlil etməklə ictimai rəyin  dinamika və tendensiyalarını izləməkdir.

Təqdim edilən rəy sorğusu 2020-ci ilin son rübündə-müasir tariximizin Zəfər səlnaməsinin yazıldığı Vətən müharibəsi dövründə prezident, Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinə münasibəti əks etdirir. Sözü gedən dövrdə Azərbaycanın siyasi liderinin milli maraqlara və siyasi iradəsinə əsaslanan qərarları sayəsində müstəqil dövlətçiliyimizin tarixində yeni-şanlı Zəfər səhifələri yazıldı. Müvafiq olaraq, Prezidentin fəaliyyəti ilə bağlı ictimai rəydə inam və etimad daha da yüksəlib.

Təqdim edilən rəy sorğusunda respondentlərə aşağıdakı istiqamətlər üzrə suallar ünvanlanıb:

  • Prezidentin fəaliyyətinin müxtəlif istiqamətlər üzrə səmərəlililiyinin dəyərləndiriliməsi;
  • Qarabağın hərbi yolla azad edilməsinə inamın əsasında duran amillərin öyrənilməsi;
  • Vətən müharibəsində qələbəmizi təmin edən əsas hansı amillərin olması;
  • 2020-ci ildə ölkə başçısının fəaliyyətində daha çox təqdir edilən və edilməyən məqamlar;
  • Müharibə və pandemiya dövründə əhalinin hiss etdiyi əsas təhlükələrin öyrənilməsi

Sorğunun metodoloji prinsipləri.

Sorğu Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında aparılıb. 

Respondentlərin seçimi. Sorğuda təsadüfi üsulla seçilmiş 1217 respondent iştirak edib. Seçmədə  hər iqtisadi rayon üzrə sorğuya cəlb olunacaq respondentlərin sayı proporsional olaraq müəyyənləşdirilib.

Tədqiqat yanaşması və sorğunun aparılma üsulu. Tədqiqat yanaşması olaraq, təkrar tədqiqat dizaynı seçilib. Metodologiya elmində təkrar tədqiqat dizaynı uzunmüddətli dövr üçün tendensiyaları ölçmək üçün istifadə edilir. Belə ki, cari sorğu 2020-ci ilin əvvəlində başlayan və artıq 2 dəfə keçirilmiş sorğunun 3-cüsünü təşkil edib. Sorğunun aparılmasında telefon müsahibəsi üsulundan istifadə olunub. Sahə işi 2020-ci ilin 6-13 dekabr tarixlərində aparılıb. Telefon zəngləri saat 10:00-21:00 arasında həyata keçirilib. Sorğunun orta keçirilmə müddəti 23 dəqiqə 17 saniyə olub.

Sorğuda iştirak edən respondentlər əhalinin bütün sosial-demoqrafik qruplarını təmsil edib. Seçmənin sayı əsasında statistik xəta əmsalı 2,8%, əminlik dərəcəsi 95%-dir.

SORĞUDA ƏLDƏ OLUNAN NƏTİCƏLƏRİN İCMALI

  1. 2020-ci ildə Prezidentin fəaliyyəti ictimai rəydə

          Ölkə başçısının 2020-ci ildəki fəaliyyətində ən çox təqdir olunan fəaliyyətləri aşağıdakı kimi sıralanıb:

