Əliyevin mədəni inqilabı: Qarabağın infoqrafik xilas modeli
Mədəni islahatlar Qarabağın hərbi azadlıq konsepsiyasının tərkib hissəsi kimi
Bundan öncə yeni geosiyasi şəraitin Qarabağ panoramasında açıq-aşkar müharibə reallığı ilə müşayiət olunması haqqında dərc edilən məqalədə Azərbaycanın bu zamana qədər apardığı mübarizənin sadəcə müharibəyə deyil, birmənalı qələbəyə hazırlıq olduğu tezisi ölkənin “Qüds”ündə baş verənlər üzərindən özünü bir daha doğruldur. Bu hazırlıq təkcə hərbi mahiyyət daşımadan Azərbaycan Prezidenti İlham Əliyevin dünyəvi sferaları cənginə alan epidemik proseslərə liderlik statusunun üstündə Ali Baş Komandan yüksək rütbəsi ilə adekvat cavab addımlarından əlavə özlüyündə daha qlobal məna kəsb edir. Hələ ölkə rəhbərinin andiçmə mərasimində dövlətin prioritet siyasi xəttində cəmiyyət amilinə söykənərək struktur və kadr islahatlarının labüdlüyünü yeni dövrün tələbi kimi qoyması uzaqgörənliyi təkcə yetişməkdə olan beynəlxalq münasibətlər sistemində köklü dəyişiklikləri özündə ehtiva edən postqlobalizm dövrünün şərtlərindən qaynaqlanmır. İstər, iqtisadi və siyasi sahədə, istərsə də sosial sferada dövlət xəttini ehtiva edən hər bir siyasət özlüyündə Qarabağ probleminin inkişafı əleyhinə yeni yol xəritəsinin oriyentrlərini formalaşdırmaqdadır. Keçmiş və müasirlik arasında harmonik balansı qoruyub saxlamaq şərtilə siyasi, iqtisadi, hərbi və sosial məsələlərin həlli sferasına hesablanan milli infoqrafikanın məramı ilk növbədə XX əsrin əvvəllərində regionun milli tərkib dəyişikliyi ilə dövlətçiliyimizə qarşı aktuallığı hər keçən gün artan Qarabağ probleminin tənzimlənməsinə söykənir. Dövlətin mənəvi sferasına yönəlik son mədəni, hüquqi islahatlar milli infoqrafik təsvirdə yüksələn xətlə nümayiş olunur. Bu mənada, Mədəniyyət Nazirliyində, eləcə də paralel olaraq ölkənin digər fərqli qurumlarında daxili struktura yönəlik kadr islahatları sözügedən dəyişikliklərə təkcə məlum məsələlər üzərindən baxış bucağını dəyişməyə imkan tanıyır. Diqqət edirsinizsə, dövlətin islahat kursunun mərkəzi mərhələsində sərhəd xidməti, mədəni və hüquqi kontekstdə son kadr dəyişiklikləri həm zamanlama, həm də siyasi baxımından Qarabağ cəbhəsində baş verənlərə daha geniş mənada fərqli yanaşma tələb edir.
Əsas mətləbə keçməzdən öncə bir məqamı vurğulamaq lazımdır ki, Ermənistan kirayə mənzildə, borc içərisində boğulan xalqından oğurluq pullar hesabına saxta və haram 21 may “ritualı” ilə təsəlli axtarışındaykən avropalı maliyyəçilər Brüsseldəki gizli hesabatda “elit demokrat” Paşinyanın bank hesabları ilə bağlı şokun təsirindən hələ də çıxa bilməyiblər. Oliqarxları babasından yadigar qalan SS-çi ruhu ilə qəsb edən Paşinyan xalqının qüruru ilə də bu cür faşistcəsinə oynayaraq hətta yenicə qurduğu “brilyant sistemi” ilə də ermənilərin repatriasiyasının qarşısını ala bilmir.
Baş verənlərin ön paralelində Azərbaycan mədəni qurumu rotasion xilası ilə mənəvi inqilabının fövqündə islahatların davamından ötə bir mahiyyət daşıyır. Axı, daxildə dövlətin, xalqın mədəni irsinin inkişafına ayrılan maliyyə vəsaitləri hesabına ölkənin deyil, yalnız öz “mədəni inkişafını” güdən acgözlərin sabah Şuşada tapdalanan irsimizə necə sahib çıxacağı sualı qarşısında müharibəyə başlamaq cavabının nə dərəcədə özünü doğruldacağı, haqq yoluna suni dövlətin saxta təxribatı üzərindən çıxılmasının Qarabağın hərbi azadlıq konsepsiyasından kənarda nə dərəcədə dəqiq nəticələr verəcəyi dəqiq hesablamalar tələb edirdi. Ona görə də ən az torpaq qədər insanları bir-birinə sıx bağlayan mədəniyyətimizin mənəvi təhlükəsizliyi və mədəni yenidən təşkili dövlətin qarşısında mühüm vəzifə rolunu oynayır. Eynilə Qarabağ uğrunda milli savaş ornamentlərinin sərhəd xidmətlərinin sahil mühafizəsində nümayişi, paralel olaraq ölkə prokurorluğunda qanunsuz aktların adekvat islahatlarla cəzalandırılması dövlət tərəfindən Qarabağda qələbəyə hazırlıq yolunda ən kiçik bir hüquq pozuntusunu belə bağışlanmazlıqdan xilas edir. Ali Baş Komandan az qala bütün ölkə ərazisini əhatə edən rayonları, ən əsası Kəlbəcəri bu dəfə ikinci - məmur “işğalından” xilas etməklə sanki ölkə qəsbkarlarına qarşı yeni savaş cəbhəsi açaraq bir növ tarixi torpaqlarımızda gələcək şuşalıların mədəni irsinə investisiyanı stimullaşdırır. O zaman Dördgünlük Aprel zəfərini Bakının prioritet Qarabağ siyasətinin ön səhifəsinə çevirən Ali Baş Komandanın az qala bütün çıxışlarında bu uğura istinad etməsi fonunda indi necə ola bilər ki, erməni təxribatına uymamaq Qarabağın işğalı ilə barışıq kimi qələmə verilə bilər?! Bəlkə də vaxtilə Azərbaycanın ərazi bütövlüyünə qənim kəsilən və tarixdə qara səhifələri ilə silinməz iz buraxan o dövrün siyasi hakimiyyətinə bu cür münasibət mövcud problemin varlığını bu gün yada belə salmazdı. Ermənistan rəhbərliyinin aclıq, səfalətdə boğulan xalqını özgə ərazilər üzərindən ambisiyalarına qurban verməsindən, bir an belə düşünmədən onları qondarma sərhədlərdə ölümə tərkindən fərqli olaraq millətinin rifahını ərazi bütövlüyünə bərabər tutan Azərbaycan rəhbəri ölkəsinə vətən əxlaqının ən ali xidmət forması ilə Qarabağın hərbi azadlıq yolunun ordu, xalq birliyi ilə bərabər, dövlətin siyasi, iqtisadi, sosial, eləcə də mədəni idarəetməsinin yeni modelini qələbəyə hazırlıq konsepsiyasının tərkib hissəsi olaraq təqdim edir. O üzdən “Qarabağ Azərbaycandır, nida” formuluna nöqtə qədər şübhə edənlər, Qarabağın hərbi azadlıq konsepsiyanın son müddəalarını tamamlayacaq növbəti sensasion islahatlar siyasəti ilə “Azərbaycanın müharibəyə tələsmədən, gecikməsi” təəssüratından xilas olacaqlar! Ərazi bütövlüyü uğrunda müharibədə dövlətin güclü ordusunu, sarsılmaz siyasi, iqtisadi, sosial təməl dəstəkləyəndə, istənilən qələbə qaçılmaz olur!
Paşinyanın Şuşada ömürlük “müharibə” andı
İnfo savaş trafikində yeniləşən formasiya üzərindən Koronaya opponentliliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi düzən axtarışının pik dönəmini yaşayır. Qondarma Koronanın simptomları Ermənistan tərəfindən işğal edilmiş Qarabağın cansız bədənində müxtəlif formalarda müşahidə edilməkdədir. Rusiya tərəfindən siyasi izolyasiyasına rəğmən artıq Paşinyanın timsalında uğursuz erməni hökumətinin bütün qolları bu mutasion xəstəliyin simptomsuz daşıyıcılarıdır. Getdikcə nəfəsi daralan Ermənistan rəhbərliyinin özgə torpaqlarında taleyi süni aparata bağlı qondarma qurumda qeyri-qanuni “seçkilər”dən sonra Şuşada “andiçmə” mərasimi ilə varlığını güclə əldə tutmağa çalışması bunun bariz sübutdur. Ancaq bu xəstəliyin sağalmaz hal alması birbaşa mənəvi mərkəzimizdən regional təhlükəsizliyə açılan atəş idi. Məlum 21 maydan cəmi 5 gün öncə “erməni hökuməti ilə qondarma rejim arasında elan edilməmiş konsensusdan bəhsi ilə birincinin iştirakı olmadan heç bir qərarın mümkünsüzlüyünün” bildirilməsi Şuşadakı qondarma ritualdan fərqli olaraq Paşinyanın mərhələli həll planından imtinasının bəlkə də ömürlük “müharibə” andı və ya işğala xidmət “sülh” danışıqlarının de-fakto non-stopu idi.
