Bir çox şəxsə maraqlıdır ki, əlimizdəki mobil avadanlıqlarla çox danışmağın fəsadları varmı? Bizi hansı təhlükə və risklər gözləyir. Əgər mobil avadanlıqlarla çox danışmağın ziyanı varsa, biz onlarla necə davranmalıyıq? Elmin işığında apardığımız araşdırmaları ətraflı formada sizinlə bölüşmək istəyirəm.
Mobil telefonlar hər bir kəsin həyatında mövcuddur. Hətta bəzi şəxslərdə bir neçə mobil avadanlıq var. Bu avadanlıqlar istehsal olunarkən xüsusi standartlar əsasında istehsal olunur. Elə isə bu standartlar nələrdir, necə təşkil olunur və bizim həyat və sağlamlığımıza təsirləri hansı səviyyədədir kimi suallar meydana gəlir. Məqsədimiz bu suallara elmi tədqiqatların işığında cavab verib, mühəndis kimi apardığımız araşdırmaları, hər bir ixtisas sahibinin rahat anlayacağı formada izah etməkdir.
1990-ci illərdən etibarən insanların mobil telefonlardan istifadəsi çoxalmışdır. Mobil telefonlar radiotezlik dalğaları kimi tanınan enerji forması yayır, ona görə də mobil telefondan istifadənin təhlükəsizliyi bəzi narahatlıqlara səbəb olmaqdadır. Əsas narahatlıqlar mobil telefonlarının baş və boyun nahiyəsində beyin şişlərinin və ya digər şişlərərə aid risklərin artıb-artmayacağı barədə müzakirələrdir, çünki danışarkən və ya zəng zamanı telefona ən yaxın bölgəmiz baş və boyun hissələridir.
Mobil telefonları radio dalğalardan istifadə edərək, yaxınlıqdakı qüllələrə (baza stansiyalarına) siqnal göndərir və qəbul edir . Bu tezlik FM radio dalğaları və mikrodalğalar arasına düşən elektromaqnit spektrində enerji formasıdır. FM radio dalğaları, mikrodalğalar, görünən işıq və istilik kimi, radiotezlik dalğaları da ionlaşdırıcı olmayan şüalanmanın bir formasıdır . Hüceyrələrdəki DNT-ni (genləri) birbaşa zədələyərək xərçəngə səbəb olmaq üçün, kifayət qədər enerjiyə malik deyil. Radiotezlik dalğaları rentgen şüaları, qamma şüaları və ultrabənövşəyi şüaları kimi daha güclü (ionlaşdırıcı) radiasiya növlərindən fərqlidir . İonlaşdırıcı şüalanma DNT-dəki kimyəvi bağları qıra bilər və bu da xərçəngə səbəb ola bilər.
Elektromaqnit spektrinin təsviri son dərəcə aşağı tezliklərdən (elektrik xətləri kimi) son dərəcə yüksək tezliklərin (rentgen şüaları və qamma şüaları) təsirlərinə qədər dəyişən elektromaqnit enerjisinin mümkün tezliklərini göstərir. Həm qeyri-ionlaşdırıcı, həm də ionlaşdırıcı şüalanmanı əhatə edir.
Açıq mənbələrdə göstərilir ki, yüksək SAR dəyərinin məruz qoyduğu yan təsirlər mövcuddur.
Bəziləri aşağıdakı kimidir. (24 saat ərzində)
Yüksək SAR dəyərlərinə malik cihazların uzunmüddətli zərərləri (10 il)
Qeyd etmək olar ki, insan bədəninin təxmini olaraq, 70%-i sudur. Su molekulları yüksək tezlik diapazonunda radiasiya enerjisini udmaq potensialına malikdir. Mobil avadanlıqlardan istifadə edərək, məruz qaldığımız radiasiyanın səbəb ola biləcəyi sağlamlıq problemlərini tapmaq üçün, bir çox araşdırma aparılır. Siçanlar üzərində müəyyən tədqiqatlar aparılır, bu da nəticələrin insanlar üçün, nə demək olduğu barədə kifayət qədər məlumatın olmaması ilə nəticələnir. Eyni zamanda siçanlar üzərində aparılan tədqiqatlarda ürək şişlərinin inkişafı və ya DNT zədələnməsindən əziyyət çəkən siçanların olması təəccüblü və düşündürücüdür. O zaman SAR dəyərinin nə olduğuna xüsusi diqqətlə baxamağa dəyər.