  • Respondentlərin 96.4%-i Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasını 2020-ci ildə ölkə başçısının fəaliyyətinin ən uğurlu nəticəsi kimi qiymətləndiriblər.
  • 75.2% respondent ölkə başçısının müharibə veteranları və yaralı hərbçilərlə görüşməsini və işğaldan azad olunmuş torpaqlara səfər etməsini təqdir edib.
  • 2020-ci il ərzində Prezidentin daha çox insan tərəfindən (68.5%) təqdir olunan digər fəaliyyəti bir sıra icra hakimiyyəti başçılarının, yüksək vəzifəli şəxslərinqanunazidd fəaliyyətinə görəvəzifədən uzaqlaşdırılması olub.
  • Respondentlərin 65.6%-i Ali Baş Komandan İlham Əliyevin xalqa daim qələbə müraciətləri etməsini,62.1%-i dövlət başçısının xarici KİV-lərə müsahibələrini və hücum diplomatiyasını 2020-ci ildəki fəaliyyətləri sırasında təqdir edib.
  • Prezidentin korrupsiyaya qarşı mübarizəni gücləndirməsi və sərt mövqe göstərməsi 60.2% respondent tərəfindən təqdir olunub.
  • Prezidentin pandemiyanın mənfi təsirlərini azaltmaq üçün həyata keçirdiyi sosial dəstək siyasəti 60.1% respondent tərəfindən təqdir olunub. Prezidentin bu fəaliyyətini təqdir edənlərin 27.6% pandemiya vaxtı gəlirlərin itirilməsi baxımından narahatlığı olmayıb.
  • Eyni zamanda, rəyi soruşulanların 37.9%-i belə düşünür ki, pandemiya nəticəsində əhaliyə dəymiş zərər adekvat  kompensasiya edilməyib.
  • Prezident İlham Əliyev tərəfindən pandemiyaya qarşı mübarizənin idarə edilməsində strateji qərarların qəbul edilməsi 58.8% respondent tərəfindən təqdir edilib.
  • 57.1% respondent Prezidentin beynəlxalq tədbirlərin təşəbbüskarı olmasınıtəqdir edib.
  • 2020-ci ildə ölkə başçısının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirdiyi görüşlərin ictimailəşdirilməsi55.0% respondent tərəfindən təqdir olunub.
  • Sorğuda iştirak edənlərin böyük əksəriyyəti (83.3%) 2020-ci ildə ölkə başçısının fəaliyyətində təqdir etmədiyi məqamın olmadığını qeyd edib. Bununla yanaşı, respondentlərin 16.7%-i, başqa sözlə 203 nəfər 2020-ci ildə Prezidentin fəaliyyətində bir sıra sahələrdəsərt mövqe göstərmədiyi qənaətindədirlər.
  • Həmin respondentlərin (203 nəfər)44.7%-nin qənaətinə görə, korrupsiyaya qarşı mübarizədə dövlət başçısı sərt mövqe göstərilməsini gözlədiklərlərini qeyd edib.. Rəyi soruşulanların 42.1%-i dövlət başçısı tərəfindən qanunazidd fəaliyyətlərə yol verən bəzi məmurların cəzalandırılmamasını,13.2% isə itirilmiş torpaqlarımızın hamısının qaytarılmamasınıtəqdir etmədiklərini məqam kimi qeyd edib.

