Yuxarıya
skip to main content

Ən çox asılılıq yaradan qüvvə- sosial media

21.11.2020

Tütün və alkoqol kimi asılılıq yaradan məhsulların  açıq-aşkar satıldığını bilirik. Bəs bunlardan daha təhlükəlisi varmı?

 

Son zamanlarda sosial medianın yaratdığı asılılıq haqqında yazılmış məqalələr, kitablar və TEDx söhbətləri böyük marağa səbəb olur. Lakin asılılıq yaradan bu  şirkətlər bu barədə danışmırlar və bu getdikcə etnik məsələyə çevrilir.  Həqiqətən də, sosial media şirkətləri tütün və alkoqol müəssisələrindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Belə ki, müəyyən  sosial media platformasını nə qədər çox istifadə etsəniz, o platform konkret olaraq sizin üçün daha çox asılılıq yaradır .

 

Sosial media şirkətləri platformalarını hər bir istifadəçiyə uyğunlaşdırır və bu istifadəçinin verdiyi məlumatları istifadə edərək, platformanın həmin istifadəçi üçün asılılıq səviyyəsini artırır. Çünki, sosial media şirkətləri texnoloq Ceyron Lanierin dediyi kimi “daha ​​yaxşı nəticə əldə etmək üçün özlərinə kiçik dəyişikliklər edən” adaptiv alqoritmlərdən istifadə edirlər, burada “daha ​​yaxşı” sının daha cəlbedici və öz növbəsində daha sərfəli olduğu anlaşılır. Nəticə etibarı ilə asılılıq yaranmış olur.

 

    

Bütün  bunlar bizi necə narahat edir?

 

İnsanların bir çoxu səhər işə gedərkən yaxınlıqdakı kafedə səhər yeməyi yeyirlər. Müəssisə rəhbərləri onlar getdikdən sonra içdikləri qəhvə fincanını analiz edirlər.  Tüpürcək vəzlərindən asılılıq yarada biləcək dadları götürülər və öz buna uyğun olaraq öz “resept”lərini hazırlayırlar. Bu zaman müştərilər şikayət edə bilərlər lakin unutmamaq lazımdır ki, bunlar qeyri-iradi baş vermir.

 

Bənzər bir şey sosial mediada davam edir. Sosial media platformasından istifadə etdikdə, onun uyğunlaşma alqoritmlərinin platformanı sizin üçün daha çox asılılıq yaratmasına kömək edirsiniz (və alqoritmləri sizə uyğun olaraq təsnif edən digər insanlar). Müəyyən bir sosial media şirkətinin platformasından istifadə etmək üçün (bəlkə də asılılıq potensialını bilməklə) könüllü olaraq qeydiyyatdan keçsəniz də, bu, şirkətin platformanın sizin üçün asılılıq potensialını artırmağa kömək etmək üçün könüllü olduğunuz demək deyil.

  

Əslində, nə qədər çox alkoqol qəbul edirsinizsə  və ya siqaret çəkirsinizsə, bu maddələrin ehtimal var ki,  daha çox aludə olasınız. Asılılıq yaradan məhsul satan müəssisələr uzun müddət daha çox insanın məhsullarını daha çox istehlak etməsini hədəfləyən marketinq və reklam strategiyaları tətbiq edirlər.

 

Sosial media şirkətləri, platformalarını daha çox asılılıq yaratma müddətində sizdən istifadə edirlər. Bununla da özünüzə qarşı istifadə etmədiyinizi düşünməyə vadar edirlər.

 

Tərcümə:

Afaq Məmmədova