Prezidentin fəaliyyəti ictimai rəydə- 2020-ci ilin yekunu
24.12.2020
Təqdim edilən rəy sorğusu 2020-ci ilin son rübündə-müasir tariximizin Zəfər səlnaməsinin yazıldığı Vətən müharibəsi dövründə prezident, Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinə münasibəti əks etdirir. Sözü gedən dövrdə Azərbaycanın siyasi liderinin milli maraqlara və siyasi iradəsinə əsaslanan qərarları sayəsində müstəqil dövlətçiliyimizin tarixində yeni-şanlı Zəfər səhifələri yazıldı. Müvafiq olaraq, Prezidentin fəaliyyəti ilə bağlı ictimai rəydə inam və etimad daha da yüksəlib.