STM-in sektor müdiri Əfqan Vəliyev təlim keçən tələbələrə mühazirə deyib
Vətən müharibəsindəki qələbə sonrası tarixə ve tarixi torpaqlara münasibət.
Vətən müharibəsində tarixi qələbə, xalqımızın müqəddaratı üçün tarixi inkişafın yeni mərhələsi zəmnində yeni üfüqlər açdı. Qazanılan qələbə və nailiyyətlər soykökünə bağlılıq və milli özünüdərk, habelə milli dirçəliş ve milli intibah tarixşünaslığımızda çoxdan kök salmış böyük bir boşluğu aradan qaldırmağa təsirli təkan verdi. Bununla yanaşı, qələbə nəticəsində müqəddəratı kənarda saxlanmadan tarixi Azərbaycan torpağları kimi tarixi məsələnin tədqiq və təbliğ edilməsi, tarixi torpaqlar ideologiyasının hədəf və strategiyaya çevirilməsi istiqamatində tarixi zərürət yarandı. Tarixi qələbə təkcə gələcək müqəddəratımızın təyini haqda yeni strategiyalar ve həfəflər müəyyən etməklə yanaşı, həm də tarixi keçmişimizə, həssas münasibət, onu yenidən qiymətləndirmə fürsətləri və çoxəsrlik tariximizi hərtərəfli yenidən va daha dərindən tədqiq öhdəliyini də qoydu.
Tarixi torpaqlarda (Qərbi Azərbaycan və indiki İran ərazisindəki Azərbaycanın cənub hissəsi) və ölkə xaricində yaşayan azərbaycanlılar haqqında nə yerli tarixçilər, nə də, indiki Azərbaycanda yaşamadıqları üçün Azərbaycan tarixçiləri yetərli məlumat verməyib. Azərbaycanlıların soyqırım, deportasiya, ərazi bölgüləri və digər təzyiq vasitələri ilə tarixi torpaqlarda sayı azaldılmağa çalışılsa da, onlar tarixi torpaqları dədə-baba yurdu bilib, orada qalmaq üçün min bir məşəqqətə tab gətiriblər və gətirməyə də davam edirlər. Taleyi və tarixi elmi dövriyyədən bir az kənarda saxlanılsa da, tarixi torpaqlarda yaşayan azərbaycanlılar Azərbaycan xalqını ümumi inkişaf prosesinden qopmayıb, öz milli ve tarixi kökünə hər zaman bağlı olmuşdur.
Dövlətimizin yeni milli hədəflərə yönəlmək siyasəti, çox min illik tariximizə həssas münasibətə, onu yeniden qiymətləndirməyə fürsətlər yaradaraq, İrəvana və Zəngəzura, Göyçəyə və bütün tarixi torpaqlara geden yollar şüurlarda-yaddaşlarda inşa edib, çoxəsrlik qan yaddaşını geri qaytardı. Milli şüurdakı oyanış, təkcə Qarabağa deyil, bütün tarixi torpaqlara gedən yolun başlanğıcı kimi babalarımızın, əcdadlarımızın mirası olan yerlərə dönüş yolunu təmin etməklə bir milləti bütövlüyünə və əsli-kökünə qovuşduracaq yeni siyasi-ideoloji ilə yanaşı, eyni zamanda maddi-mənəvi intibahın yeni mərhələsinin də əsasını təşkil edən milli hədəfə çevrildi.
Yuxarıda haqqında qeyd edilən mövzu ətrafında STM-in sektor müdirir Əfqan Vəliyev Sosial Tədqiqatlar Mərkəzində təcrübə keçən tələbələrə mühazirə oxuyub.