Yuxarıya
skip to main content

Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəsinin müavini ilə Sosial Tədqiqat Mərkəzində görüş keçirilib

24.08.2022

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”-nın Tədbirlər Planının 4.9-cu bəndində göstərilən tədbirin əsas icraçısı Sosial Tədqiqat Mərkəzidir. Keçirilən tədbir çərçivəsində Mərkəz dövlət xidmətlərinin keyfiyyətinin və xidmətalanların bu xidmətlərdən məmunluğunu öyrənməklə Nazirlər Kabinetinə və Korrupsiyaya Qaşı Mübarizə üzrə Komissiyaya hesabatlar hazırlayır və ictimaiyyəti məlumatlandırır.

Paralel olaraq Tədbirlər Planının 4.9-cu yarımbəndində nəzərdə tutulan tədbirin digər icraçılar ilə müzakirələr, məlumat mübadiləsi də həyata keçirilməkdədir. Dövlət Miqrasiya Xidmətinın fəaliyyət istiqamətlərindən biri də aidiyyatı sahələr üzrə dövlət xidmətlərini həyata keçirməkdir. Bu baxımdan Xidmətin təşəbbüsü ilə 2022-ci ilin 24 avqust tarixində Sosial Tədqiqatlar Mərkəzində Xidmətin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev Mərkəzin icraçı direktoru, Milli Fəaliyyət Planının Tədbirlər Planının 4.9-cu bəndinin icrası üzrə işçi qrupunun rəhbəri Sahib Məmmədov, Mərkəzin ictimai rəyin öyrənilməsi departamentinin baş məsləhətçisi Əfqan Vəliyev və Daxili Siyasətin Təhlili departamentinin baş məsləhətçisi İlyas Hüseynov arasında görüş keçirilmiş və adıgedən tədbirin həyata keçirilməsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

DMX məsul şəxsləri xidmət tərəfindən həyata keçirilən dövlət xidmətləri barədə məlumat vermiş, xidmətalanların məmunluğunun və göstərilən xidmətlərin keyfiyyətinin artırlması istiqamətində həyata keçirdikləri fəaliyyətlərdən danışıb.

Mərkəzin icraçı direktoru Sahib Məmmədov növbəti illərdə DMX-nın göstərdiyi dövlət xidmətləri ilə bağlı ayrı bir tədqiqatın aparılmasının da mümkün olmasını qeyd etmiş və bildirmişdir ki, bu sahədə Mərkəz DMX ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir.