Yuxarıya
skip to main content

STRATEJİ BAXIŞ

 

STRATEJİ BAXIŞ / STM-İN MİSSİYA VƏ HƏDƏFLƏRİ:


  • Azərbaycan Respublikasında sosial tədqiqat, təhlil və proqnozlaşdırma işi, habelə ictimai rəyin öyrənilməsi ilə bağlı siyasətin formalaşdırılmasında iştirak etmək;
  • Dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyaları təhlil etmək, proaktiv yanaşma əsasında müasir informasiya texnologiyaları və innovativ üsullar tətbiq etməklə rəy sorğuları keçirmək, ictimai fikri öyrənmək və təhlil etmək, təkliflər vermək, elmi araşdırmalar aparmaq və bu sahədə dövlət qurumları ilə əməkdaşlıq etmək;
  • Sosialyönümlü innovativ həll üsulları, müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə, habelə, internet informasiya resursları, sosial şəbəkələrdə aparılan çoxşaxəli fəaliyyətlə cəmiyyət-dövlət təmaslarını inkişaf etdirmək;
  • İdarəetmə prosesinin təkmilləşdirilməsi, aparılan islahatların səmərəliliyinin artırılması məqsədilə, habelə verilən qərarların, görülən tədbirlərin mümkün təsirlərinə dair sosial tədqiqatlar aparmaq;
  • Cəmiyyət üçün əhəmiyyət kəsb edən müxtəlif mövzularla bağlı ictimai dinləmələr, debatlar həyata keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək və geniş müzakirə platformaları yaratmaq, onları idarə etmək;
  • Azərbaycanın və dünyanın əsas tədqiqat mərkəzlərilə rəqabətədavamlı mühitdə inkişaf etmiş aparıcı beyin mərkəzi olaraq fəaliyyət göstərmək.