Yuxarıya
skip to main content

Professor Tahirə Allahyarova BDU-da gələcəyin jurnalistləri üçün kibercinayətkarlıq haqda mühazirə keçdi

16.05.2023

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, professor,  Departament rəhbəri Tahirə Allahyarova Bakı Dövlət Universitetinin üçüncü kurs jurnalistika tələbələri üçün Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri mövzusunda təqdimat-mühazirə keçib.

Professor bildirib ki, kibercinayət müasir dövrdə informasiya anlayışına bitişik formada yayılmaqdadır: “Bu gün artıq informasiya kibervirusa bulaşıb, insanların, xalqların və dövlətlərin taleyi baytlarda gizlənən kiber -viruslardakı pozucu fəaliyyətdən asılı duruma düşüb”.

O qeyd edib ki, günümüzdə cinayətkarlığın bütün formaları kibercinayətdən və kibertəhdiddən geridə qalmaqdadır: Dünyada mövcud olan “Rəqəmsal Qütbləşmə”-“ Texnopolyar dünya”, 2023-cü ilin ən mühüm qlobal təhdidləri sırasında dövlətlər üçün təhlükələr müstəsna əhəmiyyətə malikdir.

 SMT rəsmisi Azərbaycan dövlətinin kibertəhlükəsizliyin təmin olunmasıyla bağlı qanunvericilik və inzibati fəaliyyətlərə işıq salaraq açıqlayıb ki, Azərbaycanda İKT texnologiyalarının inkişafı və elektron dövlət quruculuğu sahəsində, eləcə də, internet istifadəçilərinin sayı və sürətlə artması baxımından regionun lider dövlətlərindən olan ölkəmizdə kibercinayət və kibertəhlükəsizlik məsələləri dövlətimizin strateji prioritetləri sırasındadır. Ölkə rəhbərliyinin bu sahədə müvafiq qanunverici əsasların hazırlanmasına, infrastrukturun yaradılması cəmiyyətin maariflənməsi yönündə mühüm addımlar atılır.

Ən ümumi şəkildə kibercinayətlərın 3 əsas kateqoriyada təsnifləşdirən professor deyib ki, kibercinayətkarlığın  xeyli sayda xüsusi növləri mövcuddur.

Azərbaycan kiberməkanını sərhədlərini jurnalistika ixtisasına sahiblənəcək – gələcəyin informasiya əsgəri olacaq gənclər üçün açıqlayan STM rəsmisi onu da əlavə edib ki, proaktiv təhsilin ən mühüm vəzifələrindən biri dataların təhlükəsizliyini qorumaq və onunla işləmək bacarığına, vərdişlərinə sahib olmaqdır.

İnteraktiv formatda keçən dərs tələbələrin böyük marağına səbəb olub və onlar təqdim edilən hesabata xüsusi diqqət yetiriblər.