Yuxarıya
skip to main content

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Liderə aid tədbir keçirildi

11.05.2023

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin təşkilatçılığı ilə “100. Yılında Ulusal Lider Haydar Aliyev:Türkiye-Azerbaycan İlişkileri Bağlamında İncelenmesi” adlı kitabın təqdimat mərasimi keçirilib. Keçirilən tədbir Ümumilli Lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə təşkil olunub. Kitab Azərbaycan Dillər Universiteti, Aydın Adnan Menderes Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetlərinin elmi tədqiqatçılarının akademik məqalələri əsasında ərsəyə gəlib. Tədbirdə “Azərbaycan Universitetinin İctimai Elmlər” kafedrasının müdiri Qabil Əliyev, Türkiyənin Azərbaycandaki fövqəladə və səlahiyyətli sabiq səfiri Hulusi Kılıç, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin  İdarə heyətinin üzvü Gülşən Paşayeva, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Bakı Dövlət Universitetinin kafedrasının professoru İradə Hüseynova, Dr. Babayeva- Şükürova Fərahilə, dr. Qasım Hacıyev, dr.İbrahim Kazımbəyli, dr. Sevinc Zeynalova,  AMEA Qafqazşünaslıq Universteti Ramilə Dadaşova, tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri Elnur Kəlbizadə, STM-in sektor müdirləri Əfqan Vəliyev və Tural İsmayılov  iştirak edib.