Dünyada və Azərbaycanda elmi tədqiqat və kadr potensialı: bəzi statistik müqayisələr
COVID-19 böhranı elmi mübadilə və kollektiv sosiallaşmanın yeni formalarının zəruriliyini ortaya qoydu. Əslində, koronavirus pandemiyasına qədər digər sahələrdə olduğu kimi elmi tədqiqatlar və araşdırmalar sahəsində də çevik dəyişikliklər baş verirdi. Elmin inkişafı üçün əsas faktorlardan hesab olunan maliyyə xərcləri və kadr potensialına tələblər də sürətlə artırdı. Buna görə də elmin inkişafı üçün ən vacib faktor olan elmi kadr potensialının inkişaf etdirilməsi, yeni çağırışlara uyğun mütəxəssislərin hazırlanması və təhsilin keyfiyyət göstəricilərinin artırılması məsələləri aktuallaşırdı.
2019-cu il 1 aprel tarixinə olan məlumata görə, Dünya Bankının statistik məlumat bazasında [3] dünyada doktorluq proqramı üzrə ən çox məzun olan ölkələr arasında 1-ci yeri ABŞ tutur. Sonrakı yerlərdə Almaniya, Birləşmiş Krallıq, Hindistan, Yaponiya, Fransa, Cənubi Koreya, İspaniya, İtaliya və Avstraliya gəlir (Diaqram 1).
Dünya Bankının son statistik göstəricilərində [3] hər milyon nəfər əhaliyə düşən tədqiqatçıların sayına görə ilk yeri 7 198 nəfər tədqiqatçı sayı ilə Danimarka tutur. Dünya Bankının bu statistik göstəricisində keçmiş SSRİ və qonşu respublikalar arasında Estoniya, Rusiya, Litva nisbətən yüksək göstəriciyə malik ölkələr siyahısındadır (Diaqram 2).
Azərbaycanda elmi kadr potensialı
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizdə bir milyon əhaliyə düşən tədqiqatçıların sayı 2600 nəfərdir. Azərbaycanda ali təhsillilərin sayı ümumi əhalinin 10%-ni, iqtisadi fəal əhalinin isə 20%-ni təşkil edir. Elmi tədqiqat və işləmələrlə məşğul olan heyət isə iqtisadi fəal əhalinin 0.5%-ni təşkil edir [2].
Ümumilikdə ölkədə, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-tədqiqat institutlarında elmi kadrların hazırlanması doktorantura, dissertantura və magistratura (2015-ci ildən etibarən) yolu ilə həyata keçirilir. 2018-ci ilin məlumatına əsasən, AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan doktorantların ümumi sayı 348, fəlsəfə doktoru üzrə dissertantların ümumi sayı 694, elmlər doktoru üzrə doktorantların sayı 181, elmlər doktoru üzrə dissertantların sayı 474, magistrantların sayı isə 132 nəfər təşkil edir [1].
AMEA təsis olunduğu 1945-ci ildən indiyədək Azərbaycanda ən çox elmi kadr potensialına malik elmi müəssisə olmuşdur. 75 illik bir dövr ərzində AMEA-nın əməkdaşlarının ümumi sayında da dəyişikliklər baş vermişdir. Məlumat üçün qeyd edək ki, AMEA-da ən çox ümumi işçi sayı 15 076 nəfər olmaqla 1982-ci ildə, ən çox elmi işçi sayı isə 7 824 nəfər olmaqla 1987-ci ildə qeydə alınmışdır. Lakin AMEA-da məqalə və tezislərin, kitabların, o cümlədən WoS-a daxil olan məqalələrin sayında ən yüksək göstərici 2018-ci ildə qeydə alınmışdır.
2018-ci ilin məlumatına əsasən, AMEA-nın elmi müəssisə, idarə və təşkilatlarında çalışan əməkdaşlarının ümumi sayı 10 137 nəfər olmuşdur. Onlardan 570 nəfəri elmlər doktoru və 1 932 nəfəri fəlsəfə doktoru olmaqla 4 633 nəfəri elmi işçidir. AMEA-nın tərkibi 70 həqiqi üzv, 108 müxbir üzv olmaqla cəmi 178 üzvdən ibarətdir [1; 2] (Cədvəl 1).