II. Ali Baş Komandanın hərbi-siyasi strategiyası

  • Respondentlərin 29.8%-i bu qənaətdədir ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk illərdəngenişmiqyaslı müharibəyə hazırlaşıb.
  • Sorğuda iştirak edənlərin 12.4%-i İlham Əliyevin prezidentlik dövrünə nəzər saldıqda 2020-ci ildən onun genişmiqyaslı müharibəyə hazırlaşdığını hiss edib.Respondentlərin 22.2%-i isə 2014-2018-ci illərdəki dövrü qeyd edib.
  • Rəyi soruşulanların 20.2%-i bildirib ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə onun genişmiqyaslı müharibəyə hazırlıqlar görməsiniheç vaxt hiss etməyib.
  • Respondentlər düşünür ki, genişmiqyaslı müharibənin davam etdirilməsində Ali Baş Komandanın ən çox etibar etdiyi iki qüvvə: ordu (67.2%) və xalq (54.8%) olub.
  • Prezidentin genişmiqyaslı müharibənin davam etdirilməsində orduya etibar etdiyini deyənlərin 71.7%-i qələbəmizdə müasir hərbi texnoloji təminatın əsas rol oynadığını bildirib.
  • Ali Baş Komandan genişmiqyaslı müharibənin davam etdirilməsində xalqa etibar etdiyini deyənlərin 59.3%-i Vətən müharibəsində qələbəmizdə Azərbaycan xalqının dövləti və ordunu dəstəkləməsinin rolunun əsas amillərdən biri olduğunu deyib.
  • 34.9% respondent Ali Baş Komandanın genişmiqyaslı müharibənin davam etdirilməsində öz qətiyyətinə və strateji təfəkkürünə, 32.2% isə Türkiyə və Pakistanın siyasi dəstəyinə etibar etdiyini düşünür.
  • Əhalinin fikrinə əsasən deyə bilərik ki, II Qarabağ müharibəsindəki qələbəmizin əsas təminatçısı ordumuz və Ali Baş Komandandır. 64.1% respondent belə düşünür ki, Vətən müharibəsində qələbəmizin əsasında müasir hərbi texnoloji təminatlı ordu dayanır. Rəyi soruşulanların 63.2%-i Prezidentin uğurlu xarici siyasətinin Vətən müharibəsində qələbəmizin əsasında duran amillər sırasında qeyd edib.
  • Respondentlərinin yarısı (50.5%) düşünür ki, Vətən müharibəsində qələbəmizin əsasında Azərbaycan xalqının dövləti və ordunu dəstəkləməsi, 38.0%-i isəTürkiyə və Pakistanın siyasi dəstəyidayanır.
  • 30.5% respondent isə Vətən müharibəsində qələbəmizin əsasında Prezidentin şəxsi iradəsi amilini qeyd edib.
  • Cari sorğu nəticələrinə əsasən 66.8% respondent belə düşünür ki, 10 noyabr tarixində imzalanmış Bəyanat itki vermədən 3 rayonun işğaldan azad olunması ilə nəticələndi. 61.5% respondent yuxarıdakı fikirləri təsdiq edərək düşünür ki, üçtərəfli bəyanat Azərbaycanın həm hərbi, həm də siyasi qələbəsini ifadə edir.
  • Sorğuda iştirak edənlərin yarısı (49.9%) isə düşünür ki, Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarının imzaladığı üçtərəfli bəyanat Ermənistanın tam məğlubiyyətini ifadə edir.
  • Rəyi öyrənilənlərin 11.2%-i Qarabağın gələcəyi ilə bağlı qeyri-müəyyənliklərin qalmasından narahatdırsa, 5.2% 5.8% isə Ermənistan üzərində tam qələbənin əldə edilmədiyiniistədiyimiz nəticələrə tam nail ola bilmədiyimizi düşünür

III. Prezidentin ictimai-siyasi fəaliyyətlərinə dair informasiya mənbələri

  • Ümumiyyətlə respondentlərin əhəmiyyətli hissəsi (78.6%-i çox yaxşı və 16.8%-i qismən yaxşı olmaqla) əvvəlki dövrlərlə müqayisədə müharibə dövründə ölkəmizin beynəlxalq informasiya məkanındakı mövqeyini müsbət qiymətləndirmişdir
  • Ölkəmizin beynəlxalq informasiya məkanında mövqeyini çox yaxşı qiymətləndirən 78.6% respondentin 66.5%-i Prezidentin xarici mediyaya müsahibələrini müntəzəm olaraq izlədiklərini bəyan etdiyi halda, 24.7%-i tez-tez, 6.7%-i nadir hallarda izlədiklərini bildirmişlər. 
  • Respondentlərin 87.7%-i beynəlxalq informasiya məkanında mövqeyimizin güclü olmasını, Ali Baş Komandanın beynəlxalq media mənsublarına verdiyi intensiv müsahibələrdə müharibə və sülh savaşındahəm hərbi sərkərdə,həm də siyasi lider şəxsiyyəti kimi keyfiyyətlərlə bacarığı ilə əlaqələndirirlər.
  • Sözügedən üstünlüyü şərtləndirən digər amillər kimi Türkiyə Cümhuriyyətinin aparıcı media quruluşlarının prosesi davamlı işıqlandırması (65.7%)digər xarici ölkələrin KİV nümayəndələrinin Azərbaycana gələrək vəziyyətlə yerində tanış olma (58.7%) amilləri təsbit edilmişdir.
  • Respondentlərin 66.3%-i Ali Baş Komandanın xarici media nümayəndələrinə müsahibələrini müntəzəm23.6%-i tez-tez izlədiyi halda sadəcə 1.8%-i nadir hallarda izləmişdir.
  • Prezidentin xalqa müraciətlərini respondentlərin 72.2%-i müntəzəm22.2%-i tez-tez izləmişdir. İctimai rəy təhlillərinə əsaslanaraq qeyd edə bilərik ki, respondentlərin mütləq əksəriyyəti Ali Baş Komandanın xalqa müraciətlərini davamlı olaraq izləmişdir.
  • Xarici mediaya müsahibələrdə respondentlər tərəfindən əsas üstünlüklər kimi dəyərləndirilən məqamlara gəlincə Ali Baş Komandanın bütün təxribat xarakterli suallara dolğun cavab verməsi 85.3%, peşəkarlığı, yüksək diplomatik hazırlığı 82.8% və Prezidentin yüksək səviyyəli xarici dil bacarıqlarına malik olması 79.4% faktorları ön plana çıxır.
  • Respondentlərin 56.0%-i Ali Baş Komandanın bu müsahibələr zamanı olduqca soyuqqanlı davranışı və emosiyalarını peşəkarlıqla idarə etdiyi rəyindən çıxış ediblər.
  • Ali Baş Komandanın xalqa müraciətlərinə mövqe bildirən respondentlər əsasən 44 günlük müharibə dövründə Prezidentinproseslərə ciddi nəzarət etməsi (73.4%),sadə dildə ifadə edilmiş siyasi üsluba üstünlük verməsi (63.8%) kimi məqamları ön plana çıxarıb.
  • Ali Baş Komandanın xarici media mənsublarına verdiyi müsahibələr və xalqa müraciətlərinə əlçatımlılıq baxımından TV və sosial media alətləri respondentlər tərəfindən ən çox istifadə olunan kommunikasiya kanalları kimi qiymətləndirilmişdir (müvafiq olaraq TV-lər 91.3% - sosial media 29.9%).(Çox varinatlı cavab olduğu üçün faiz 100-dən yuxarı ola bilər)
  • Bu istiqamətdə əhalinin ölkə başçısının yerli və xarici kanallara verdiyi müsahibə, xalqa müraciət və səfərlərinə dair növbəti məlumat mənbəyi Prezidentin sosial şəbəkə hesablarıdır - 8,1%.
  • Prezidentin sözügedən istiqamətdə fəaliyyətinə dair məlumatları xəbər saytlarından cəmi 3,9%,internet TV-lərdən isə 2,4% respondent izləyir.(Qeyd:Sözügedən nətcələr 44 günlük Vətən Müharibəsi zamanı informasiya təhlükəsizliyi baxımından internet resurslarına tətbiq olunmuş məhdudiyyətlə bağlıdır)
  • Ölkə başçısının sözügedən istiqamətdə fəaliyyəti ilə bağlı məlumatları respondentlərin 53.0%-i Facebook, 45.1%-i Instagram sosial platformasından əldə etdiyi halda, təxminən 30% respondent YouTube sosial şəbəkəsinə müraciət edib.
  • Ölkə rəhbərinin müsahibə, xalqa müraciət və səfərlərini sosial şəbəkə istifadəçilərinin 66.7%-i Prezidentin Twitter hesabından izləyib. Müvafiq məqsədlə Prezidentin Facebook və Instagram səhifələlərinə müaciət edənlərin göstəricisi 23.2% təşkil edib.
  • Prezidentin siyasi müraciətlərində istifadə etdiyi ifadələrin xalqda oyatdığı təəssüratların əsas nəticəsini insanların da gündəlik ünsiyyətdə o ifadələri işlətməyə başlamasında görənlər əhalinin əhəmiyyətli hissəsini (79.7%) təşkil edir.
  • 61.2% respondent hesab edir ki, dövlət başçısının nitqində istifadə etdiyi ifadələr xalq dilinə yaxın olduğu üçün xalq deyimlərinə çevrilib. Rəyi öyrənilənlərin təxminən yarısı (48.8%) prezidentin siyasi nitqində işlətdiyi ifadələrdən sonra insanlarınsosial şəbəkələrdə bununla bağlı paylaşımlar etməyə başladığını bildirib.
  • Ətrafda bu ifadələrin yazıldığı yazılar, plakatlar məhz ölkə rəhbərinin çıxışlarının yaratdığı təəssüratlardan biri kimi əhalinin 35.5%-nin rəyində əksini tapıb.
  • 44 günlük Vətən Müharibəsi davam edən dövrdə respondentlərin 7.2% Prezidentə münasibətini ona təşəkkür məktubu yazaraq bildirib.
  • Məlumdur ki,Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır nöqtə” ifadəsinə cavab olaraq İlham Əliyevin Valday disskusiya klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsi həmin dövrdən xalqda böyük əhval-ruhiyə yaradaraq, milli şüara çevrildi. STM tərəfindən 2019-cu ildə keçirilən “İnam indeksi-01” sorğusunda respondentlərin 80%-i  bu çıxışın Qarabağ probleminin həllində irəlilyişə səbəb olacağını bildirmişdir. Onun nəticəsidir ki, bu ifadə Vətən müharibəsindəki qələbələrimizin şüarına çevrildi. Analoji istiqamət üzrə ölkə rəhbərinin çıxışlarında ən çox yadda qalan ifadənin “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” olduğunu 66.8% respondent bildirib.
  • Azərbaycanın qələbəsinin təmin edilməsində Ali Baş Komandanın polad siyasi iradəsinin rəmzi olaraq tanınan “Dəmir yumruq” şüarı 48.9% respondentin nəzərində ən çox yaddaqalan ifadələrdən biri olaraq dəyərləndirilib.

IV. Vətən müharibəsindən sonra Prezidentinsiyasi lider kimi şəxsi keyfiyyətlərinə ictimai münasibət

  • 44 gün davam edən II Qarabağ müharibəsi əhalinin mütləq əksəriyyəti(81.6%) Prezidentdə yeni şəxsi keyfiyyətlərmüşahidə edib.
  • Prezidentdə yeni şəxsi keyfiyyətlər müşahidə etdiyini deyənlərin 87.3%-nin Prezidentə etibarı artıb.
  • Təxminən hər 5 nəfərdən birində Prezident barədə hər hansısa fikir dəyişikliyi müşahidə edilməyib. Bununla yanaşı fikirlərində heç bir dəyişiklik olmadığını (18.2%) deyənlərin 74.8%-nin Prezidentə etibarı artıb.
  • 81.6% respondentin nəzərində əsasən iki dəyişiklik önə çıxır. Belə ki, təxminən 70.0% respondent müharibə nəticəsində Prezidenti xalqa yaxın və xalqın fikrini dəyərləndirəninsan kimi tanıdığını bildirib. 67.3% isə Prezidentin timsalında Heydər Əliyev kimi milli lider nümunəsini gördüyünü bildirib.
  • Respondentlərin 29.8%-i Ali Baş Komandanın Vətən müharibəsindəki xidmətlərinin xüsusi adla qiymətləndirilməsinin tərəfdarı olduğunu bildirib. Sorğuda iştirak edənlərin 1/3-nin bu mövqedən çıxış etməsi onu göstərir ki, ictimaiyyət arasında məhz Ali Baş Komandan üçün xüsusi adın təsis olunmasının tərəfdarları çoxdur.
  • Rəyi soruşulanların 27.9%-i Ali Baş Komandanın Vətən müharibəsindəki xidmətlərinin yüksək qiymətləndirilməsini istədiklərini bildiriblər. Lakin bu respondentlər  qiymətləndirilmənin necə edilməsi ilə bağlı konkret təklif bildirməyib.

