Yuxarıya
skip to main content

Enerji sektorunun idxaldan ixraca gedən inkişaf yolu

21.04.2021

Təəssüflər olsun ki,  ölkəmizin o dövrdə Çar Rusiyasının müstəmləkəsi olması və imperiyanın yürütdüyü müstəmləkəçilik siyasəti bu sahəyə lazımi diqqətin göstərilib inkişaf etdirilməsinə ən əsas maneələrdən biri olur. Həmçinin Sovet İmperiyasının işğalı dövründə də dövlətin qəbul etdiyi kommunist ideologiyası ətrafında iqtisadiyyatın tənzimlənməsi siyasəti ilə enerji sektorunun bütün sahələrində olduğu kimi elektrik enerji sahəsində   istənilən inkişafa nail olmaq mümkün olmurdu. Buna baxmayaraq  1969-cu il 14 iyul tarixində Azərbaycan SSR-ə rəhbərliyə gələn Ulu Öndər Heydər Əliyevin universal, şaxələnmiş, iqtisadi siyasəti nəticəsində enerji sektorunda inkişafın əsası qoyuldu. Milli kadrların hazırlanması isə enerji sektorunun inkişafında öz sözünü tezliklə deməyə başladı. Təsadüfi deyil ki, ittifaq respublikaları arasında iqtisadi göstəricilərinə görə geri qalan ölkəmiz məhz Ulu Öndərin sayəsində ən ön sıralara gətirdi.

  

Müstəqillik tariximizin ilk illərində isə həm Qarabağda baş qaldıran erməni separatizmi, Ermənistan Respublikasının işğalçılıq siyasəti, həm də o dövrdə respublikaya başçılıq edən populist iqtidarın səriştəsiz mövqeyi nəticəsində iqtisadiyatımız iflasa uğradı. Lakin Ümummili Lider Heydər Əliyevin xalqın iradəsilə yenidən hakimiyyətə qayıtması nəticəsində iqtisadi-sosial fəlakətin qarşısı alındı. Ölkədə siyasi sabitliyin tezliklə yaranmasından sonra milli iqtisadiyyatın dövlət səviyyəsində inkişafına diqqət artırıldı bunun da məntiqi nəticəsi kimi yenidən inkişafın ilk toxumları səpildi. 

 

Azərbaycanda iqtisadi inkişafin müsbət dinamika üzrə getdiyini proqnozlaşdıran Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 1995-ci ilin dekabrında Yenikənd Su Elektrik Stansiyasının tikintisi üçün Azərbaycana 53 milyon dollar həcmində kredit verildi və ümumi gücü 150 MVt olan Yenikənd SES-i tikildi. Mingəçevir Su Elektrik Stansiyasının yenidən qurulması, 330 kV-lıq Ağcabədi, 110 kV-lıq Bərdə hissəsi və 330 kV-lıq "Ağcabədi-İmişli" elektrik ötürücü xəttlərinin qurulması Respublika ərazisində əhalinin elektrik enerjisilə fasiləsiz təmin edilməsinə xidmət edirdi.

 

Bu isə regionlarda kənd təsərrüfatının inkişafına, ekologiyanın qorunmasına birbaşa xidmət göstərirdi. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, cənab  Prezident İlham Əliyevin iqtisadi-sosial islahatları sayəsində isə elektrik enerji sahəsinin yeni inkişaf mərhələsi başlandı.

  

Şabran rayonunda Taxtakörpü SES, Naxcıvan MR ərazisində Biləv SES, Şirvan rayonunda Cənub İES, Bakının Qaradağ rayonunda Səngəçal İES, Xəzər rayonunda Şimal-2 İES-nın tikilib istifadəyə verilməsi nəticəsində cənab Prezidentin dediyi kimi Azərbaycan artıq elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Müasir dövrün tələblərinə cavab verən müasir texnologiyalardan istifadə etməklə Günəş enerjisindən elektrik enerjisinin əldə olunması üçün ölkəmizdə dövlət səviyyəsində lazimi tədbirlər görülür. 2014-cü ildə Suraxanı Günəş Elektrik Stansiyasının (GES) istismara verilməsi  deyilənlərə nümunədir.  Yaradılmasında əsasən yerli xammal və avadanlıqdan istifadə olunan stansiyanın layihə gücü 2800 kilovatdır.

 

 

Elektrik enerji sektorunda həyata keçirilən uğurlu layihələr nəticəsində Dünya İqtisadi Forumu tərəfindən tərtib olunmuş Global Enerji Memarlığı Performans İndeksi 2017 hesabatına əsasən, Azərbaycan 127 ölkə arasında 0,67 bal ilə 36-cı yerdə qərarlaşmışdı. İqtisadi böyümə və inkişafa görə 0,68 bal, ətraf mühitin davamlılığına görə isə 0,57 bal, enerjiyə qənaət və təhlükəsizlik baxımından  0,79 bal alan ölkəmiz məhz cənab Prezident İlham Əliyevin başçılığı ilə uğurlu siyasətinin məntiqi nəticəsini göstərir.

   

2020-ci il 44 günlük Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunmasından sonra işğaldan azad edilən rayonlara həyatın qaytarılması, vətəndaşların öz ata-baba yurdlarına qayıtması üçün ilk əvvəl infrastrukturun bərpa olunması dayanır. Bunun üçün isə həmin bölgələrin fasiləsiz eıeltrik enerjisiylə təmin olunmasında ilk addımlar atılmağa başlandı. Laçın rayonunda Güləbird Kiçik Su Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi buna misal ola bilər. Bundan əlavə Şuşa, Kəlbəcər kimi rayonlarda da yeni elektrik stansiyaların tikilməsi istiqamətində böyük işlər gedir. Dağlıq Qarabağ ərazisində Suqovuşan kəndində su anbarının və elektrik stansiyasının təmir edilməsi yaxın gələcəkdə Respublikanın Aran bölgəsində həm elektrik enerjisinin verilməsinə, həm də kənd təsərrüfatının inkişafına böyük töhfə verəcək. Bu isə həmin bölgənin sakinlərinin sosial-iqtisadi güzəranını daha da yaxşılaşdıracaqdır.

   

Cənab Prezident İlham Əliyevin imzaladığı Bakı ətrafı kənd və  qəsəbələrin sosial-iqtisadi infrastrukturunun inkişafı proqramına  uyğun olaraq elektrik enerjisinin istehsal keyfiyyətinin artırılması istiqamətində də uğurlu addımlar atılır. Xətai rayonunda Azerenerji ASC-nin Əhmədli, Hövsan, Maştağa yarımstansiyalarının acılması buna əyani sübutdur. Abşeron rayonu Qobu qəsəbəsində təməli qoyulan Qobu ES-nın fəaliyyətə başlamasından sonra isə elektrik enerjisinin keyfiyyətini və kəmiyyətini daha da artıracaq.  Enerji sahəsində görülüən bütün bu işlərin nəticəsidir ki, 2020-ci il  Davos İqtisadi Forumu özünün yeni Enerji Keçidi İndeksi (ETI) üzrə hesabatınında Azərbaycan Respublikası dünya üzrə 44-cü, MDB üzrə isə 1-ci yerdə göstərilib. 

Tural Qasımov
Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsini bitirb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ekonometriya ixtisasında magistr təhsili alıb.