2018-ci ilin sonuna AMEA-nın əməkdaşları haqqında məlumat
2018-ci ilin sonuna respublika, AMEA və digər ali təhsil müəssisələri üzrə elmləri doktorları və fəlsəfə doktorlarının yaş qruplarına və cinsə görə bölgüsü aşağıdakı kimi olub [1]:
Cədvəl 2. 2018-ci ilin sonuna elmləri doktorları və fəlsəfə doktorlarının yaş qruplarına
və cinsə görə bölgüsü
|
Elmlər doktorları |
Fəlsəfə doktorları |
Həqiqi üzvlər |
Müxbir üzvlər |
||||||||||||||||||||||||||||||||||||
cəmi |
kişi |
qadın |
cəmi |
kişi |
qadın |
cəmi |
kişi |
qadın |
cəmi |
kişi |
Qadın |
|||||||||||||||||||||||||||||
Respublika |
||||||||||||||||||||||||||||||||||||||||
30 yaşa qədər |
16 |
11 |
5 |
168 |
22 |
146 |
- |
- |
- |
- |
- |
- |
||||||||||||||||||||||||||||
30-39 yaşda |
27 |
21 |
6 |
1063 |
510 |
553 |
- |
- |
- |
- |
- |
- |
||||||||||||||||||||||||||||
40-49 yaşda |
122 |
90 |
32 |
1346 |
588 |
758 |
- |
- |
- |
- |
- |
- |
||||||||||||||||||||||||||||
50-59 yaşda |
332 |
241 |
91 |
1442 |
757 |
685 |
- |
- |
- |
- |
- |
- |
||||||||||||||||||||||||||||
60-69 yaşda |
488 |
404 |
84 |
1409 |
905 |
504 |
- |
- |
- |
- |
- |
- |
||||||||||||||||||||||||||||
70 və yuxarı yaşda |
428 |
355 |
73 |
752 |
460 |
292 |
- |
- |
- |
- |
- |
- |
||||||||||||||||||||||||||||
Azərbaycan Milli Elmlər Akademiyası |
||||||||||||||||||||||||||||||||||||||||
30 yaşa qədər |
- |
- |
- |
5 |
2 |
3 |
- |
- |
- |
- |
- |
- |
||||||||||||||||||||||||||||
30-39 yaşda |
6 |
2 |
4 |
295 |
109 |
186 |
- |
- |
- |
- |
- |
- |
||||||||||||||||||||||||||||
40-49 yaşda |
22 |
10 |
12 |
393 |
137 |
256 |
- |
- |
- |
1 |
- |
1 |
||||||||||||||||||||||||||||
50-59 yaşda |
72 |
44 |
28 |
385 |
163 |
222 |
6 |
3 |
3 |
11 |
10 |
1 |
||||||||||||||||||||||||||||
60-69 yaşda |
201 |
154 |
47 |
488 |
265 |
223 |
21 |
20 |
1 |
42 |
36 |
6 |
||||||||||||||||||||||||||||
70 və yuxarı yaşda |
262 |
202 |
60 |
351 |
194 |
157 |
44 |
40 |
4 |
54 |
50 |
4 |
||||||||||||||||||||||||||||
Digər ali təhsil müəssisələri |
||||||||||||||||||||||||||||||||||||||||
30 yaşa qədər |
16 |
11 |
5 |
163 |
20 |
143 |
- |
- |
- |
- |
- |
- |
||||||||||||||||||||||||||||
30-39 yaşda |
21 |
19 |
2 |
768 |
401 |
367 |
- |
- |
- |
- |
- |
- |
||||||||||||||||||||||||||||
40-49 yaşda |
100 |
80 |
20 |
953 |
451 |
502 |
- |
- |
- |
- |
- |
- |
||||||||||||||||||||||||||||
50-59 yaşda |
260 |
197 |
63 |
1057 |
594 |
463 |
- |
- |
- |
- |
- |
- |
||||||||||||||||||||||||||||
60-69 yaşda |
287 |
250 |
37 |
921 |
640 |
281 |
- |
- |
- |
- |
- |
- |
||||||||||||||||||||||||||||
70 və yuxarı yaşda |
166 |
153 |
13 |
401 |
266 |
135 |
- |
- |
- |
- |
- |
- |
||||||||||||||||||||||||||||
XXI əsrin əvvəlində elmi tədqiqat artıq kollektiv anlayışa çevrilib. Bunun parlaq sübutu Nobel və digər mükafatların əksər hallarda müxtəlif ölkələrdən olan alimlər qruplarına verilməsidir. Yüksək texnologiyalar sayəsində müxtəlif ölkələrdə yaşayan bir qrup alim öz ölkələrində qalaraq eyni elmi mövzu üzərində birgə çalışa bilirlər. Beləliklə, müxtəlif ölkələrdə yerləşən elmi mərkəzlərlə və ayrı-ayrı alimlərlə əlaqə yaratmaq zərurəti ortaya çıxır. Bu həm dünya elminə inteqrasiya olunmağa, həm də yüksək beynəlxalq səviyyəyə uyğun elmi araşdırmalar aparmağa imkan verir. Eyni zamanda tanınmış elmi mərkəzlərin mühitində fəaliyyət göstərmək, bu mühitdən yararlanmaq öz aktuallığını saxlamaqdadır.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələrdə mühüm kriteriyalardan biri odur ki, ölkələrin inkişafına qiymət verilərkən əhalinin 1000 nəfər çalışanına 10-dan artıq tədqiqatçı düşmürsə, bu halda Avropa siyasətinin yönləndiriciləri o ölkələrdə problemlərin olduğunu qeyd edirlər.
Bu gün Azərbaycanda həm elmi, həm də ümumilikdə kadr bankının yaradılmasına böyük ehtiyac duyulur. Bu amili nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi qərara alınıb və artıq müsabiqənin bir neçə mərhələsi keçirilib. Müsabiqə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədi daşıyır. Ümidvarıq ki, bu layihə ölkənin elmi kadr potensialı qarşısında da yeni imkanlar açacaq.
Mənbə:
[1] Azərbaycan Milli Elmlər Akademiyasının elmi bazalarda bibliometrik göstəricilərinin müqayisəli təhlili. Bakı: “Elm”, 2019.
[2] Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. - https://www.stat.gov.az/source/education/
[3] Dünya Bankı. https://www.worldbank.org/en/research
Aqşin MƏMMƏDOV