Qlobal həbsxana sistemində baş verən yeni trendlər və ABŞ-da ölkə üzrə məhbus sayının müqayisəli dinamikası

İslah müəssisələri hər bir dövlətin hüquq-mühafizə siyasətində həyata keçirilən islahatlar baxımından mühüm əhəmiyyətə malikdir. 1.Cinayətkarlıqla mübarizə; 2.qanun pozuntularının dekriminallaşdırılması və 3.profilaktika tədbirləri bütövlükdə ona yönəlib ki, cəmiyyətdə mümkün qədər ən az insan öz həyatında həbsxanalarla üz-üzə gəlsin. Pandemiya dövründə bir çox ölkələr cəzaların yumşaldılması ilə bağlı tədbirlər həyata keçirib. Azərbaycan da bu ölkələr sırasındadır.
Yeni təqdim edilən, “Beynəlxalq Həbsxana İslahatları" (Penal Reform International (PRI) təşkilatının "Həbsxana Sistemində Global Trendlər" adlanan məruzə-araşdırmasının 2020-ci il üçün 6-cı nəşri çap olunub. Təşkilatın hazırkı 6-cı məruzəsi həbsxana cəzasının alternativləri kimi yeni trendlərə həsr edilib. Məruzədə qeyd edilir ki, koronavirusun qlobal pandemiya olaraq islah müəssisələrində görünməmiş çətinliklərlər yaratdığı bir dövrdə həbsxana sistemində trendlər izlənilib.
Qlobal trend olaraq hazırda məhbusların sayı artmaqdadır. 2002-ci ildə dünyada 8 milyon məhbus var idisə, 2020-ci ildə bu rəqəm -11milyon təşkil edib. Digər qlobal trend-cəzaları müddətinin artmasıdır. Belə ki, 2000-ci ildə ömürlük həbs cəzası çəkənlərin sayı 0,5 milyon olduğu halda,2014-cü ildə bu rəqəm 84% çoxalıb. Residiv cinayətlərin səviyyəsi yüksək olaraq qalıb. Dünyanın 102 ölkəsində həbsxanalar həddən artıq dolmuş vəziyyətdədir. Məhbusların sayının artmasının səbəbi narkotik cinayətlərlə mübarizə siyasətinin nəticəsidir. Təşkilatın aşkara çıxardığı daha bir qlobal trend- dövlətlər tərəfindən həbsxanaların maliyyələşdirilməsinin getdikcə azalmasıdır.
Həbsxana sistemində gedən proseslərin ABŞ nümunəsində təhlil edən “Pew Qlobal Araşdırma Mərkəzinin” son tədqiqatı bu ölkədə dinamikanı müqayisəli təhlil edib.
Sabiq ABŞ prezidenti Donald Trampın hakimiyyəti dövründə federal həbsxanalarda cəza çəkən məhbusların sayı məhbusların sayı azalan xətt üzrə gedib.
Ayrı-ayrı ştatlar üzrə deyil, federal həbsxanalarda məhbusların sayının azalması D. Trampdan əvvəl ilk dəfə yalnız prezident Barak Obamanın fəaliyyəti dövründə baş verib.
Belə ki, B.Obamanın hakimiyyətdə olduğu illər ərzində, xüsusilə 2009-2015-ci illərdə federal həbsxanalarda cəza çəkən məhbusların sayı- 5%- yaxud 7,981 məhbus azalmışdır. Daha sonra azalma tempi-prezident Donald Trampın dövründə davam etdi. ABŞ Ədliyyə Statistik Bürosunun məlumatına əsasən həbsxanalarda bir ildən artıq cəza çəkən federal məhbusların sayı Trampın prezidentlik fəaliyyətinin ilk ili olan 2017-ci ildə azalmağa başlayıb, 5% yaxud 7607 məhkum təşkil edib.
Pew Qlobal Araşdırma Mərkəzinin Ədliyyə Statistik Bürosunun məlumatlarına görə, prezident Barak Obama, Ağ Evi az sayda federal məhbus sayı ilə tərk etmişdi. Doğrudur, bu göstərici prezident C. Karterin dövründəki müvafiq fəaliyyətdən az fərqlənirdi.
Hər ilin sonunda məhbuslar haqda hesabat təqdim edən Ədliyyə Statistik Bürosunun məlumatına əsasən federal miqyasda cəza çəkən məhbusların sayı Obamanın hakimiyyətdə olduğu illər ərzində, xüsusilə 2009-2015-ci illər ərəfəsində 5% azalmışdır (yaxud 7,981 məhbus). Maraqlısı odur ki, ondan Obamadan öncəki prezidentlərin dövründə federal məhbusların sayı əhəmiyyətli dərəcədə artmışdır.
ABŞ-ın müxtəlif prezidentləri dövründə federal həbsxanalarda cəza çəkən məhbusların sayı üzrə müqayisəsi:
Misal üçün, Ronald Reyqanın fəaliyyət göstərdiyi səkkiz il ərzində, federal həbsxana məhbuslarının sayı 78% (və ya 16.539 məhkum) artmışdı, bu da ABŞ tarixdəki bütün prezidentlər üçün ən böyük faiz artımı hesab edilə bilər. C.H.W. Buşun fəaliyyət göstərdiyi dörd il ərzində məhbus sayı- 39%, yaxud (16.946 məhbus) artdı. Bill Klintonu prezidentliyinin səkkiz il ərzində- 56% yaxud 38.769 məhkum; və George W. Bush rəhbərliyinin səkkiz ili ərzində 32% yaxud (36.784 məhkum) göstəriciləri olub. Göründüyü kimi, Klintonun rəhbərliyi dövründəki artım, mənfi dinamika baxımından rekord göstəricilərin ən böyüyü olub.
