Yuxarıya
skip to main content

Azərbaycanda qaçqın, məcburi köçkün və miqrantların qeyri- rasional məskunlaşması: Məcburi xarici və zorakı daxili miqrasiya

20.10.2020
 
 
XX əsrin əvvəllərindan başlayaraq 1,5 milyon nəfərdən çox azərbaycanlı öz tarixi torpaqlarından məcburi surətdə deportasiya edilib
 
   Müharibə şəraiti isə Azərbaycanda demoqrafiya və miqrasiya prosesində kəskin fərqli mənzərənin yaranmasına səbəb olmuşdur.
Zorakı deportasiyalar, müharibələr nəticəsində baş verən yerdəyişmələr ölkənin demoqrafik vəziyyəti ilə yanaşı, immiqrasiya, emirqasiya və daxili miqrasiya proseslərinə ciddi təsir göstərib. Əhalinin əksəriyyəti şəhərlərdə yaşayan kənd və bölgə əhalisi qeydiyyatda olduğu, yaşadığı kəndin/rayonun mədəni, ictimai, siyasi (seçki proseslərində), sosial, inzibati fəaliyyətində iştirak etmir. Bunları nəzərə aldıqda, urbanizasiyanın təşviqi ilə daxili miqrasiyanın kütləviliyi, dövlətdə gedən siyasi-ictimai proseslərə də ciddi təsiri nəzərə çarpır.
   Azərbaycanın demoqrafik mənzərəsinə nəzər saldıqda ləzgi, rus, erməni,talış, tat, yəhudi və digər etnik qrupların ümumi evi olduğu aydın görünən Azərbaycan hər zaman multikultural cəmiyyət olaraq tolerantlıq və birgə yaşayışı təlqin etdiyi aşıkar haldır.
   Azərbaycanın başına gələn müharibə, münaqışə və digər fəlakətlər nəticəsində verdiyi böyük əhali itkilərinə baxmayaraq, əhalinin sayının artım tempinə görə Azərbaycan dünya ölkələri arasında irəlidə gedən dövlətlərdən biridir.
Xüsusilə qeyd edək ki, son 120 il ərzində ayrı-ayrı dövrlərdə burada əhalinin sayı yetərincə yüksək templə artaraq 1897-ci ildəki 1 milyon 807 min nəfərdən 2019-cu ildə 10 milyon nəfərə çataraq 5,5 dəfə artmışdır.
Eyni dövr ərzində Rusiyanın əhalisi 2,1 dəfə, Ukraynanın əhalisi 1,6 dəfə, Gürcüstanın əhalisi 2,6 dəfə, Ermənistanın əhalisi 3,8 dəfə, bütövlükdə keçmiş SSRİərazisində yaşayan əhali 2,3 dəfə, dünya əhalisi isə 4 dəfə artmışdır.
Lakin Azərbaycanda demoqrafik artıma təkan verən əsas amillərdən biri başqa ölkərdən gələn miqrantlar olub.
Yalnız XX ərsin 60-ci illərindən etibarən əhalinin artımı təbii artım hesabına baş verib.
   Azərbaycan Respublikasının əhalisinin sayı son 120 ili əhatə edən dövrdə gedən tarixi, sosial-iqtisadi və siyasi proseslərin gedişatından və xarakterindən asılı olaraq bəzi hallarda kəskin şəkildə azalıb, bəzi dövrlərdə sürətlə artıb, bir müddət də stabil artım dinamikasına malik olub.
Təkcə XX əsrdə Azərbaycan beş dəfə kəskin demoqrafik çətinliklərlə qarşılaşıb:
   1) 1905-1907-ci illərdə çar Rusiyasının hakim dairələrindən hərtərəfli yardım alan erməni quldur dəstələri İrəvanda, Zəngəzurda, Göyçədə, Naxçıvanda, Qarabağda, Gəncədə, Bakıda və başqa ərazilərdə dinc əhaliyə amansızcasına divan tutub, şəhər və kəndlər yandırılıb, insanlar qəddarlıqla öldürülüblər.
 
