Yuxarıya
skip to main content

STM rəhbəri və Vətəndaş Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib

30.01.2023

Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətinin Milli Platformasının üzvləri ilə görüşüb. Milli Platformada mövcud olan qrupların təmsilçiləri Ziya Quliyev, İlqar Hüseynli, Səbinə Ələkbərova (layihələr koordinatoru), Zaur İbrahimli və Vüsalə Hüsenlinin iştirakı ilə keçirlən görüş ölkədə vətəndaş cəmiyyətinin vəziyyəti, Milli Platforma ilə hakimiyyət orqanları arasında əməkdaşlıq məəslələri müzakirə olunub.

Görüşdə Mərkəz sədri STM-in gördüyü işlər haqda, ərsəyə gələn hesabatlar barədə geniş hesabat verib.

O bildirib ki, STM-in Nizamnaməsinə görə Mərkəz QHT-lərinin "yumşaq güc" və "publik diplomatiya"nın tərkib hissəsi kimi fəaliyyətini təhlil etmək və təkliflər hazırlamaqla bağlı işlər görür, ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr keçirir, debatlar təşkil edir, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edir, geniş müzakirə platformaları qurmaqla və onları idarə etməklə fərqlənir.

Daha sonra STM sədri qanunvericiliklə bağlı məsələyə diqqət çəkərək deyib ki, normativ hüquqi aktların layihələrinin hazırlanması mərhələsində vətəndaş cəmiyyəti institutları ilə birgə ictimai dinləmələrin təşkilində, qanunvericilik təşəbbüsü ilə çıxış edən subyektləri məlumatlandırılmasında maraqlı tərəf kimi müəyyən proseslər reallaşdırılıb.

Z. Oruc qalibiyyətlə idarə edilən yeni dövrün spesifikasında qalib vətəndaş cəmiyyəti məsəlkəsinə xüsusi diqqət çəkərək bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə qurulan qalib idarəetmədə, təsisatda yer alan vətəndaş cəmiyyəti mühüm reallıqları təmsil edildikləri beynəlxalq arenada, informasiya müharibəsində, Laçın – Şuşa yolu kimi mühüm aksiyalarda icra edirlər və dünyanı, həmkarlarını, təşkilatları məlumatlandırırlar.

Görüşdə iştirak edən İlqar Hüseynli, Ziya Quliyev, Zaur İbrahimli, Səbinə Ələkbərova və Vüsalə Hüseynli Mərkəzlə Milli Platformanın tədqiqatlar sahəsində əməkdaşlığına dair təkliflərlə çıxış etdilər. Milli Platforma nümayəndələri həmçinin QHT-lərlə bağlı qanunvericiliklə bağlı olan məsələlərə də toxunublar.