SAR (Specific Absoration Rate - Xüsusi Absorbsiya Dərəcəsi) ilk dəfə 1996 -cı ildə (Federal Communications Commission - Federal Kommunikasiya Komissiyası) FCC 96-326 nömrəli sənəd ilə insanların mobil telefon radiasiyasına məruz qalması ilə bağlı xüsusi qaydalar kimi açıqlandı. SAR dəyəri, zəng edərkən və danışarkən bədənin nə qədər Radiotezlik (Radio frequency) udmasını ölçmək üçün yaradılan, vahidi W/Kg olan dəyərdir. SAR, mobil avadanlıqdan istifadə edərkən bədən tərəfindən udulmuş radiasiya miqdarıdır.
SAR dəyəri 100 Khz ilə 10 Ghz arasında olan tezliyin olduğu sahələrdə məruz qalma səviyyəsini ölçür. Bu dəyəri ölçmək üçün, 1 qramlıq toxuma başına düşən dəyərə görə ölçülür və vahid olaraq W/Kg (kloqram başına düşəm vatt) istifadə olunur. Amerika və Avropada ölçmə üslubları fərqlidir. Amerikada FCC (Federal Communications Commission - Federal Kommunikasiya Komissiyası) mobil telefonlarında icazə verilən SAR dəyərinin 1.6 W/Kg olaraq təyin olunmuşdur.
Avropada isə, 10 qramlıq toxuma üzərində ölçmə işi aparılır, Təbii ki, toxuma ölçüsü artdıqca SAR dəyəri də çoxalır. Ona görə də Avropada bu dəyər 2 W/Kg olaraq təyin olunub. Belə olan halda Avropada satılan telefonların SAR dəyəri daha aşağı olduğunu demək mümkündür.
American Cancer Society (Amerika Xərçəng Cəmiyyəti) yazdığı bəzi məlumatlardan da istifadə edərək, bu məsələləri qısa və sadə şəkildə təqdim edərək, araşdırmaların nəticələrini göstərəcəyik.
İnsanlar radiasiya dedikdə rentgen şüaları və ya nüvə reaktorlarının yaratdığı radiasiya kimi xüsusi növləri düşünürlər. Amma nəzərə alaq ki, fərqli radiasiya növləri də var. Radiasiya çox aşağı enerjili (aşağı tezlikli) radiasiyadan çox yüksək enerjili (yüksək tezlikli) radiasiyaya qədər bir spektrdə mövcuddur. Buna bəzən elektromaqnit spektri deyilir.
Elektromaqnit spektr, elektromaqnit enerjisinin mümkün tezliklərini göstərir. Bu, son dərəcə aşağı tezliklərdən (məsələn, elektrik xətləri) son dərəcə yüksək tezliklər (rentgen şüaları və qamma şüaları) arasında dəyişir və şualar qeyri-ionlaşdırıcı, və ionlaşdırıcı şüalanma olaraq iki yerə bölünür.
Yüksək enerjili radiasiyaya misal olaraq, rentgen şüaları və qamma şüalarını göstərmək olar. Bu şüalar, eləcə də bəzi yüksək enerjili ultrabənövşəyi şüalar ionlaşdırıcı şüalanma formalarıdır. Yəni onların atomdan elektronu çıxarmaq (ionlaşdırmaq) üçün kifayət qədər enerjisi var. Belə olduqda hüceyrələrin içində olan DNT-yə, yəni genlərə zərər verə bilər. Bu hal da xərçəngə səbəb ola bilər. Qeyri-ionlaşdırıcı şüalanmanın atomdan elektronları çıxarmaq üçün kifayət qədər enerjisi yoxdur. RF (Radiofrequency - Radiotezlik) şüalanması infraqırmızı və görünən işıq kimi bəzi digər qeyri-ionlaşdırıcı şüalanma növlərinə nisbətən daha az enerjiyə malikdir.