   2)1914-1920-ci illərdə I Dünya müharibəsi, xarici müdaxilə, vətəndaş müharibəsi, ermənilər tərəfindən azərbaycanlıların soyqırımı və s. hadisələr nəticəsində Azərbaycan əhalisinin sayı 387 min nəfər və ya 16,6% azalaraq 2 milyon 339 min nəfərdən 1 milyon 952 min nəfərə düşüb.
 
   3)1941-1945-ci illərdə Böyük Vətən müharibəsi zamanı Azərbaycan əhalisinin sayı 568,4 min nəfər və ya 17,4% azalıb. Bununla əlaqədar Azərbaycan əhalisinin sayı özünün müharibədən əvvəlki səviyyəsinə yalnız 10 il sonra, yəni 1955-ci ildə çatıb.
 
   4)1948-1953-cü illərdə Ermənistan ərazisində 150 min nəfərdən çox azərbaycanlı öz əzəli torpaqlarından deportasiya olunub.
  5)1988-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində torpaqlarımızın 20%-i işğal edilib, bir milyon nəfərədək soydaşımız qaçqın və məcburi köçkün düşüb, o cümlədən 350 min nəfərdən artıq azərbaycanlı Ermənistandan məcburi və zorakı çıxardılıb/qovulub.
Keçən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq respublikamızda sosial-iqtisadi və demoqrafik baxımdan əhalinin miqrasiya prosesinin müxtəlif istiqamətləri nəzərə çarpmağa başlayıb.
Bu istiqamətlərdən iki hal daha səciyyəvi xarakter daşıyıb:
 
 Müstəqilliyimizin ilk illərində baş verən müharibə nəticəsində yerli əhalinin mərkəzi və regional şəhərlərə yerləşdirilməsi;
 
 Regionlarda ağır sosial-iqtisadi vəziyyətlə, infrastrukturun bərbad vəziyyətə düşməsi ilə əlaqədar olaraq vətəndaşların kənd yerlərindən mərkəzi şəhərlərə, o cümlədən qonşu dövlətlərə getməsi; şəhər əhalisinin artması nəticəsində yeni-yeni yaşayış məskənlərinin formalaşması və s.
     Məcburi xarici miqrasiyanın daxili miqrasiya ilə kəsişməsi 
 
  Azərbaycanda daxili miqrasiyanın məxsusi cəhəti müharibə şəraitinin yaratdığı zorakı və məcburi köç/miqrasiyasıdır.
Azərbaycanda regional xarici miqrasiyanın bir çox səbəbləri vardır.
1988-ci ildə Ermənistanın etnik təmizləmə siyasətinin növbəti və sonuncu qurbanları olan 350 min azərbaycanlı tarixi torpaqlarımızdan çıxarılıb
  4.Azərbaycan torpaqlarının işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşən insanların əksəriyyəti müvəqqəti yaşayış yeri kimi Abşeron yarımadasına, Bakıya, Sumqayıta və digər böyük şəhərlərə üz tutdu.
  Məskunlaşan əhalinin təxminən 92 mini Bakıda, 18 mini Sumqayıtda, 4 mini isə Abşeronda olmaqla 115 mini bu bölgədə yerləşib. Beləliklə, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğalı nəticəsində formalaşan məcburi köçkünlərlə birlikdə təqribən bir milyona yaxın insan öz vətənində köçkün vəziyyətinə düşmüşdür.
Hal-hazırda Azərbaycanda zorakı daxili və xarici miqrasiyanın əsasını təşkil edən 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün vardır.
   Bu situasiyadakı ikiüzlülük hər iki ölkənin demoqrafik vəziyyətinə nəzər saldıqda aşkar görünür ki, ləzgi, rus, erməni, talış, tat, yəhudi və digər etnik qrupların ümumi evi olan Azərbaycan hər zaman tolerantlıq və birgə yaşayışı təlqin etdiyi halda, Ermənistan isə 1980-ci illərdən etibarən bəlkə də dünyanın, demoqrafik cəhətdən ən homogen ölkəsi statusuna sahibdir.
   Ermənistan cəmiyyətinin bu monoetnik quruluşu həmçinin 1988-ci ildə kifayət qədər böyük 350 min azərbaycanlı icmanın məcburi deportasiyası ilə “əldə edilib”.
Ermənistan dövlətinin etnik təmizləmə siyasətinin davamı olaraq işğalçı fəaliyyəti 1990-cı illərin əvvəllərində 750 minə yaxın azərbaycanlının qovulduğu Dağlıq Qarabağ və ətraf rayonlarında da davam etdirilmişdi.
    Bununla yanaşı, ötən əsrin 90-cı illərinin əvvəllərində Gürcüstanda azərbaycanlılara qarşı yönələn etnik münaqişədə də ölkəmizə pənah gətirən xeyli sayda soydaşımız oldu.
Ümumiyyətlə, 90-cı illərin əvvəllərində 70 minə yaxın gürcüstanlı Azərbaycana köç etdi. Onların müəyyən bir qismi vətəndaşlıq alsa da, bir qismi bu gün də Gürcüstan vətəndaşı olaraq ölkəmizdə yaşayır və əksəriyyəti Azərbaycan vətəndaşları ilə ailə həyatı qurublar. 
  Digər bir miqrasiya dalğası işğal olunmuş torpaqlarda baş verir. Ermənistan Dağlıq Qarabağ və işğal olunmuş 7 rayonda məskunlaşmanı artırmaq üçün hər il dünyanın digər münaqişə ocaqlarında yaşayan erməni əsilli miqrantları (əsasən Suriyadan) həmin torpaqlarda yerləşdirir.
Ermənistanın işğal etdiyi Azərbaycan ərazisinə qanunsuz yerləşdirdiyi əhali sayı təxmini 26 minə yaxındır.
   Bunu da beynəlxalq hüququn kobud şəkildə pozulması ilə yanaşı, Azərbaycan Respublikasının demoqrafik durumuna, etnik tərkibinin formalaşmasına süni şəkildə edilən müdaxilə saymaq olar.
Qeyd edək ki, regiondakı münaqişələrlə əlaqədar yaranan sosial, iqtisadi və siyasi problemlər ölkənin bütün vətəndaşlarına təsir göstərib.
  Bu problemlərin kütləvi təzahürü isə özünü əhalinin bölgələrdən Bakıya və ətraf rayonlara axınında göstərdi.
Hökumət regionlarla paytaxt arasındakı sosial-iqtisadi inkişaf balansını tənzimləmək, urbanizasiya prosesinin bir istiqamətdə getməsinin qarşısını almaq üçün bir sıra stimullaşdırıcı tədbirlər, regionların inkişafı ilə bağlı milli proqramlar həyata keçirib.
Həmin stimullaşdırıcı tədbirlər sırasında 2004-cü ildən icra olunan “Regionların sosial-iqtisadi inkişafı” proqramı, təhsil qurumlarında (əsasən məktəblərdə) çalışan işçilərin regionlarda işləmələrini stimullaşdırmaq üçün daşınmaz əmlakla, yüksək maaşla və digər sosial təminatlarla təmini, insan resurslarının qorunmasını, idarə olunmasını qeyd etmək olar.
   Mühüm əhali parametrlərindən biri olan miqrasiya müxtəlif sosial, iqtisadi, siyasi və təbii səbəblərdən yaranır. Məcburi miqrasiya baxımından Azərbaycanın qarşılaşdığı bu miqrasiya hərəkatını məcburi (zorakı) daxili və xarici miqrasiya kimi iki qrupda araşdırmaq mümkündür.
  Məcburi xarici miqrasiya: Azərbaycanda regional xarici miqrasiyanın bir çox səbəbləri vardır. Yuxarıda da qeyd edildiyi kimi 1988-ci il Ermənistanın etnik təmizləmə siyasətinin növbəti və sonuncu qurbanları olan 350 min azərbaycanlının tarixi Azərbaycan torpaqlarından cıxarılması və Azərbaycan torpaqlarının işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşən insanların əksəriyyəti müvəqqəti yaşayış yeri kimi Abşeron yarımadasına, Bakıya, Sumqayıta və digər böyük şəhərlərə üz tutdu.
Məskunlaşan əhalinin təxminən 92 mini Bakıda, 18 mini Sumqayıtda, 4 mini isə Abşeronda olmaqla 115 mini bu bölgədə yerləşdi. Zorakı daxili miqrasiya:
   Məcburi miqrasiyaya məruz qalan Azərbaycan əhalisinin 90%-i Qarabağ və ətraf rayonlardan Azərbaycanın digər bölgələrinə məcburi köç edib. Yuxarıda da qeyd edildiyi kimi Qarabağ münaqişəsi ilə əlaqəli sosial, iqtisadi və siyasi problemlər ölkənin bütün vətəndaşlarına təsir göstərib.
Bu problemlərin kütləvi təzahürü isə əhalinin bölgələrdən Bakıya və ətraf rayonlara axınına səbəb oldu.
  Azərbaycanda hərbi əməliyyatlar zamanı yaranan məcburi daxili miqrasiyanın müxtəlif səbəbləri var.
Belə ki, Qarabağ və ətraf rayonlardan məcburi köçən 750 min Azərbaycan əhalisinin təxminən 300 mini məcburi xarici miqrasiyada olduğu kimi Abşeron yarımadasına köçmüşdür.
   300 min əhalinin təxminən 200 mini Bakı, təxminən 85 mini Sumqayıt, 15 mini isə Abşeron ərazisində məskunlaşmışdır.
 
 
  Azərbaycan dövləti tərəfindən həyata keçirilən Bakıdan başqa regionlara məcburi köçkün yerləşdirmə siyasəti çərçivəsində məcburi köçkün ailələri üçün yaşayış kompleksi və qəsəbələr salınsa da, bu yaşayış yerlərində nəzərdə tutulan əhalinin hamısı yaşamır.
Bakının getdikcə “meqapolisə” çevrilməsinin təsiri, yaşayış və dolanışıq şərtləri baxımından daha uyğun şərtlərdən irəli gələrək məcburi köçkünlər paytaxt və Sumqayıt yaxınlığında yerləşməyə çalışırlar.
Ümumi olaraq məcburi daxili miqrasiya əsasında nəzərdə tutulan əhalinin təxminən 35%-i Bakıda və Sumqayıtda məskunlaşıb Qaçqın və məcburi köçkünlər əsasən Bakı və Sumqayıtın ətraf rayonlarında yerləşsələr də, Azərbaycanın digər rayonlarında da məskunlaşıblar. Həmçinin onu da qeyd etmək lazımdır ki, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış və məcburi xarici miqrasiyaya məruz qalan 60 min Axısxa türkünün əksər hissəsi də Bakıda məskunlaşıb.
7 Hal-hazırda Azərbaycanda daxili və xarici miqrasiyanın əsasını təşkil edən bir milyon 200 min 500 nəfər qaçqın, məcburi köçkün və “qaçqın” satusu almaq istəyində olan sığınacaq axtaran şəxs vardır.
 
1 Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyasının, Azərbaycan Respublikası Prezidentinin1999-cu il 9 dekabr tarixli, 290
nömrəli Sərəncamı ilə
2 Şahbaz Muradov, Çingiz Baxış. Azərbaycan Respublikasında etno-demoqrafik proseslər: tarixi dəyişikliklər və reallıqlar. Bakı, 2013
3 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ş https://www.stat.gov.az/#agression
4 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, https://www.stat.gov.az/#agression
5 Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (2012 yanvar). Azərbaycan Respublikası Dövlət Statistika Komitəsiş
https://www.stat.gov.az/#agression
6 6 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsiş 
https://www.stat.gov.az/#agression