Yuxarıya
skip to main content

Avropa İttifaqı sərhədlərini şərqə doğru genişlətmək niyyətindədir – Araşdırma

11.09.2023

Rusiya-Ukrayna müharibəsi daha da gərginləşməsi fonunda Avropa İttifaqı liderləri yeni planlar qurmağa məcbur haldadır. Hazırda 27 ölkədən ibarət bloka səkkizə qədər yeni üzv cəlb etmək üçün addımlar atılır. Bu barədə qərb mətbuatı geniş məqalələrlə çıxış edib.

Lakin genişlənməyə dair tarixi təşəbbüslər Aİ üçün öz bərabərində yeni riskləri gətirir.

Potensial olaraq yeni ölkələrin birliyə əlavə edilməsi həm də ciddi narahatlıqlar da doğura bilər. Belə olan təqdirdə genişmiqyaslı daxili islahatlar tələb olunacaq və bu, çox güman ki, Aİ-nin hazırkı üzvləri arasında illər boyunca davam edəcək münaqişələrə səbəb olacaq.

İstənilən genişlənmə prosesinin mürəkkəbliyinə baxmayaraq, Rusiyanın hərbi müdaxiləsi bir sıra Aİ dövlətlərində artıq gözləməyin nəticələrinin ağır ola biləcəyi fikrini doğurdu. Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq açıqlaması zamanı bildirib ki, indi daha cəsarətli olmaq lazımdır.

“İndi cəsarətli olmaq altı qərbi Balkan ölkəsinin hər birini, həmçinin Ukrayna və Moldovanı açıq şəkildə ailəmizə daxil etməliyik-deyə Şallenberq bildirib.

Sadalanan müddəaların Avropa Komissiyasının sədri Ursula fon der Leyenin sentyabrın 13-də Aİ-nin vəziyyəti ilə bağlı illik çıxışı zamanı müzakirə olunacaq mövzular olacağı gözlənilir. Blokun 27 paytaxtının Avropa işləri nazirləri də görüşdə məsələni araşdırmalıdırlar. İki yüksək səviyyəli Aİ diplomatına əsasən, məxfi məsələləri müzakirə etmək üçün anonimlik icazəsi artıq verilibƏn başlıcası, Almaniya və Fransa bu dəfə eyni istiqamətdə olduqlarını açıq şəkildə göstərirlər. Əvvəlcə Almaniya kansleri Olaf Şoltsun bu ilin əvvəlində “genişlənmiş” Avropa üçün çıxışlar etməsi gündəm oldu. Eləcə də Fransanın Avropa naziri Lorens Bune də bu qəbildən açıqlama ilə yadda qalmışdı. Belə ki, o da, POLITICO-ya çıxışı zamanı namizəd dövlətlərin ardıcıl şəkildə Aİ üzvü olmasını dəstəklədiyini bildirmişdi.

“Aİ-nin namizəd ölkələrə birliyə qoşulmaq barədə “ardıcıl mesaj” verməsi müstəsna haldır– ən azı bu hadisə onları Rusiyanın təsir kampaniyalarından qorumaq deməkdir – Deyə fransız nazir bildirib.

 

Aİ Şurasının sədri Çarlz Mişel 2030-cu ilə qədər bloka yeni üzvlərin qəbul edilməsi ilə bağlı çağırış edib. Bu barədə nüfuzlu Aİ və Birləşmiş Krallıq mətbuatı da məlumat dərc edib. Həmçinin Fransa prezidenti Emmanuel Makron mərhələli şəkildə genişlənmə ideyasını dəstəklədiyini və ölkələrin Aİ-nin tamhüquqlu üzvü olmadan əvvəl vahid bazara giriş əldə etməsini düzgün hesab etdiyini bildiribAvstriyalı Şallenberq namizəd ölkələrin xarici siyasət qərarlarının qəbul edildiyi Brüssel orqanı olan Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsində (PSC) müşahidəçi qismində oturmasına icazə vermək imkanını irəli sürüb.

