Sosial Tədqiqatlar Mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə görüş keçirilib
Konfransın ilk çıxışını Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc edib. O bildirib ki, Sosial Tədqiqatlar Mərkəzi artıq 4 ildir ki yaradılıb və 40-dan artıq hesabat materialları dərc edib.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov çıxış edib. Nazir müavini ETSN əməkdaşlarını təqdim edib. Konfrans zamanı Azərbaycan Respublikasında meşələrin inkişafına dair 2023-2030-cu illər üçün Dövlət Proqramı STM əməkdaşlarına təqdim edilib.
Təqdimat zamanı Azərbaycanda hazırda olan vəziyyət barəsində də danışılıb. Belə ki, Azərbaycan meşələrinin sahəsi ümumi nisbətdə az olsa da, növ cəhətdən zəngindir. Burada 435 növ ağac və kol bitir, onlardan 70%-i endemik növlərə aiddir.
Nazirlik əməkdaşları daha sonra Dövlət Proqramının hədəf göstəricilərindən bəhs edib. Bu hədəflərə meşələrin dayanıqlı inkişafı üçün münbit şəraiti təmin edən əlverişli meşəçilik siyasətinin tətbiqi, meşə təsərrüfatının inkişafı üçün meşə sektorunun özündə və əlaqəli sektorlarda institusional çərçivənin təkmilləşdirilməsi daxildir. Həmçinin, Meşələrin Azərbaycan Respublikasının iqtisadiyyatına, o cümlədən turizmin dayanıqlı inkişafına kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi yolu ilə gəlirlərininin artırılması töhfələri verməsi də xüsusi vurğulanıb. Son olaraq qeyd edilən hədəf göstərici isə meşə idarəçiliyində əhalinin, vətəndaş cəmiyyəti institutlarının geniş iştirakı və bu sahədə şəffaflığın artırılması olub.
Təqdim olunan Dövlət Proqramının məqsədləri nə isə yeni meşələrin salınması həmçinin əhalinin mədəni istirahəti üçün geniş imkanların yaradılması kimi məsələlər daxildir.
Sonda isə hər iki qurum əməkdaşları arasında gələcək əməkdaşlıqlarla bağlı fikir mübadiləsi aparılıb.