Azərbaycanın Qüdsündə baş verənlər əslində Minsk Qrupu üzvlərinin Qarabağın hərbi azadlığına Bakının xüsusi iradəsindən kənarda mümkünsüzlüyünə səssiz razılığı idi. Rusiya XİN-in hərbi yola alternativ mərhələli aktivasiyanı başlatması isə Ermənistanın təbirincə Dağlıq Qarabağ münaqişəsi istiqamətində sülhü imitasiyanın yekun mərhələsi idi. Bu fonda heç bir gedişat Azərbaycanın əzəli torpaqlarının sülh yolu ilə işğalı ilə barışdığı reallığına əsas verə bilməz. Bütövlük simvolu – “Qarabağ Azərbaycandır, nida” formulunu Sergey Aksyonovun Krımın Ukraynanın tərkibinə qaytarılmasının mümkünsüzlüyü etirafına bərabər tutmaq tarixi səhv olardı. Aksyonovu ümidsizliyə düçar edən səbəb birinci - işğal faktının olmaması, ikinci – krımlıların Ukraynanın tərkibinə qayıtmağı arzulamaması, üçüncüsü isə Rusiya hərbi qüvvələrinin gücüdür. Krımdan fərqli olaraq Azərbaycan faktiki işğala məruz qalıb və xalq milli bütövlük yolunda yalnız Dağlıq Qarabağ və ətraf rayonlarla birgə vahidliyindən dönmək fikrində deyil. Təkcə Aprel döyüşlərində xalqın böyük ordu səfərbəyliyi baxımından Azərbaycanın mövqeyi əsla Krımın ilhaq barışığı ilə bərabər tutula bilməz, hətta nəinki sonuncu və əlavə heç bir beynəlxalq faktor Qarabağın hərbi azadlığının qarşısının alınmasında arqument mahiyyətinə belə malik deyil. Azərbaycan kontekstində dördüncü mühüm real fakt odur ki, ölkəmizin Qarabağ prioriteti son zamanlar müxtəlif proseslər üzərindən daha da qabaran əzəli torpaqlarımızın Ermənistana birləşdirilməsi xətti ilə barışmaz mövqedədir. Üstəlik, Avropa yolunda hər keçən gün Şərq məyusluğu daha da artan və bu məhkumluğu fonunda hələlik proqnostik senarilər üzərindən olsa da, parçalanma riski ilə üz-üzə qalan Ukraynanın timsalında Qərbin münaqişəli problemlər üzərində xilas rolu da minimuma enir. Açıq söyləmək lazımdır ki, Rusiya ilə uzaqdan-yaxından əlaqəsi olan bütün bənzər məsələlərdə Qərb heç bir uğura imza ata bilməyib. Ancaq bu əsla MDB məkanındakı münaqişələrə nəzarətdə Rusiyanın həlledici roluna işarə etmir. Bu baxımdan baş verənlərin səbəbini Kiyevin əksinə olaraq Qərb yolunun tutulmaması ilə əlaqələndirməyin məntiqi izahında hələ ki təsdiqini tapmış hansısa fakta söykənmək mümkün deyil. Bu isə belə yekun nəticəyə gəlməyə əsas verir ki, digər münaqişəli problemlərə haqlı münasibətdən daim kənarda qalan Qarabağ məsələsinin tənzimlənməsi nəinki bu gün real anlamda birləşmiş millətlər funksiyasından uzaqlaşan BMT, nəbzi ÜST-dən asılı Avropa Şurası, təəssübkeşliyi xristianlarınkından olduqca geridə qalan İƏT, nəhayət artıq formal təsisat statusunu belə itirən ATƏT-in Minsk Qrupundan deyil, yalnız güclü və inkişaf etmiş Azərbaycan modeli çərçivəsində mümkündür.
Yeri gəlmişkən, bundan öncəki siyasəti ilə İrəvana münasibəti qapalı sərhəd amili ilə məhdudlaşmayan İranın Qarabağ məsələsinin həllinə yönəlik son bəyanatlarının əsas özülü diqqətdən yayına bilməz. Təəssüf ki, problemin həllinə real yanaşmadan daha çox bir sıra siyasi səbəblərdən dolayı sırf İran maraqlarına söykənən bu cür praktiki addımlar Qarabağın infoqrafik xilas modelində təkcə daxili deyil, regional və xarici hədəf kursunda da yeni siyasi modeli şərtləndirir.
Aygün Yusibova
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirir. Tədqiqat sahələri Qarabağ, sülh quruculuğu, ictimai-siyasi mövzuları əhatə edir. Müvafiq sahələr üzrə tədqiqatların, elmi araşdırma və məqalələrin müəllifidir.