“Onlara sadəcə olaraq Aİ və ya ümumi Xarici Təhlükəsizlik Siyasəti bəyannaməsi göndərmək və “imzalamaq” əvəzinə, biz onları düşüncəmizin, qərar vermə mexanizmimizin bir hissəsinə çeviririk” deyə Mişel bildirib.

Daha böyük Avropa üçün yenilənmiş təkan, blokun 2013-cü ildə Xorvatiyanı öz sıralarına qəbul etməsi ilə start götürmüşdü. Türkiyənin üzv qəbul edilməsi ilə bağlı söhbətlər isə Fransanın o zamankı prezidenti Nikola Sarkozinin 2011-ci ildə açıq şəkildə Ankaraya “yox” deməsi sona çatmışdı.

Lakin onlar öz ambisiyalarını həyata keçirmək istəyirlərsə, Aİ liderləri kəskin artan narahatedici faktorlarla mübarizə üçün yeni yollar kəşf etməlidir. Qərb elitası düşünür ki, yeni üzvlərin qəbulu prosesi Avropa paytaxtları arasında şiddətli müzakirələrə gətirib çıxaracaq. Buna səbəb namizəd ölkələrdə olan bəzi predmetlərdir. Ukraynadakı korrupsiya ilə bağlı narahatlıqlar buna ən əsas nümunələrdən biridir.

Qeyd etmək lazımdır ki, hazırda Aİ Ukraynanı kəskin korrupsiyaya sahib ölkələrdən biri kimi tanıyır. Kənd təsərrüfatı siyasəti Brüssel və Kiyev arasında gələcək üzvlüklə bağlı danışıqlarda ən bariz episentr nöqtəsidir. Ukraynanın ucuz taxıl ixracı blokun böyük subsidiya alan fermerlərinin iflas olmasına gətirib çıxara bilər. Polşa və bir sıra digər Aİ ölkələri bu addımın fermerlərini qorumaq məqsədi daşıdığını bildirərək, artıq Ukraynanın taxıl ixracına qapılarını bağlayıb.

Genişlənmənin səbəb olacağı daxili islahatlara aşağıdakılar daxildir:
1.Aİ-nin Ümumi Kənd Təsərrüfatı Siyasətinin yenidən qurulması.
2.Blokun uzunmüddətli büdcəsinin yenidən işlənib hazırlanması.
3.Xarici siyasət kimi sahələrdə qərar qəbuletmə prosesinin yenidən yazılması.

Portuqaliyanın Avropa naziri Tiaqo Antunes bildirib ki, "bizim gördüyümüz odur ki, mövcud çərçivə, istər büdcə, istər siyasət, istərsə də qərar qəbuletmə prosedurları olsun, 30-dan çox üzvü olan Avropa üçün uyğun deyil. Bəzən bu hətta, 27 ölkə ilə çox, çox çətindir." Hazırki ittifaqda böyük bir genişlənmə blokun ağırlıq mərkəzini şərqə çevirəcək, bu hal Fransa və Almaniyanın əsas qərarlar üzərində ənənəvi həlledici təsirini potensial olaraq zəiflədə bilər.

Genişlənmə müzakirələri qarşıdakı aylarda, o cümlədən bloka daxil olmayan ölkələrin Avropa Siyasi Birliyinin oktyabrın 5-də İspaniyada keçiriləcək üçüncü iclasında davam etdiriləcək. Mişel genişlənmə ilə bağlı fikirlərini ifadə etmək üçün sammit öncəsi Aİ liderləri ilə kiçik qruplarda görüşməyi planlaşdırır.

Ukraynaya ciddi diqqət yetirilməsinə baxmayaraq, daha kiçik namizəd ölkələr də bloka üzv olmaq üçün tez-tez müraciətlər edirlər.

 

Paşa Bayramov
Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi