Yuxarıya
skip to main content

Elmi tədqiqatlar deduktiv yoxsa induktiv metodologiyaya əsaslanmalıdır?

07.10.2022

Elmi tədqiqatlar elm cameəsində qəbul olunmuş bir sıra standartlara uyğun formada aparılır.  Bu məsələlər araşdırmaların xülasəsindən tutmuş nəticə hissəsinədək olan prosesi əhatə edir. Belə ki, tədqiqat prosesində nisbətən mürrəkkəb  hissə başlanğıcla nəticənin uzlaşdırılması ilə bağlıdır. Düzdür tədqiqat bütövlükdə dinamik proses olduğu üçün onun bütün hissələri bir-birini tamamlamalıdır. Sadəcə məsələ elmi tədqiqatların strukturundan irəli gələn dilemmalara bağlıdır. Yəni, elmi tədqiqat başlanğıcda hadisələrə, faktlara və ya  problemlərə söykənir, nəticədə isə yaranmış mənzərə xüsusiləşdirilir. Bu xüsusiləşdirmə metoduna məntiq elmində deduktiv əqli nəticə deyilir.  Bunun əksi olaraq hətta bir çox hallarda elmi tədqiqatlarda induktiv metodlardan da istifadə olunur. Dəqiq elmlərdə bu metod işlənilsə də, sosial elmlərdə heç də dəqiq nəticələr  verə bilmir. İnduktiv metodda faktlar xüsusidən ümumiyə doğru şərh olunur. Əslində, sual oluna bilər ki, elmi tədqiqatın yolu da xüsusidən ümumiyə doğru getmirmi?

Çünki ortaya qoyulan problem sanki xüsusiləşdirilib. Ancaq məsələ nədən ibarətdir? Deməli, ortaya qoyulan problem tədqiqatın başlanğıcında strukturlara, kateqoriyalara bağlıdırsa və əvvəlki tədqiqatlarda problemə nəzər yetirilibsə, yəni, problemin miqyası bütövlükdə elmin fundamentallığı ilə bağlıdırsa, deməli tədqiqat deduktiv metodla aparılmalıdır. Həm də ona görə, sosial elmlərdə kəşflərin tezliyi və sahələri nisbətən daha az inkişaf etdiyi üçün tamamilə yeni nəzəriyyə əsası olmayan istiqamət üzərində tədqiqat aparılarsa bu zaman biz induktiv metoddan istifadə edə bilərik. Bu məsələnin ikinci əsas zəif  tərəfi isə induktiv tədqiqatların yoxlanılması ilə bağlıdır. Əgər verifikasiya (yoxlama) və falsifikasiya (saxtalaşdırma) meyarını tətbiq etsək, başqa alternativ faktlar ortaya qoyaraq,  tədqiqatın nəticəsini daha asan şəkildə yanlışlamaq (bu, elə normal elmi şərtlərin təmin edilməsidir) olar. Eyni ölçü meyarını deduktiv tədqiqatlara tətbiq etsək, yanlışlama mərhələsi yanlız  giriş hissənində problemin qoyuluşunda ola bilər.

