Fərdi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məşğulluqdakı payına yönəlik qlobal təsbitlər
Beynəlxalq təcrübə, xüsusilə də inkişaf etmiş ölkələr nümunəsində kiçik və orta sahibkarlıq subyektlərinin real sektorda yaratdığı əlavə dəyər və əmək bazarı üçün əhəmiyyətliliyi baxımından hər zaman geniş müzakirə predmeti olmuşdur. Ekosistemin miqyas etibarilə kiçik sayılan bu subyektləri əslində iqtisadiyyatların aparıcı drayverləri qismində çıxış edirlər. Sözügedən subyektlər məşğulluğun təmini çərçivəsində və regional inkişafa yönəlik tövhələri baxımından da müstəsna əhəmiyyət kəsb edir.
Bu yazı Beynəlxalq Əmək Təşkilatının (BƏT) müvafiq hesabatları əsasında qlobal miqyasda Kiçik və Orta Sahibkarlıq Subyektlərinin məşğulluqdakı rolunun təhlilinə əsaslanır. Əsas təsbitlərdən biri fərdi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dünya üzrə məcmu məşğulluq içində ən böyük paya sahib olduğu faktıdır.
Araşdırma çərçivəsində təqdim edilən proqnozlar, Şimali Amerika regionu istisna olmaqla dünyanın bütün regionlarından 99 ölkənin ev təsərrüfatları və əmək resursları araşdırmalarından (firma təməlli araşdırmaların əksinə) faydalanmaqla yeni BƏT informasiya datasına dayanmaqdır. Bu araşdırmalar, sahibkarlıq subyektlərindən daha çox insanlar üzərindən həyata keçirildiyindən, fərdi məşğulluq və bütün növ müəssisələrin (sahibkarlıq subyektlərinin) məşğulluqdakı payını əhatə etməkdədir:
- Bütün böyüklükdəki müəssisələr (sahibkarlıq subyektləri): Mikro müəssisələr (2-9 işçi), kiçik müəssisələr (10-49 işçi) və orta/böyük müəssisələr (50 və daha çox işçi);
- Rəsmi və qeyri-rəsmi (kölgə iqtisadiyyatı) sektorlarda yer alan müəssisələr;
- Aqrar (kənd təsərrüfatı), sənaye və xidmətlər sektorunda fəaliyyət göstərən müəssisələr (dövlət xidmətləri daxil).
Xüsusilə qeyd etmək istərdik ki, bu tip tədqiqat yanaşması fərdi işləyənlər, mikro, kiçik və orta/böyük müəssisələrin məşğulluqdakı rolunun bu miqyasda (daha çox ölkənin) və eyni zaman da aşağı və orta gəlirli ölkələrdəki vəziyyəti proqnozlaşdıran ilk işlərdən biridir.
Fərdi sahibkarlar və fərqli böyüklükdəki iqtisadi subyektlərin (KOS-lar)
məşğulluqdakı payı, ölkə qruplarına görə (%-lə)
Mənbə: BƏT hesablamaları, Avqust 2019.
Əvvəlki tədqiqatlara (hesabatlara) nəzər saldıqda (nümunə üçün BƏT və GİZ, 2013) fərdi və mikro sahibkarlıq subyektlərinin məşğulluqdakı payının təhlil olunmadığını və nəticə etibarilə bu istiqamətdəki dataların etibarlılığının şübhə altına salındığının şahidi oluruq.
Tədqiqat çərçivəsində araşdırılan və 99 ölkəni (milli iqtisadiyyatı) əhatə edən nümunədə, kiçik iqtisadi subyektlərin məcmu məşğulluqdakı payı 70% civarında dəyərləndirilmişdir. Maraqlı məqamlardan biri də onunla bağlıdır ki, ölkənin gəlir səviyyəsi artdıqca kiçik iqtisadi subyektlərin məşğulluqdakı payı azalmaqdadır. Bu istiqamətdə ən böyük payla seçilən ölkələr əsas etibarilə Cənubi Asiya, Afrika və Yaxın Şərqdir.
Fərdi sahibkarlar və fərqli böyüklükdəki iqtisadi subyektlərin (KOS-lar)
məşğulluqdakı payı, regionlara görə (%-lə)
Qeyd: EAP-Şərqi Asiya və Sakit Okean; EAC-Avropa və Orta Asiya; LAC-Latın Amerikası və Karib hövzəsi; MENA-Yaxın Şərq və Şimali Afrika; SA-Şərqi Asiya; SSA-Səhraaltı Afrika;
Mənbə: BƏT hesablamaları, Avqust 2019.
Rəsmi və qeyri-rəsmi sektor (kölgə iqtisadiyyatı) konteksindən çıxış edərək sözügedən sektorun məşğulluqdakı yerini müəyyənləşdirmək olar. Kiçik iqtisadi subyektlərin məşğulluqdakı payı ilə yanaşı qeyri-rəsmi sektorun (kölgə iqtisadiyyatının) məşğulluqdakı payı da adam başına gəlir ilə neqativ əlaqəyə malikdir. Bu tendensiya bəzi yüksək gəlirli ölkələrdə 5%-dən az olduğu halda bəzi aşağı gəlirli ölkələrdə 90%-in üstündə bir intervalı əhatə edir.
Qeyri-rəsmi məşğulluğun əmək bazarındakı payı xüsusilə aqrar sektorda (kənd təsərrüfatında) yüksəkdir. Bu sektorda çalışanlar arasında fərdi sahibkarlıq subyektləri çoxluq təşkil edir ki, bunun da əhəmiyyətli hissəsi kölgə iqtisadiyyatını formalaşdırır.
Tədqiqatın əsas nəticəsi: təhlil olunan 99 ölkədə, məcmu məşğulluğun 62%-i kölgə iqtisadiyyatı sektorunun payına düşür. Bu səbəbdəndir ki, dünyanın hər yerində, ancaq xüsusilə aşağı və orta gəlirli ölkələrdə kiçik iqtisadi subyektlərin dəstəklənməsi (təşviqi), iqtisadi və sosial inkişaf konseptlərinin əsası olmalıdır.
Sosial Tədqiqatlar Mərkəzi
Sosial-İqtisadi Təhlil Departamenti