Yuxarıya
skip to main content

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynovun “Uluslararası Diplomasi Araştırmaları” jurnalının 1-ci sayında məqaləsi dərc olunub

01.03.2023

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin sektor müdiri İlyas Hüseynovun “Uluslararası Diplomasi Araştırmaları” jurnalının 1-ci sayında “Cənubi Qafqazda yeni yaranan geosiyasi reallıqlarda Azərbaycan diplomatiyasının uğurları” mövzusunda məqaləsi dərc olunmuşdur. Məqalədə Vətən müharibəsindən sonra regionda yeni geosiyasi konfiqurasiyanın formalaşması və dünyanın əsas güc mərkəzlərinin yeni reallıqları qəbul etməsindən bəhs edilir. Hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu və praqmatik xarici siyasət həyata keçirən Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz artıq dünya birliyinin bütün sahələrdə, xüsusilə də enerji sahəsində aparıcı tərəfdaşına çevrilib. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Sözsüz ki, bunun arxasında ölkə rəhbərliyinin gərgin əməyi, əzmkar və müstəqil xarici siyasət kursu dayanır. Məqalədə Cənubi Qafqazda regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın çoxsaylı təşəbbüsləri qeyd edilir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması əsas hədəf kimi göstərilir. Avropa İttifaqının regionda öz siyasi mövcudluğunu qoruyub saxlamaq və karbohidrogen ehtiyatların nəqlinin fasiləsiz və sabit şəkildə təmin etməsini məqsəd kimi qarşıya qoymasına rəğmən, “Brüssel sülh gündəliyi” adını alan format çərçivəsində görülən işlər vurğulanır. Digər tərəfdən, 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanda dərinləşməkdə davam edən daxili siyasi böhrana nəzər salınır. Bununla yanaşı, müəllif Rusiyanın vasitəçiliyi ilə həyata keçirilən danışıqlar müstəvisinin əhəmiyyətini və üçtərəfli birgə bəyanatların implementasitasının zərurətini qeyd edir. Məqalədə Orta Dəhliz ideyasının reallaşdırılması kontekstində regionda həyata keçirilən nəqliyyat infrastruktunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açılır. Azərbaycan diplomatiyasının Praqa və Soçi zəfərinə diqqət çəkilir. 

Keçid linki

Keçid linki 2