Çünki dəqiqliyin yoxlanılması ehtimalı ən çox deduktiv metodlarla araşdırılan tədqiqatlardadır. Gətirilən arqumentlərə baxmayaraq, elmdə induktiv metoda böyük ehtiyac var. İnduktiv metod daha çox elm adamlarının subyektiv düşüncələrinə və fantaziyalarına əsaslanır. Həmdə induktiv metod  vasitəsilə bir çox elmi bilikləri adi şüurda ifadə edə bilirik. İnduktiv metod elmi kəşflərdə əsas rolu budur ki ən yaxşı  halda  bu metod fasilitator rolunu oynaya bilər, bu, o deməkdir ki, induktiv tədqiqat  bir şeyin kəşfi istiqamətdə yanlışlıqla, başqa şeylərin də kəşfində mənfi rol oynadığı kimi, asanlaşdırıcı rol oynaya bilər. Buradakı ziddiyyəti anlamaq üçün bilmək lazımdır ki, elm heç də quru və insandan kənarda qalan bir bir fəaliyyət sahəsi deyil. Bunun müqabilində elm insan duyğularına, insan ideallarına, hətta insan fantaziyalarına böyük ehtiyac duymaqdadır. Elmdə ağıl birinci şərtdirsə, fantaziya və ya xəyal gücü ikinci əsas şərtdir. Bu baxımdan elmdə induksiya və deduksiya tədqiqatları birlikdə aparılmalıdır. Məsələnin başqa bir ziddiyyətli tərəfi bunla bağlıdır ki, elmin məhsuları, cəmiyyətə və institutlara təklif ediləndə, alimin subyektiv deyil, elmin obyektiv yanaşması şərh olunmalıdır. Bu obyektivlik rasionalizmlə, yəni, ağla uyğunluqla təmin edilməlidir. Bu  təminat isə bütün elmlər üçün norma olan dilemmaların ortaya çıxması ilə nəticələnməkdədir.

Bəs müasir  sosial tədqiqatlar necə olmalıdır?

Əvvəlcə sosial tədqiqat deyəndə nəyə nəzərdə tutduğumuza müəyyənləşdirək. Bu anlayışı ən ümumi məzmunda ictimai həyatda nə varsa hamısı sosial tədqiqatın obyekti ola bilər. Buna görə də biz sosial tədqiqatlarla məşğul olanda həm  dəqiq və təbiət, həm də humanitar  elmlərin tədqiqatlarını birlikdə aparmalıyıq.  Bəs, Bu zərurət haradan yaranıb?

Buna insan bədəni və insan varlığı  üzərində nümunə çəkə bilərik. İnsan bədəninə baxanda bir neçə həyati orqandan başqa orqanlar olmasa onun insan olmağı şübhə altına düşür. Burada əsas orqanlar, olmazsa olmazlar insan bədənində olduğu kimi sosial elmlər üçün də həyati orqanlar rolunda çıxış edir. Və insanın yaşaması üçün vacib olan orqanların fəaliyyətinin tənzimlənməsi məhz müxtəlif elm sahələrinin vahid bədəndə, misal kimi sosial elmlərdə təmin edilə bilər. Məhz burdakı birlikdə fəaliyyətin dinamikiliyi elmin fundamenti olduğunun vurğusudur. Başqa bir fəlsəfi misal olaraq,   insan ən azı üç varlığın sintezidir. Bunlar, bio-sosial-psixoloji varlıqlardır. Qeyd edilən üç varlıq arasında əlaqə yaradılarsa, bu halda 3 yerə bölünmüş varlıq həm də ikili əlaqə aspektindən özünə baxış bucağı formalaşdıracaq,  bunlar da: bio-sosial, sosial-psixoloji və bio-psixoloji aspektlər... və siyahı uzadıla bilər.

Deməli, sosial tədqiqatlar problem, məsələ araşdırmasında ən azı birləşmiş  elmlərin mövzu, obyekt müqayisəsi və təhlilində ciddi boşluq olduğu görünməkdədir. Amma hazırkı vəziyyət hətta iki elmin istiqamətin yetərli ola biləcəyini şübhə altına alır. Bu iddianı güclü edən son zamanlarda sosial problem araşdırmalarında məsələlərin qoyuluşu ən azı 3 səviyyədə aparılır: 1) mikro 2) makro 3) mezo . Bu səviyyələr özlüyündə isə azı iki və ya üç elmin obyekti dairəsinə daxil olmaqdadır.

Düşünürəm ki, bu istiqamətdə  ümumi bir ortaq sosial tədqiqat xəritəsi yaradaq və tədqiqatların dinamikliyini qoruyub saxlayaq.


Elnur Süleymanzadə

tədqiqatçı