Radiotezlik radiasiyası bədən tərəfindən böyük miqdarda udularsa, istilik əmələ gətirə bilər. Çox yüksək səviyyələrdə Radiotezlik dalğaları bədən toxumalarını qızdıra bilər. Bu, yanıqlara və bədən toxumalarının zədələnməsinə səbəb ola bilər. Raditezlik radiasiyasının hüceyrələrdə DNT-ni ionlaşdırıcı şüalanma kimi zədələməklə xərçəngə səbəb olduğu düşünülməsə də, bəzi hallarda ionlaşdırıcı olmayan şüalanmanın bəzi formalarının hüceyrələr üzərində bir növ xərçəngə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar var. Ancaq standartlara uyğun mobil telefonlarının verdiyi enerjinin səviyyəsi çox aşağıdır və bədəndəki hərarəti yüksəltmək üçün kifayət deyil.
Radio dalğalar mobil telefonunun gövdəsində olan antenadan gəlir. Antena istifadəçinin başına nə qədər yaxın olarsa, radiotezlik dalğalarının radiasiyasına məruz qalma bir o qədər çox olur. Telefona yaxın olan bədən toxumaları radiotezlik dalğalarından daha çox enerji udur.
İnsanlar həm təbii, həm də insan mənşəli mənbələrdən RF şüalanmasına məruz qala bilərlər.
Təbii mənbələrə aşağıdakılar daxildir:
İnsan tərəfindən yaradılan radiotezlik radiasiya mənbələrinə aşağıdakılar daxildir:
Xüsusi Absorbsiya Dərəcəsi (SAR) istifadəçinin bədəni tərəfindən udulmuş telefondan gələn radiotezlik enerjisinin miqdarıdır. Hər mobil telefonunun fərqli SAR səviyyələri var. Mobil telefonun istehsalçılarına öz məhsullarının maksimum SAR səviyyəsini, FCC (Federal Communications Commission - Federal Kommunikasiya Komissiyası)-yə bildirmələri tələb olunur . Bu məlumat istehsalçının saytında və ya telefonun istifadəçi təlimatında mövcud olur. FCC təhlükəsizlik qaydalarına əsasən ABŞ-da icazə verilən SAR-ın yuxarı həddi bədən çəkisinin kiloqramı üçün 1,6 vatt (W/kq) təşkil edir.
Lakin FCC-yə görə, telefonlar arasında SAR dəyərlərini müqayisə etmək yanıltıcı ola bilər. İstifadə zamanı faktiki SAR bir sıra amillərdən asılı olaraq dəyişir, buna görə də ola bilər ki, daha aşağı SAR dəyəri olan telefon bəzən insanı daha yüksək SAR dəyərinə malik olan telefondan daha çox radiotezlik dalğalarının enerjisinə məruz qoya bilər.
Tədqiqatçılar bu halın xərçəngə səbəb olub-olmadığını müəyyən etmək üçün, iki əsas tədqiqat növündən istifadə edirlər:
Əksər hallarda heç bir tədqiqat növü insanlarda xərçəngə səbəb olub-olmadığını göstərmək üçün kifayət qədər sübut təqdim etmir, buna görə də tədqiqatçılar adətən həm laboratoriya, həm də insan üzərində olan tədqiqatlara baxırlar.
Radiotezlik dalğalarının laboratoriya tədqiqatları
Mobil telefonlar tərəfindən yayılan dalğaların birbaşa DNT-yə zərər vermək və ya bədən toxumalarını qızdırmaq üçün kifayət qədər enerjisi yoxdur. Bu səbəbdən cib telefonlarının xərçəngə səbəb ola biləcəyi barədə məlumatlar aydın deyil. Bəzi tədqiqatlar radiotezlik radiasiyasına məruz qalan laboratoriya heyvanlarında müəyyən növ şişlərin mümkün artım nisbətlərini tapa bildi, lakin ümumilikdə bu tip tədqiqatların nəticələri barədə indiyə qədər dəqiq cavab verilməmişdir.