V. Vətən müharibəsi iştirakçılarının təltifi və sosial təminatları ilə bağlı dövlət qərarları ictimai rəydə

  • Respondentlərin mütləq əksəriyyəti 93.7%-i (84.9%- “çox yaxşı”, 8.8%-i isə “əsasən yaxşı”) müharibədə göstərdikləri xidmətlərə zabit və əsgər heyətinin təltif olunmasını müsbət qiymətləndirmişdir. Maraqlı məqam ondan ibarətdir ki, respondentlərin 5.6%-nin təltifər ilə bağlı məlumatlı olmadığını bəyan etməsidir.
  • Müvafiq tarixi günlərin qəbul edilməsi ilə bağlı qərara isə münasibət respondentlərin mütləq çoxluğu tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, 27 sentyabrın Anım günü kimi qeyd edilməsi ilə bağlı həmfikir olduğunu bəyan edənlər respondentlər rəyi öyrənilənlərin 96.7%-ni, “8 noyabr”ın “Qələbə günü” kimi qeyd edilməsi ilə bağlı qərarı dəstəkləyənlər isə 99.0% civarındadır.
  • Şəhid ailələri və müharibə veteranlarının sosial rifahının yaxşılaşdırılması və dövlət qayğısının təmini istiqamətində müəyyən edilmiş müavinətlərə münasibətə gəldikdə isə rəyi öyrənilənlərin 64.2%-imüxtəlif dərəcələrdə müsbət yanaşma sərgiləmişdir (46.2%-i “çox yaxşı”, 18.0%-isə “əsasən yaxşı”). Buna baxmayaraq 16.4%-lik bir respondent seqmenti (9.2%“əsasən pis”, 7.2%“çox pis”) əks mövqe sərgiləmişdir.
  • Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, sözügedən məsələ ilə bağlı məlumatsız olduğunu qeyd edən respondentlər ümumi rəyi öyrənilənlərin 17.5%-ni təşkil edir.

VI. Post-Müharibə dövrü: işğaldan azad edilmiş ərazilərdə yenidənqurma təşəbbüsləri ictimai rəydə

  • İşğaldan azad olunmuş ərazilərin yaxın dövrlərdə bərpası ilə bağlı bəyanatlara inam mütləq çoxluqla (97.7%) xarakterizə edilməkdədir. Onlardan 69.6%-i bu işlərin qısa müddətdə reallaşacağını düşündüyü halda, 28.1%-i prosesin zaman alacağını güman edirlər.
  • Belə ki, məşğulluq və rifah səviyyəsinin artacağını güman edənlər ümumi respondentlərin 75%-ni,yeni iqtisadi perspektivlər üçün zəminin yaranacağını qeyd edənlər 55.3%-i və ən əsası rəyi öyrənilənlərin 43.6%-i II Qarabağ müharibəsinin dondurulmuş münaqişələrin həlli istiqamətində nümunə olacağı qənaətini bölüşüblər.