B.Obama ədalətli hüquq siyasəti məsələlərini prezident olaraq fəaliyyətinin prioritetinə çevirmişdir. O Ədliyyə Departamentinin daha yüngül cinayətlərdə mühakimə olunanlara yüngül cəzaların verilməsini vurğulayan təşəbbüsünü müsbət qarşılamış,özünün əfv səlahiyyətindən də ondan öncəki prezidentlərdən daha çox istifadə etmişdir. Reyqan da öz növbəsində prezidentliyi dövründə də ədalətli cəza amilinə diqqət ayırırdı. Bir qədər fərqli bir şəkildə: getdikcə artan cinayətlərin qarşısını almaq üçün cəzaları artıran müvafiq qanunlar imzaladı. Prezidentliyi dövründə tətbiq olunan siyasətlər arasında federal həbsxana sistemində vaxtından əvvəl cəzadan azad edilmənin ləğvi də mühüm yer tutub.
Donald Trampın dövründə federal həbsxanalarda məhbusların azalma statistikası:
Bütün məqamları nəzərə alsaq, D.Tramp fəaliyyətə başladığı zaman Obamadan fərqli bir yanaşma irəli sürüb. Onun Ədliyyə Departamenti bəzi cinayət şübhəlilərinə yüngül cəza təyin etməyə çalışan Obama dövrünün siyasətindən imtina etdi. Özündən öncəki prezidentlərdən fərqli olaraq, malik olduğu əfv səlahiyyətinə hamısından daha az müraciət etdi. Eyni zamanda Tramp – məhbusların sayının azaldılmasına yönəldilmiş cinayət mühakiməsi siyasətinin əhəmiyyətli dərəcədə yeni timsalı olan – İlk Addım Aktını (FİRST STEP ACT) imzaladı. ABŞ Cəza Komissiyasının 2020-ci ildə hazırladığı hesabata görə, ilk ilində qanun, minlərlə federal cinayətkar üçün daha qısa cəza və bir çoxunun azadlığa çıxma tarixinə səbəb oldu.
Qeyd etmək vacibdir ki, prezidentlərin yürütdüyü siyasət məhbusların sayına təsir edən mühüm amillərin yalnız bir qismidir. Cinayət nisbətləri, qanunların tətbiq edilmə praktikası və məhkəmə hökmləri də burada çox vacib rol oynayır. Misal üçün 1980-ci illər və 1990-cı illərin əvvəllərində cinayət nisbətləri kəskin şəkildə artmış, lakin həmin dövrdən indiyədək kəskin şəkildə azalmışdır. Xüsusilə vurğulanmalıdır ki, ABŞ-da dəmir barmaqlıqlar arxasında oturan insanların böyük əksəriyyəti, federal miqyaslı həbsxanalarda deyil, əyalət və yerli islah müəssisələrində saxlanıldığını da unutmamaq vacibdir. Ədliyyə Statistika Bürosunun verdiyi məlumata görə, 2019-cu ilin sonundan etibarən federal sistem bir ildən çox həbs cəzasına məhkum edilmiş bütün ABŞ məhbuslarının 11% -ni əhatə edirdi.
Bəhs edilənlər nəzərə alınarsa, məlum olur ki, müxtəlif prezidentlər ədalətli məhkəmə və hüquq siyasətinin qurulmasına müxtəlif cür kömək edə bilər. Bu siyasət də öz növbəsində, məhkumların sayına təsir edə bilər. Məs., Ronald Reyqan, həbs cəzası sistemində şərti olaraq “vaxtından əvvəl azad etməyi ləğv edən” qanun da daxil olmaqla, federal cinayət cəzalarını artıran və sərtləşdirmək də daxil olmaqla bir sıra tədbirləri ehtiva edən qanunlar imzalamışdı. Reyqanın səkkiz illik rəhbərliyi dövründə federal həbsxanalarda cəza çəkən məhbusların sayı 78% (və ya 16.539 məhkum) artmışdı. Bu son əsr ABŞ tarixində bütün administrasiyaların dövrü üçün ən böyük faiz artımı idi.
Məhbusların sayında ən yüksək artım Bill Clintonun prezidentliyi dövründə baş verdi. Həbsxanaların maliyyələşdirilməsini artıran və 100.000 əlavə polis məmurunun fəaliyyətə cəlb edilməsinə icazə verən böyük bir cinayət qanun layihəsini imzalayan Klintonun hökmü ilə məhkumların sayı 38.769 (və ya% 56) artdı (qanunun bir çox müddəaları federal sistemdən çox, dövlətin islah sistemlərinə yönəldilmişdi). İndiki prezident C.Bayden o zamanlar Senat Məhkəmə Komitəsinin sədri idi və Klintonun 1994-cü ildə imzaladığı qanunun yazılmasına kömək etmişdi.
Cəmi dörd il xidmət göstərməsinə baxmayaraq, C.Karter rekord səviyyədə olan bütün prezidentlərin fəaliyyətləri dövründə məhbusların azalmasında ən yüksək göstəriciyə (-34%) sahib oldu.
Əkbərova Lalə
MM İnsan Hüquqları Komitəsinin eksperti
AMEA Hüquq və insan haqları institutunun doktorantı