2018-ci ildə ABŞ NTP (National Toxicology Program - Milli Toksikologiya Proqramı) və İtaliyanın Ramazzini İnstitutu tərəfindən nəşr olunan böyük tədqiqatlarda görə, laboratoriya siçovullarını bir neçə saat ərzində bütün bədənlərini radiotezlik dalğalarına məruz qoydular. Siçovullar doğumdan başlayaraq, günlük kifayət qədər çox və müəyyən vaxt intervalında radiotezliyə məruz qoyulub. Hər iki tədqiqat nəticələrinə görə erkək siçovullarda bədxassəli ürək şişlərinin riskinin artdığını müşahidə edilib, lakin dişi siçovullarda bu hal olmayıb. NTP tədqiqatı həmçinin beyində və adrenal bezlərdə müəyyən növ şişlərin riskinin artdığını qeyd edib.
ICNIRP (International Commission on Non-Ionizing Radiation Protection - Qeyri-İonlaşdırıcı Radiasiyadan Mühafizə üzrə Beynəlxalq Komissiya) tərəfindən bu iki tədqiqat 2019-cu ildə nəzərdən keçirildi və müəyyən edildi ki, tədqiqatların məhdudiyyətləri radiotezlik enerjisinin xərçəngə səbəb olması ilə bağlı nəticələr çıxarmağa imkan vermir.
Düşünmək olar ki, yenə də bu tədqiqatların nəticələri mobil telefonlardan gələn radiotezlik dalğalarının insan sağlamlığına hansısa formada təsir göstərə biləcəyini istisna etmir.
Bir çox tədqiqatlar aparılıb. Bəzi tədqiqatlar aşağıdakı kimidir.
İNTERFON tədqiqatı
On üç ölkəni əhatə edən INTERFON tədqiqatı, bu günə qədər edilən ən böyük tədqiqatdır. Beyin şişi inkişaf etdirən 5000-dən çox insan və şişi olmayan oxşar qrup insanlar arasında mobil telefondan istifadəni araşdırıldı. Tədqiqat beyin şişi riski ilə zənglərin tezliyi, uzun danışıq vaxtı və ya 10 və daha çox il ərzində mobil telefon istifadəsi arasında heç bir əlaqə tapmadı. Kiçik tapıntılar vardı. Ancaq bu tapıntını şərh etmək çətin idi, çünki tədqiqatda bəzi insanlar ağlasığmaz dərəcədə çox mobil telefon istifadə etdiyini bildirdi. Tədqiqatçılar araşdırmada olan nöqsanların qəti nəticə çıxarmağa mane olduğunu və daha çox araşdırmağa ehtiyac olduğunu qeyd ediblər.
INTERFON tədqiqatında akustik neyroması olan 1000-dən çox insanı şişi olmayan 2000-dən çox insanla müqayisə etdi. Mobil telefon istifadəsi ilə akustik neyromalar arasında ümumi əlaqə yox idi. Mobil telefonlardan ən çox istifadə edən insanların 10%-də riskin artması ehtimalı yenidən ortaya çıxdı, lakin bu tapıntını şərh etmək çətin idi, çünki bəzi insanlar daha çox mobil telefon istifadə etdiyini bildirdilər.
Danimarka kohort tədqiqatı
Danimarkada 1982-1995-ci illər arasında mobil telefonu abunəsi olan bütün insanları (təxminən 400.000 nəfər) beyin şişlərinin mümkün artımını tapmaq üçün, abunə olmayanlarla müqayisə edən geniş, uzunmüddətli bir araşdırma aparıldı. Tədqiqata əsasən 2007-ci ilə qədər insanlar izlədi. Mobil telefondan 13 ildən çox istifadənin beyin şişi, tüpürcək vəzi şişləri və ya ümumilikdə xərçəng riskinin artması ilə əlaqəsi yox idi.
Lakin bu tədqiqatın bəzi çatışmazlıqları da var idi. İnsanların telefondan nə qədər istifadə etdiyini və ya abunəsi olmayan insanların başqasının telefonundan istifadə edib-etmədiyini ölçmək mümkün olmadı. Tədqiqat zamanı istifadə edilən mobil telefonlar müasir telefonlardan daha yüksək radiotezlik dalğaları yaymağa meylli olsa da, insanlar da, telefonlarından bu gün istifadə etdikləri telefonlara nisbətən az istifadə ediblər.
