Yuxarıya
skip to main content

Valday tribunası və BMT kürsüsü: işarələr savaşı

08.10.2019
Ötən gün Soçidə keçirilən “Valday” Beynəlxalq müzakirə klubunun 16-cı illik toplantısında plenar iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı həm beynəlxalq, həm də yerli siyasi təhlilçilərin böyük marağına səbəb olub. Bütün dövrlərin ən parlaq nitqləri sırasında yer alacaq bu çıxışı bütövlükdə Azərbaycan xalqının etiraz səsi kimi də qiymətləndirmək olar. Ona görə də Prezident İlham Əliyevin çıxışı təhlükəsizlik üzrə aparıcı beynəlxalq ekspertlərin, akademik dairələrin və infomasiya texnologiaya üzrə mütəxəssislərin çox yüksək qiymətini alıb.