Yuxarıya
skip to main content

Milli Qurtuluşun Heydər Əliyev imzası - Şanlı tarix!

10.06.2020

Tənəzzüldən tərəqqiyə - Milli Qurtuluşun ulu öndər imzası!

 

Azərbaycan çox qədim dövlətçilik ənənələrin malik olan ölkələrdən biridir. Əsrlər boyu xalqımızın var olan zəngin dövlətçilik ənənələri uzunmüddətli tarixi inkişaf prosesi keçərək bütünləşib, tamlaşıb. Dövlətçilik siyasi müstəvidə milli özünütəsdiq prosesinin mahiyyətini izah edir.  Dövlət qurmaq və  müstəqil yaşamaq isə heç də bütün xalqlara nəsib olmur. Tarixdə vaxtı ilə dövləti olub, sonralar müxtəlif səbəblərdən varlığına son qoyulan ölkələr də az deyil.

 

Müstəqilliyi olan hər bir xalq onu quran, qoruyub saxlayan və dünyaya tanıdan ali liderə, dahi şəxsiyyətə, xilaskara borcludur. Çünki bu məsuliyyətli və taleyüklü missiyanı yerinə yetirmək, milli quruculuğun lideri, eləcə də xalqın böyük etimadına layiq olmaq dövlət xadiminin fədakar əməyini tələb edir. Tarix boyu az sayda siyasi lider adı çəkmək olar ki, onun adı həm yaddaşlara həkk olub, həm də dövlətçilik simvoluna çevrilib.

 

Azərbaycanın müstəqil dövlət kimi müasir tarixi məhz belə bir liderin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu ümummilli liderimiz unudulmaz Heydər Əliyevin XX əsrdə yaratdığı milli dövlətçilik tarixi bizim üçün milli sərvətdir desək yanılmarıq. Bu böyük ad - Heydər Əliyev adı  qüvvətli şəxsiyyəti, vətəndaş mübarizliyi, obyektiv prinsipiallığı və dönməz fədakarlığı ilə səciyələnir. Bütün bu insani dəyərlərin əbədi daşıycısı olan ulu öndər yarım əsrə yaxın dövrdə  Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti olmuş dahi şəxsiyyətdir.

 

Heydər Əliyev hansı vəzifədə, hansı şəraitdə olmasından asılı olmayaraq, ona münasibətin vahid ünvanı və məzmunu-ümumxalq məhəbbəti olub.

 

O, 1969-cu ildə hakimiyyətə gəldiyi andan etibarən respublikamızın həyatında geniş vüsət alan dəyişikliklərə təkan verib, qısa müddət ərzində bütün istiqamətlərdə naliyyətlər əldə olunub, milli mənəvi dəyərlərin dirçəlişi yolunda mühüm addımlar atıb. Sovetlər dönəmindən başlayan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca istiqamətini milli özünüdərkin güclənməsinə şərait yaradan sürətli inkiş strategiyası təşkil edib.

 

Azərbaycan dövlətçiliyinin və xalqının taleyində yeni sabahlara açılan tarixi yolun əsaslı dönüş mərhələsinin həlledici məqamları dəmir iradə, obyektiv prinsipiallıq, səmimiyyət, həsaslıq və müdürüklükdən qaynaqlanan bu böyük şəxsiyyətə məxsus ideyalar məhz Heyər Əliyevin adı ilə bağlıdır.

 

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə yenidən daxili vəziyyət və hakimiyyət böhranı yarandı, eləcə də ictimai həyatın bütün sahələrində xaos başladı. Hakimiyyətdə yaranan boşluq nəticəsində rəhbərliyi əldə etmək uğurunda müxtəlif şəxslər və ayrı-ayrı qruplar arasında mübarizə gedirdi.

 

Bütün bu hadisələrin fonunda 1992-ci ildə hakimiyyəti ələ alan Xalq Cəbhəsi ölkəni idarə edə bilmədi və 1993-cü ilin yayında vətəndaş müharibəsi təhlükəsi yarandı. Belə çətin şəraitdə həmin ilin iyun ayında Azərbaycan xalqı öz xilaskar oğlunu - dahi Heydər Əliyevi Bakıya dəvət etdi. Vətənin təəssübkeş oğlu xalqın və hakim dairələrinin təkidli dəvətini qəbul edərək, iyunun 9-da Bakıya gəldi. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə vacib məqamda ulu öndərin Bakıya gəlişi əhalidə böyük ümidlər yaratdı.

 

Heydər Əliyev 1993-cü il iyunun 15-də yekdilliklə Azərbaycan Ali Sovetinin Sədri seçildi. O, tarixi qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi və qısa zamanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. 1997-ci ildə xalqın tələbi ilə Milli Məclis bu günü bayram elan etdi.

 

Beynəlxalq normalara əsaslanan demokartik, hüquqi dövlət quruculuğu, suveren Azərbaycan respublikası konstutsiyası qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni iqtisadi kursun müəyyən edilməsi kimi mühüm məsələlərin  həlli şəxsən Heydər Əliyevin  adı ilə bağlıdır. O, rəhbərliyə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub.

 

Ulu öndər deyirdi: "Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Millət dövlət üçün yox, dövlət millət üçün çalışmalıdır".  Bu sözlər bir daha dahi şəxsiyyətin əsas qayəsinin millət və onun firavanlığı olduğunu sübut edir.

 

Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsində Milli Ordunun formalaşdırıldı, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizamlı silahlı qüvvələr yaradıldı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Həmçinin atəşkəsə nail olmaq üçün mümkün olan bütün siyasi və diplomatik vasitələr işə salındı. Nəticədə 1994-cü ilin may ayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

 

Heydər Əliyevin ölkənin siyasi, iqtisadi, ictimai və mədəni həyatının bütün sahələrində həyata keçirdiyi planları Azərbaycanın gerçəkliyinə çevrildi. Onun müxtəlif sahələrə xüsui diqqət və qayğısının nəticəsidir ki, hazırda elmin inkişafı, təhsilin tərəqqisi, əhalinin sağlamlığı, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliği sahəsində onlara dövlət proqramı, regional inkiş proqramları, xüsusi tədbirlər planı və konsepsiyalar yerinə yetirilməkdədir.

 

İdarəçilik istedadı, tükənməz enerjisi, işgüzarlığı və yüksək peşəkarlığı ilə səciyələnən Heydər Əliyev fenomeni düşüncə və fikir cəsarətinə, sərbəst qərar qəbuletmə qabliyyətinə görə dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri kimi tanınır, sevilir və öyrənilir.

 

Memarı olduğu müstəqil Azərbaycan dövləti ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevlə bu gün də tam qətiyyət və iradə ilə yalnız inkişafa doğru irəliləyir və böyük uğurlara imza atır.

 

Heydər Əliyev hər bir azərbaycanlının qürur mənbəyidir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideyasının əsasını məhz onun adı ilə bağlıdır. Ümummilli liderin siyasəti və zəngin fəaliyyəti Azərbaycan tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. 

 

Sonda isə dahi şəxsiyyətin bu sitatını xatırlatmaq istərdim: "Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaq, bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir".


 

Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev