Yuxarıya
skip to main content

SOSİAL TƏDQİQATLAR MƏRKƏZİ

Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.

Mərkəz öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur. Öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, xarici qurumlar, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.


Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifə və hüquqları aşağıdakılardır:

VƏZİFƏLƏR:

  • Azərbaycan cəmiyyətində baş verən prosesləri, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını təhlil etmək, cəmiyyətin gələcək inkişaf istiqamətlərini proqnozlaşdırmaq;
  • Azərbaycan Respublikasının milli maraqları ilə bağlı olan qlobal və regional prosesləri, habelə ölkədə ictimai-siyasi, sosial, elmi-mədəni sahələrdə gedən prosesləri və hadisələri təhlil etmək, iqtisadi proseslərin sosial aspektlərini öyrənmək, bu sahələrdə baş verəcək dəyişiklikləri tədqiq etmək, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərinə dair təhlillər aparmaq, nəticələrə dair qabaqlayıcı təkliflər vermək;
  • cəmiyyətin inkişafının müxtəlif istiqamətləri, ictimai-siyasi, sosial məsələlər, mövcud problemlərin həlli və digər istiqamətlər üzrə aparılan araşdırmaların nəticələrini, bu sahədə təklif və proqnozları Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
  • islahatların səmərəliliyini artırmaq məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə sorğular və tədqiqatlar əsasında təhlillər aparmaq, islahatların mümkün nəticələrini proqnozlaşdırmaq;
  • həyata keçirilən siyasətlə, dövlət orqanlarının fəaliyyəti ilə bağlı ictimai rəyi öyrənmək məqsədilə sorğular keçirmək, təhlillər aparmaq, nəticələrə dair rəy və təkliflər hazırlamaq;
  • ölkədə keçirilən seçkilər və referendumlar zamanı ictimai rəyi öyrənərək nəticələri təhlil etmək və hesabatlar təqdim etmək;
  • dövlət orqanları (qurumları) ilə müvafiq məlumat mübadiləsini həyata keçirməklə onları sosial tədqiqatlara əsaslanan müvafiq statistik və analitik məlumatlarla təmin etmək;
  • dövlət idarəetməsində və ictimai münasibətlərdə davranış nəzəriyyələrinin, davranışın idarə olunması, sosial və siyasi psixologiya nəzəriyyələrinin tətbiqinə dair dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, bu sahədə araşdırmalar, təhlillər və qiymətləndirmələr aparmaq;
  • müasir informasiya texnologiyaları və innovativ həll üsulları vasitəsilə fərdlərlə dövlət orqanları arasında münasibətlərin daha səmərəli formada qurulması ilə bağlı təkliflər vermək;
  • informasiya resurslarının, sosial şəbəkələrin təhlili və sosioloji sorğular əsasında ictimai fikri öyrənmək, siyasi, sosial trendləri, cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələləri müəyyən etmək və bu barədə aidiyyəti dövlət orqanlarını və qurumlarını məlumatlandırmaq;
  • sosial rifahın qiymətləndirilməsi üzrə beynəlxalq hesabat və indekslərin müqayisəli təhlilini aparmaq;
  • dövlətin siyasətinin mütəmadi şərhini, cəmiyyətə əlçatanlığını təmin etmək, dövlətin müxtəlif sahələrdə gördüyü işlərin əhaliyə çatdırılmasını təşkil etmək və həyata keçirmək;
  • etnosiyasi, dini münasibətləri və problemləri təhlil etmək, bu sahədə mümkün problemləri proqnozlaşdırmaq və bununla bağlı təkliflər hazırlamaq;
  • Azərbaycan diasporunun, QHT-lərinin "yumşaq güc" və "publik diplomatiya"nın tərkib hissəsi kimi fəaliyyətini təhlil etmək və təkliflər hazırlamaq;
  • sosial tədqiqatlar sahəsində qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • normativ hüquqi aktların layihələrinin hazırlanması mərhələsində vətəndaş cəmiyyəti institutları ilə birgə ictimai dinləmələr təşkil etmək, qanunvericilik təşəbbüsü ilə çıxış edən subyektləri məlumatlandırmaq;
  • Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Mərkəzin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
  • qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq məsələlərə münasibət bildirmək;
  • dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin sosial tədqiqatlar sahəsində fəaliyyətini əlaqələndirmək;
  • Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müvafiq struktur bölməsinə davamlı olaraq təhlil, tədqiqat və sorğuların nəticələrini, habelə Mərkəzin inkişaf istiqamətləri, strateji məqsədləri və fəaliyyət planları ilə bağlı təkliflərini təqdim etmək;
  • qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, sosial tədqiqatlar sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
  • sosial tədqiqatlar sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək və s.

HÜQUQLAR:

  • fəaliyyətinə aid normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;
  • beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) və digər təşkilatlarla əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
  • dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə müqavilə əsasında ödənişli xidmətlər göstərmək;
  • fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
  • müvafiq sahədə xidmətlər göstərilməsində innovasiyaların tətbiqi ilə əlaqədar təkliflər hazırlamaq, onların həyata keçirilməsində iştirak etmək, bu sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə, vətəndaş cəmiyyəti institutları ilə, hüquqi şəxslərlə, təhsil müəssisələri, elmi müəssisə və təşkilatlarla, beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək;
  • dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
  • fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
  • müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
  • fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
  • xüsusi bülletenlər və digər nəşrlər buraxmaq və s.

    Sosial Tədqiqatlar Mərkəzi Nizamnamə