RESEARCH METHODOLOGY
Metodologiya nədir?
Hər bir problemin, hadisənin, yaxud prosesin öyrənilməsi üçün tədqiqat metodologiyasından (yunan sözlərinin birləşməsindən əmələ gələrək “yeni bilik əldə olunması üsulu” kimi başa düşülür) istifadə edilir. Sosial elmlərdə metodologiya deyilərkən, qarşıya qoyulan məqsədə aparan ən münasib yol və alətlər nəzərdə tutulur. Bu minvalla tədqiqatçı qarşıya qoyulan məqsəddən, tədqiqat predmetindən, maddi imkanlardan və digər amillərdən asılı olaraq, münasib metodologiya seçir.
Metodologiya məlumat toplama metodu, məlumat təhlili metodu və respondentlərin seçmə metodunu ehtiva edir. Sosial elmlərdə əsasən aşağıdakı məlumat toplama metodlarından istifadə edilir:
- Fokus qruplar
- Onlayn sorğular
- Anket sorğuları
- Müsahibələr (keyfiyyət intervyu, yaxud dərinləşdirilmiş intervyu)
- Telefon vasitəsilə sorğular
- Müşahidə metodu
- Mövcud məlumatların təhlili
Toplanan məlumatların təhlil metodları çoxsaylı olsa da, kəmiyyət araşdırmalarında əsasən SPSS, keyfiyyət araşdırmalarında isə tematik analizdən istifadə edilir.
Tədqiqatçının tədqiqat vahidlərinin hər birini tədqiq edə bilmədiyini nəzərə alsaq, o, özündə ümumi əhali qrupunun xüsusiyyətlərini mümkün qədər təmsil edən seçmə qrupu, yaxud cəmi müəyyən etməlidir. Tədqiqatın maraq mərkəzində olan bütün toplu baş məcmu, baş məcmunun obyektlərinin xarakteristikalarını özündə ehtiva edən ölçü olaraq daha kiçik qrup isə seçmə məcmu (seçmə cəmi də adlanır) adlanır. Başqa sözlə desək, seçmə məcmu bütün məcmu haqqında informasiya əldə etmək üçün tədqiqatçı tərə ndən seçilmiş hissədir. Münasib seçmə toplusunun əldə edilməsi üçün isə tədqiqatın metodoloji prizması, şərtləri və məqsədinə uyğun seçmə metodundan istifadə şərtdir. Düzgün prosedurlar əsasında müəyyən edil- məyən, yaxud qeyri-reprezentativ elementlərdən ibarət seçmə məc- munun tədqiqi vasitəsilə əldə edilən nəticələr elə də etibarlı hesab olunmur. Reprezentativlik, yaxud təmsilçilik dedikdə isə “seçmə məcmunun baş məcmunun əsas parametrlərini nə dərəcədə əks etdirməsi başa düşülür”.
Metodologiya elmində seçmə metodları təsadüfi və qeyri-təsadüfi olmaqla iki növə ayrılır. Təsadüfi seçmə metodlarına sistemli, klaster və stratifikasiya metodlarını aiddir. Təsadüfi olmayan seçmə metodlarına daha çox kvota, məqsədyönlü zəncirvarı seçmə (qar topası) və ən münasib seçmə metodlarını aid edirlər.
Sosial Tədqiqatlar Mərkəzi