VII. Prezidentin müxtəlif istiqamətlərdəki fəaliyyəti ictimai rəydə

  • Respondentlərin mütləq əksəriyyəti Prezidentin rəhbərliyi ilə ordu quruculuğu və təkmilləşdirilməsi istiqamətində görülən işlərini çox səmərəli qiymətləndirir (94.6% “çox səmərəli”, 1.0%  “əsasən səmərəli”)
  • Respondentlərin mütləq əksəriyyətitərəfindən səmərəli qiymətləndirilən Prezidentin növbəti fəaliyyəti əhalinin şəxsi və mülki təhlükəsizliyinin təmin edilməsidir (müvafiq olaraq 78.7% “çox səmərəli”, 17.8% “əsasən səmərəli”).  
  • Respondentlərin böyük əksəriyyəti Prezidentin xarici siyasət istiqamətindəki fəaliyyətini 85.1% çox səmərəli, 10.4%-i isə əsasən səmərəli qiymətləndirir.
  • Prezidentin əhalinin sosial müdafiəsinin təminatı istiqamətindəki fəaliyyətini respondentlər müxtəlif dərəcələrdə (71.3% “çox səmərəli”, 20.1% “əsasən səmərəli”) səmərəli hesab etsə də, əks mövqedə qərarlaşanların çəkisi 5.7%-ə bərabərdir.
  • Rəyi öyrənilənlərin böyük əksəriyyəti əhalinin sağlamlığının qorunması istiqamətində Prezidentin gördüyü işləri müxtəlif dərəcələrdə (70.5% “çox səmərəli”, 19.4% “əsasən səmərəli”) səmərəli qiymətləndirib. 9.0% respondent isə əks mövqedən çıxış edib.
  • Qeyri-neft sektorunun inkişafı istiqamətlərindəki fəaliyyətləri 62.3% “çox səmərəli”, 25.0% “əsasən səmərəli” dəyərləndirib.
  • Prezidentin kadr islahatları istiqamətindəki fəaliyyətini respondentlərin əhəmiyyətli hissəsi müxtəlif dərəcələrdə (65.4% “çox səmərəli”, 21.0% “əsasən səmərəli”) səmərəli dəyərləndirib.Sorğuda kadr islahatlarını səmərəsiz qiymətləndirən respondentlərin çəkisi 8.2% təşkil edib.
  • Prezidentin ordu quruculuğu və təkmilləşdirilməsi istiqamətindəki fəaliyyəti STM tərəfindən yanvar-mart, iyun aylarının qiymətləndirilməsini əhatə edən sorğu nəticələrində

