Sosial Tədqiqatlar Mərkəzinin “Zəfər” zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə «Cəмiyyətin İnкişаfı Mərkəzi» Ictimаi Birliyinin həyata keçirdiyi “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihə çərçivəsində keçirilən sosioloji-tədqiqt işinin nəticələrinə dair dəyrmi masa keçirilib.
Sosial Tədqiqatlar Mərkəzi tədbirə təşkilati və texniki dəstək verməklə yanaşı, həmçinin tədbirdə “Qafqaz evi” ideyası, Cənub Qafqazda sülhün, əmin-amanlığın, davamlı sabitliyin təmin olunması problemləri ilə bağlı apardğı tədqiqatlar barədə məlumat təqdim edib.
Mərkəzin İcraçı Direktoru Sahib Məmmədov açılış nitqində Mərkəzin bu istiqamətdəki fəaliyyəti barədə məlumat verib.
Mərkəzin sektor müdiri Əfqan Vəliyev isə “Qafqaz evi” ideyası, onun reallaşdırlması istiqamətində Cümhuriyyət dövründən başlayaraq edilən təşəbbüslər, bu təşəbbüslərin reallaşmasına erməni tərəfinin törətdiyi maneələr barədə çıxış edərək tarixi faktlar səsləndirib.
Tədbirdə sosioloji sorğunun nəticələri açıqlanıb, həmçinin “Qafqaz evi-Regionda sülh və təhlükəsizlik ideyası” adlı nəşrin təqdimatı gerçəkləşib.