Milyon Qadın Araşdırması
Böyük Britaniyada 800.000-ə yaxın qadın üzərində aparılan geniş perspektivli araşdırma, mobil telefonlardan istifadə ilə bağlı orta hesabla 14 il ərzində beyin şişlərinin inkişaf riskini araşdırıldı. Bu araşdırma cib telefonu istifadəsi ilə ümumilikdə beyin şişi riski və ya bir neçə ümumi beyin şişi alt növləri arasında heç bir əlaqə tapmadı. Ancaq yenə də bu tədqiqatın bu gün mobil telefonlardan istifadə edən insanlara nə dərəcədə tətbiq oluna biləcəyi ilə bağlı məhdudiyyətlər var. Məsələn, 2001-ci ildə bu tədqiqatda iştirak edən qadınlardan ilk dəfə mobil telefondan istifadələri barədə soruşduqda, hər 5 istifadəçidən 1-i azı hər həftə 30 dəqiqə və ya daha çox mobil telefonla danışdığını bildirdi.
İndiyə qədər aparılan bütün tədqiqatların məhdudiyyətləri var
Xülasə, bu günə qədər insanlar üzərində aparılan tədqiqatlar mobil telefonundan istifadə ilə şişlərin inkişafı arasında aydın əlaqə tapmayıb. Bununla belə, bu tədqiqatların mobil telefondan istifadənin xərçəng riskinə təsir edib-etməməsi ilə bağlı mübahisələrə son qoymasını çətinləşdirən bəzi mühüm məhdudiyyətlər var.
Birincisi, tədqiqatlar hələ çox uzun müddət insanları izləyə bilməyib. Məlum bir xərçəngə məruz qalmadan sonra, şişlərin inkişafı üçün, çox vaxt onilliklər lazımdır. Əksər ölkələrdə mobil telefonlardan cəmi 20 ildir ki, geniş şəkildə istifadə olunduğu üçün, gələcəkdə sağlamlığa mümkün təsirləri istisna etmək mümkün deyil.
İkincisi, mobil telefondan istifadə daim dəyişir. İnsanlar mobil telefonlarından hətta 10 il əvvəl olduğundan daha çox istifadə edirlər və telefonların özləri də keçmişdə istifadə edilənlərdən çox fərqlidir.
Üçüncüsü, indiyə qədər nəşr olunan tədqiqatların əksəriyyəti uşaqlara deyil, böyüklərə yönəlmişdir. Mobil telefondan istifadə indi hətta kiçik uşaqlar arasında da geniş yayılıb. Mümkündür ki, sağlamlıq təsirləri varsa, onlar uşaqlarda daha aydın görünə bilər, çünki bədənləri radiotezlik enerjisinə daha həssas ola bilər. Digər narahatlıq odur ki, uşaqların ömür boyu cib telefonlarından gələn radiotezlik dalğalarına məruz qalmaları, yaşlı olarkən mobil telefonlardan istifadə etməyə başlayan böyüklərdən daha çox olacaq.
Nəhayət, əksər tədqiqatlarda mobil telefon istifadəsinin ölçülməsi əskik olmuşdur. Bu məhdudiyyətləri nəzərə alaraq, mobil telefona məruz qalma riskinin, xüsusən də uşaqların istifadəsi və uzunmüddətli istifadəsi ilə bağlı öyrənilməsini davam etdirmək vacibdir.
Əlaqədar qurumların adları və bildirdikləri
ASC (The American Cancer Society - Amerika Xərçəng Cəmiyyətinin) mobil telefonlardan, mobil telefon qüllələrindən və ya digər mənbələrdən radiotezlik radiasiyasının xərçəngə səbəb olub-olmaması ilə bağlı heç bir rəsmi mövqeyi və ya bəyanatı yoxdur.
WHO (World Health Organization - Ümumdünya Səhiyyə Təşkilatı)-nın bir hissəsi olan IARC (International Agency for Research on Cancer - Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi)
NTP (US National Toxicology Program - ABŞ Milli Toksikologiya Proqramı) proqramı, NIH (National Institutes of Health - Milli Sağlamlıq İnstitutu), CDC (Centers for Disease Control and Prevention - Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi) və FDA (Food and Drug Administration - Qida və Dərman İdarəsi) daxil olmaqla, bir neçə müxtəlif dövlət qurumlardan yaradılmışdır.
ABŞ Ərzaq və Dərman İdarəsi (FDA) 2008-2018-ci illər arasında dərc edilmiş araşdırmalara, eləcə də xərçəng nisbətlərindəki milli tendensiyalara əsaslanan texniki hesabat verdi. Hesabatda əsasən qeyd edildi ki, radiotezlik radiasiyasına məruz qalma ilə şiş əmələ gəlməsi arasında əlaqəni dəstəkləmək üçün kifayət qədər dəlil yoxdur."
ABŞ Federal Rabitə Komissiyasına (FCC) görə :
Hazırda heç bir elmi sübut simsiz cihazdan istifadə ilə xərçəng və ya digər xəstəliklər arasında əlaqəni göstərmir.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə (CDC) görə :
“Hazırda sağlamlıq problemlərini mobil telefonu istifadəsi ilə əlaqələndirmək üçün elmi əsas yoxdur. Mobil telefondan istifadənin sağlamlığa təsir edib-etmədiyini müəyyən etmək üçün, elmi araşdırmalar davam edir”.
5G şəbəkələri barədə
Beşinci nəsil (5G) mobil şəbəkələri hazırda bir çox yerlərində və ölkələrdə tətbiq olunur. 5G şəbəkələri əvvəlki nəsillərə (4G, 3G və s.) nisbətən daha qısa müddət ərzində daha böyük həcmdə məlumat ötürməyə qadirdir.
5G şəbəkələri (və onlardan istifadə edən telefonlar) köhnə nəsil şəbəkələrə nisbətən daha yüksək tezlikli (daha yüksək enerji) radiotezlikdə işləyir (baxmayaraq ki, daha yeni telefonlar adətən köhnə şəbəkələrdən də istifadə edə bilər). Lakin daha yeni 5G siqnalları hələ də raditezlik dalğalarından istifadə edir, buna görə də DNT-ni birbaşa zədələmək qabiliyyətinə malik olmayan qeyri-ionlaşdırıcı şüalanma formalarıdır .
Mobil telefondan istifadə ilə xərçəng arasında mümkün əlaqələri araşdırmaq üçün, indiyə qədər aparılan tədqiqatlar yaşlı nəsil (əsasən 2G və 3G) siqnallarına yönəlmişdir. Hal-hazırda, 5G şəbəkələrində istifadə olunan dalğalarının mobil rabitədə istifadə olunan digər dalğa uzunluqlarından daha çox narahatlıq doğurduğunu göstərən çox az araşdırma aparılmışdır.
Evlərdəki simsiz telefonlar
Evlərdə tez-tez istifadə olunan simsiz telefonlar telefon prizlərinə qoşulmuş və yerli telefon xidmətinə qoşulmuş əsas qurğulara malikdir. Onlar cib telefonu sayılmır. Simsiz telefonlar cib telefonlarının təxminən 1/600 gücündə işləyir, buna görə də onların sağlamlığa təsiri baxımından daha az narahatlıq doğurur.
Bəs Bluetooth cihazları (qulaqcıqlar daxil olmaqla)?
İndi bir çox simsiz qurğular Bluetooth texnologiyasından istifadə edərək, daha qısa məsafələrdə əlaqə qurur. Məsələn, indi bir çox telefonda simsiz (Bluetooth) qulaqlıqlardan istifadə etmək imkanı var. Telefonlar həmçinin Bluetooth-dan istifadə edərək, digər cihazlara (planşetlər, noutbuklar, avtomobil idarə panelləri və s.) qoşula bilər.
Bluetooth cihazları mobil telefonlar üçün istifadə olunan, oxşar dalğa uzunluğu diapazonunda olan dalğalarından istifadə edir. Lakin siqnalların qısa bir məsafəni (məsələn, telefondan insanın qulağına qədər) qət etmələri lazım olduğundan, aşağı güc səviyyələrində işləyə bilər ki, bu da nəzəri olaraq, onları sağlamlıq baxımından daha az narahat edir. Lakin Radiotezlik dalğaları yayan digər cihazlarda olduğu kimi, bu cihazların da sağlamlıq üçün, mümkün təsirləri hazırda tamamilə istisna edilə bilməz.
SAR dəyərinin təsirlərini necə azaltmaq üsulları.
İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, ekspert Bəhruz Əliyev