VIII. Müvafiq şəxs, qurum və təşkilatlara etibarlılıq

  • 44 günlük müharibə dövründə fəaliyyəti ən çox bəyənilən 3 qurum Müdafiə Nazirliyi (61.5%), Daxili İşlər Nazirliyi (26.5%)Xarici İşlər Nazirliyi (24.3%) olmuşdur.
  • Son 6 ayda bəyənilən qurumlar da eynidir. Hər iki dövrdə digər nazirliklərlə müqayisədə Müdafiə Nazirliyinin (37.7%) fəaliyyəti əhali tərəfindən digər Daxili İşlər Nazirliyi (25.8%)Xarici İşlər Nazirliyinə (14.8%) nisbətdə daha müsbət qiymətləndirilmişdir.
  • 44 günlük müharibə dövründə fəaliyyəti ən çox bəyənilməyən 4 qurum Səhiyyə qurumları (45%-i), Təhsil Nazirliyi (34.4%)və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 34.2 faiz,Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (21.4%) olmuşdur. Qeyd edək ki, cavablar çoxvariantlı olduğundan faiz həddi 100-dən yuxarı ola bilər.
  • Lakin son 6 ayda fəaliyyəti bəyənilməyən nazirliklərin sıralaması fərqlidir. Belə ki, Səhiyyə Nazirliyi (39.5%),Təhsil Nazirliyi (25.1%)Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (22.3%) son 6 ayda fəaliyyətləri bəyənilməyən qurumlardır.
  • Müharibə dövründə ümumilikdə səhiyyə qurumlarının fəaliyyətini 17% bəyəndiyi halda, ondan sonra rəyin soruşulunların 45%-i bəyənməyib.
  • Analoji göstərici son 6 ay üçün bəyənənlər 18.3%, bəyənməyənlər 61.7% təşkil edir.
  • Əhalinin bir sıra şəxs və qurumlara etibarında müxtəlif dərəcələrdə artım və azalmalar müşahidə edilib. Prezident və I Vitse-Prezident institutlarınaetibar müvafiq olaraq 85% və 56.5% respondentdə artıbsa, 13.7% və 37.5% respondentdə əvvəlki qədər yüksək qalmaqda davam edir.
  • İyun ayında aparılan analoji sorğu ilə müqayisə göstərir ki, Prezident və I Vitse-Prezident institutlarına etibar üzrə əsaslı dəyişiklik müşahidə edilməsə də,bəzi digər qurumlar üzrə fərqlər mövcuddur. Cari sorğuda Milli Məclisə etimad iyun ayına nisbətdə müəyyən qədər azalıb.
  • Etibarlılıq dərəcəsində ən ciddi azalma isəyerli icra hakimiyyəti və məhkəmə sistemi üzrə qeydə alınıb.
  • Yerli icra hakimiyyətlərinə etibarı olmayanlar Şəki-Zaqatala (48.8%) və Abşeronda (46.2%) üstünlük təşkil edir. Analoji göstərici Dağlıq Şirvanda 32.6%, Lənkəranda 31.7%, Bakıda 25.7%, Yuxarı Qarabağda 23.7%, Quba-Xaçmazda 14.5%,  Gəncə Qazaxda 14%, Aranda12.4% təşkil edir.
  • Pandemiya dövründə əhalinin böyük əksəriyyəti qida məhsullarına (73.7%)tibbi-gigiyenik vasitələrə əlçatanlıq (70.3%) baxımından özünü tam təhlükəsizlikdə hiss edib. Ümumilikdə götürsək respondentlərin mütləq əksəriyyəti bu baxımdan özlərini müxtəlif dərəcələrdə təhlükəsizlikdə hiss ediblər.
  • Pandemiya dövründə respondentlərin müyyən hissəsi sağlamlıq (32.9%)gəlirlərin itirilməsi(33%)baxımından özlərini müxtəlif dərəcələrdə təhlükədə hiss ediblər. 
  • Müharibə ərzində respondentlərin özlərinə qarşı gözlədikləri iki təhlükə- Ermənistanın terror hücumuna məruz qalma (32.1%) və müharibə cinayətlərinə məruz qalma (35.7%) olmuşdur. Ermənistanın terror hücumuna məruz qalma ən çox Yuxarı Qarabağda (54.2%), Abşeron (47.5%), Aran (45%) üzrədir.Müharibə cinayətlərinə məruz qalmabaxımından ən çox təhlükə hiss edənlər Yuxarı Qarabağda (54.2%), Gəncə-Qazaxda(48.2%), Aranda(47.0%) yaşayanlardır.

           

Prezident İlham Əliyevin həm Vətən müharibəsi dövründə, həm də ümumilikdə 2020-ci ildəki fəaliyyəti əhali tərəfindən səmərəli qiymətləndirilir. 2020-ci il COVID-19 pandemiyası fonunda bütün dünyada olduğu kimi Azərbaycanda çətinliklərin yaşandığı il oldu. Buna baxmayaraq, 2020-ci il Azərbaycan dövlətinin tarixində torpaqlarımızın işğaldan azad olunması nəticəsində Zəfər ili oldu. Bu Qələbənin başında ölkə rəhbərinin geosiyasi vəziyyəti düzgün dəyərləndirməsi, milli səfərbərliyə və Silahlı Qüvvələr üzərində güclü hakimiyyəti, resurslardan düzgün istifadəsi, diplomatik bacarıqları dayanır. Müsbət haldır ki, ölkə əhalisi Prezidentin bu fəaliyyətini dərindən təhlil edir və yüksək dəyərləndirir. Torpaqlarımızın işğaldan azad olunması həm də əhalidə ölkə başçısından  növbəti illər üçün yeni  müsbət gözləntilər yaradır.