Yuxarıya
skip to main content

İsraildə pandemiya dövründə profilaktik tədbirlər- TƏRCÜMƏ

18.09.2020

Yael İssakson- tibb bacısı

 

“Biz uzaqdan müayinə və müalicələr həyata keçiririk”.

 

Mən, İsrail və xaricdən iki beynəlxalq dərəcəsi olan tibb bacısıyam. Biri Bnei Brakda, digəri Beershebada iki klinikada çalışıram. Sağalması çətin yaralar - xoraları, infeksiyalar, şəkərli diabet xəstələrinin yaraları və s. , bu sahə yaxşı inkişaf etməyib - diaqnoz həmişə dəqiq olmur və həkimlər amputasiyaya tez müraciət edirlər. Mütəxəssis bilik və bacarıqlarımızı yaraların öhdəsindən gəlmək və insanları uğurla xilas etmək üçün istifadə edirik. Fəaliyyətimizin çox hissəsi haredi (ulra-pravoslav) müştərilərlə Bnei Brakdadır. İlin əvvəlində Ramat Gan və Bnei Brak sərhədində əhəmiyyətli maliyyə ilə gələn yeni bir klinikaya köçdük. Daha sonra isə virus ölkəyə yayıldı.

 

Karantin zamanı demək olar ki, işləmirdik. Xəstələrimiz koronavirus qorxusundan gəlmirdilər. Bu halda yalnız kameralar və ağıllı telefonlardan istifadə edərək uzaqdan müalicələr edirdik. İsraildəki haredi icması ağıllı telefonlardan və Zoom zənglərindən istifadə etmədiyindən onlarla əlaqə saxlamaq çətin idi. Lakin bunun da bir şəkildə həll yolunu tapdıq.

 

 Vaxt keçdikcə insanların qorxusu azaldı və indi təxminən 60% fəaliyyətə qayıtmışıq. Qapanmalar zamanı həmişə sağalması çətin olan yaraların müalicəsi üçün əlavə həll yolları axtarıram və koronavirusun zirvəsində bir İsrail şirkəti ilə əlaqə qurdum. Buranın məhsulu bioloji sarğı, dəri peyvəndləri və amputasiyaların əvəzini verə bilir. İsraildə və dünyanın hər yerində inqilab edəcəyinə inandığım məhsullarına imza atan ilk insanlardan biriyəm.

 

Maykl Piçenuk – fizioterapevt

 

“Bir xəstə bütün klinikanın fəaliyyətini dayandıra bilər”.

 

"Mən Səhiyyə Nazirliyi lisenziyalı fizioterapevtəm və klinikamı 2017-ci ildə açmışam. Əsas məqsədimiz ortopedik zədələrin, xüsusilə idman zədələrinin reabilitasiyasına yönəldilmişdir. Klinikamız təzə fəaliyyət göstərsə də, xəstələrimiz nəticələrdən məmnun idi və günü-gündən daha da inkişaf edirdik. Yeni və daha böyük bir binaya köçmək ərəfəsindəyik hətta müqavilə də imzalamışdıq. Lakin, koronavirus ölkədə yayıldığından bəri bütün planlarımızı təxirə saldıq.  Xəstələrimiz tədricən azaldı və yalnız təcili yardım vasitəsilə ağır xəstələri müalicə edə bildik.

 

“May ayından etibarən qapanma vəziyyətindən çıxdıq, ancaq yaxşılaşmağımız təxminən iki ay çəkdi. Qoruyucu tədbirlərə gəldikdə son dərəcə diqqətli oluruq: xəstələr ayrı və fərqli bölgələrdə saxlanılır, seans başlamazdan əvvəl hər bir xəstə sprirtli nəm salfet və sprey ilə təmizlənir və eyni şey müalicə masaları da daxil olmaqla avadanlıqlar üçün də doğrudur. Beləliklə, indi tam gücümüzə qayıtdıq, lakin hər an vəziyyət dəyişə bilər. Bir xəstənin virusu daşıması kifayətdir ki, bütün klinika fəaliyyətini dayandırsın. Reallıq budur. ”

 

 

İlan Koren – LOR həkim, cərrah

 

“Müştəri investisiyası etmək lazımdır”.

 

Bu qarışıq dövrdə təcili olmayan tibbi müalicə və ya digər xidmətlər üçün klinikaları ziyarət edə bilməyən mövcud müştərilərin saxlanılmasına xüsusi diqqət yetirmək vacibdir. Buna nail olmaq üçün bir sıra metodlar var - Zoom, WhatsApp, telefon və s. Səhiyyə Nazirliyinin təlimatlarına riayət etmək, müştərilərə xidmət edərkən özlərinə inam və təhlükəsizlik hissi vermək vacibdir. Əlavə olaraq, xüsusən bu dövrdə, işin davamlı şəkildə irərliləməsi üçün zəmin olacaq yeni müştəri məlumat bazaları yaratmaq imkanları var. Bu həm də müəssənin xərclərini araşdırmağın və xərclərin azaldılması üçün mümkün yolları araşdırmağın əsl vaxtıdır.


     

    Tərcümə:

Afaq Məmmədova