İdarə Heyətinin üzvü
Sosial Tədqiqatlar Mərkəzinin (STM) İDARƏ HEYƏTİNİN ÜZVÜ Tahirə Bəkir qızı Allahyarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 İyul 2020-ci il tarixli sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.( Prezident Tahirə Allahyarovaya vəzifə verdi – Sərəncam - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI) T.Allahyarova həmçinin, Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin müdiridir. T. Allahyarova 1981-ci ildə Bakı Dövlət Universitetini (BDU) bitirmişdir. Elmi fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunda başlamış, aparıcı və baş elmi işçi vəzifələrində çalışmışdır. 1993-cü ildə AMEA-da “Ekoloji mədəniyyət və ictimai tərəqqi” mövzusunda namizədlik, 2007-ci ildə isə BDU-də “Sosial sinergetika cəmiyyət haqqında elmlərin yeni metodoloji əsası kimi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, elmlər doktoru alimlik dərəcəsini almışdır. Ali Attestasiya Komissiyasının qərarı ilə 2007-сi ildə “Sosial fəlsəfə” üzrə dosent, 2018-ci ildə isə, AR Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Hərbi Akademiyası tərəfindən təqdim edilməklə “Milli təhlükəsizlik və humanitar elmlər” ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. 2009-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində şöbə müdiri vəzifəsində çalışıb. T.Allahyarova 2010-2019 cü illər arasında çap olunan "Strateji təhlil" rüblük elmi-analitik jurnalının baş redaktoru olmuşdur. 2019-cu ilin aprel ayından Sosial Tədqiqatlar Mərkəzinin “Daxili siyasətin təhlili” departamentinin müdiri vəzifəsində çalışıb. Professor T.Allahyarova pedaqoji fəaliyyətlə məşğul olmuş, BDU-də “İdarəetmənin sosiologiyası”(1999-2014) kurslarını,2014-2019-cu illərdə AR Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Hərbi Akademiyasında "Strateji idarəetmə" və "Dövlət idarəçiliyi" kurslarını tədris etmişdir. Hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında Dissertasiya müdafiə şurasının həmsədridir. AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Elmin İnkişaf Fondunun eksperti, AMEA-nın Fəlsəfə, politologiya və sosiologiya elmləri üzrə Koordinasiya Şurasının üzvü, Təhsil Nazirliyi yanında “Humanitar və sosial ixtisaslar” üzrə yeni kurrikulumla bağlı işçi qrupun üzvü kimi çalışır. T.Allahyarova dünyanın müxtəlif ölkələrində keçirilmiş beynəlxalq konfrans, seminar və təlimlərdə iştirak etmişdir. Sosial elmlərin yeni metodologiyası, Azərbaycanda siyasi sistemin transformasiyası, siyasi liderlik fenomeninin, cəmiyyətdə ictimai-siyasi proseslərin tədqiqi məsələlərini əhatə edən, ölkədə və xaricdə çap edilmiş 200-dən çox elmi məqalənin, o cümlədən, 16 monoqrafik kitabın: T.Allahyarova, Nadine Schouwey and Simon Zurich. The Shared Values of Multiculturalism and Secularism in Azerbaijan and Switzerland. Editors: Lydia Amberg and Daniel Warner.-76 p. Geneva and Baku (2015.) “Azərbaycanda siyasi partiyalar”(2010); “Azərbaycanda siyasi transformasiyalar”(2015)“Dövlət idarəçiliynin strateji əsaslari (2016)”;"Ekoloji mədəniyyət və ictimai tərəqqi”(2004); “Azərbaycanda araşdırma və beyin mərkəzləri”(2013); “XXI əsrdə xarici siyasət və E-Diplomatiya Azərbaycan dövlətinin xidmətində”; Azərbaycanın diplomatiya tarixi. Dərslik(2016); "Fəlsəfə, ictimai elm və metodologiya. Vəhdət fəlsəfəsi metodoloji ideal kimi (metodoloji propedevtika)"(2004); "Sinergetika-I. Təbiətin vəhdətdə özünütəşkili. Sinergetik ontologiya"(2005); “Qlobal miqrasiya böhranı: beynəlxalq münasibətlər və Qərb siyasəti yeni tarixi dönüş ərəfəsində”(2018); “Parlament seçkiləri-2015: mövqelər və rəylər.(həmmüəllif); “ Muslim communities in Europe: The Case of France And Germany” (2015) və s. kitabların müəllifidir. T.Allahyarova "Sosial Tədqiqatlar"adlı beynəlxalq rüblük elmi-analitik jurnalın həmtəsisçisi və beynəlxalq redaksiya heyətinin sədr müavinidir. Elmi rəhbərliyi altında: 4 fəlsəfə doktoru və 1 elmlər doktoru yetişdirilib. Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanın ictimai və siyasi həyatında səmərəli fəaliyyətinə görə 2017-ci ildə "Tərəqqi" medalı ilə və 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.