Yuxarıya
skip to main content

“Enosis və miatsum”- Kin və nifrət siyasi simfoniyasının başlığı kimi

11.12.2023

Eyni soydan olan xalqların bir-biri ilə bölüşəcəyi çox şey var. Onların özlərinə məxsus ümumilikləri, yəni, dilləri, dastanları, tarixləri,memarlıq üslubları hətta təbabət məkətəbləri olur. Bu ortaq dəyərlərin  təsiri ilə soydaş xaqlar müxtəlif coğrafiyalardan bir-biri ilə əlaqə yaradır, ünisyyət qurur və mümkün olan kimi bir tarix yaradırlar. Qoca dünya buna adət edibdir və bu, tarixin bir xüsusiyyəti hesab olunur.

Amma  tarix  bəzən öz təbii axarından çıxır, baş verən təlatümlü və müdhiş hadisələr ortaya tam başqa reallıq çıxarır. Tarix həm də soydaş xalqların ortaq faciə bərabərliyinə də şahid olarmış. Elə Azərbaycan xalqı ilə kiprli türklər kimi.

   Kiprdə yaşayan soydaşlarımızla empatiya qurmaq üçün bizim onlarla səbəbimiz var. Amma mən bu gün kədərli bir mövzudan empatiya axtarışına çıxmışam. Bu kədər empatiyasının siyası kod adları "miatsum" və "enosis"dir. Bu nifət və qan dolu iki ideyanın xalqlarımızın başına açmadığı fəlakət qalmayıb. Bu iki uğursuz və ancaq faciə yaradan ideyaların oxşarlığına diqqət çəkək.

  1. İdeyaların oxşarlığı. Miatsum tərcümədə birləşmə deməkdir. Elə enosis də birləşmə deməkdir. Birini “böyük Ermənistan” xülyası qidalandırır digərini isə “böyük Yunanıstan”.  Hər ikisinin hədəfində müsəlman türklər və onların yaşadığı ərazilərin qəsbi var. Enosislə onlar Kipri, Rodosu, Anadolunu və başqa yerləri geri qaytarın Helen imperiyasını yaratmalı idilər. İlk aşkar hədəf isə Kipr adası idi. Orada yaşayan  tüklər hasısa formada qovulmalı yaxud öldürlməli idi. Miatsumda “ böyük Ermənistan” xülyasının birinci mərhələsi idi. Qarabağdan sonra hədəf dənizdən –dənizə ermənistan yaratmaq idi. Bu məqsədə görə hər kəsin qanına axıtmaq onlar üçün müqəddəs bir iş idi. Hər iki ideyanın əsas mənəvi-psixoloi motivatoru kilsə olub. Miastum erməni kilsənin enosis isə yunan pravoslav kilsəsinin himayəsində “müqəddəslik” qazanıb.
  2. İdeyaların entik məzmunu. Hər iki ideyada etnik kimlik faşistləri qısqandıracaq həddə önə çıxır. Bu ideyanın carçıları məhz bu məzmun üzərindən insanlar arasında nifrət toxumu əkirdilər. Hər iki ideya özlərindən başqa digər xalqları xor görür və onların məhvinin öz kimliklərinin var olmasının yeganə şərti hesab edirdirlər. Etnik məzmunlu çağırışlar tarix dolu qanlı hadisələrin əsas katalizatoru olub. Həm enosisdə, həm də miatusumda bu metoddan məharətlə istifadə edilib.
  3.   İdeyaların siyasi təzahüründə oxşarlıqlar. Qarabağdakı hadisələrin qaynar çağında  "Qarabağ Muxtar Vilayətinin Ali Soveti" Azərbaycanın tərkibindən çıxmaq haqqında qərar qəbul etmiş və qeyri-qanuni referendum təşkil edilmişdi. Eyni şey Kiprdə yunan millətçilərinin və rum kilsəsinin təşəbbüsü ilə baş tutmuşdur. Ancaq bu referendumun heç bir beyləxalq hüquqi statusu olmadı. Eyni hadisələr Kipr adasındada baş verdi. Yunan tərəfi özləri arasında bir referendum təşkil etmişdilər. Yenə də nəticələr beynəlxalq səviyyədə tanınmadı. Sovet dönəmində ermənilər SSRİ rəhbərliyinə dayanmadan məktublar yazır, Qarabağın Ermənistana verilməsini təkidlə tələb ediridilər. Eyni şeyi yunanlar da etmişdir. Ada ingilis komandanlığının nəzarətində olandan və Lozan müqaviləsindən, 1923-dən bəri yunanlar dayanmadan ingilis hökümətindən adanın hər hansı yolla Yunanasıtana verilməsini tələb edirdilər. Həm Qarabağda, həm də Kiprdə başlayan bu siyasi proseslər cinayət, təqib və silahlı toqquşmalarla müşahidə edilirdi. Daha sonrakı dövrdə yunanlar dayanmadan “öz müqəddəratını təyin etmə” hüququnu önə çıxaran bir diplomatik xətt götürmüşdülər. Eyni metodu ermənilər də şiddətlə müdafiə edirdilər. 30 ilə yaxın aparılan bütün danışıqlar ermənilərin əsas mövzusu bu idi.
  4. Teror fəaliyyətlərində oxşarlıqlar. Ermənilər öz əməllərinin davamlılığını təmin etmək üçün əvvəlcə gizli silahlı dəstələr yaradırdılar. Cinayət yolu ilə əldə olunan silahlar hesabına müxtəlif təxribatlar törədilirdi. Bu silahlı dəstələr azərbaycanlıların yaşadığı kəndlərə  və məhəlllərə enir, onları döyür və ya öldürürdülər.  Həmin dövrdə aparılan istintaq zamanı millətçi zəmində  terorlar törətməkdən ötrü gizli silahlı qrupların yaradılması faktı ifşa olunmuşdu. Lakin həmin qruplarla mübarizə sona qədər davam etmədi. Hətta Xankəndində keçirilən ilk mitinqləri Krunk terorçu təşkilatının sədri Arkadi Manuçarov təşkil edib. I Qarabağ döyüşünün ən qaynar vaxtında beynəlxalq səviyyədə teror qrupu kimi tanınan ASALA-nın hərbi- siyasi fenomeni Monte Melkonyan döyüşlərə qoşulmuş və bir çox hərbi əməliyyatlara rəhbərlik etmişdir. Melkonyanın Qarabağa gəlişi gizli şəkildə olmamışdır. O, döyüşlər ərəfəsində telekanallara müsahibələr verirdi. Ölümündən sonra isə onu "milli qəhrəman" elan etdilər. Daha sonra bu terorçu qruplar öz potensiallarını birləşdirib qondarma “özünümüdafiə qüvvləri” yaratdılar. Həmin qüvvələrin komandanları sonradan Ermənistandakı siyasi elitaya çevrildi.

         Oxşar hadisələr Adada da baş verirdi. Rumlar 1952 ci ildə Afinada tam məxfi qaydada EOKA teror təşkilatını yaratdılar. Təşkilatın əsas məqsədi ingilisləri adadan çıxarıb türkləri ilk fürsətdə məhv etmək idi. Onların planına görə üstü açılmayan qrup cinayətləri türkləri qorxutlmalı və adadan qaçmalarına zəmin yaratmalı idi. 1956-ci ilin yazında və payızın artıq bir çox səs-küylü cinayət hadisələri baş vermişdi. Qarabağdakı kimi onlar kəndlərə, şəhərlərə hücumlar təşkil edir. Əsir aldıqları türklərə işgəncələr verirdilər. Hətta ingilis komandanlığı bir dövr fövqəladə vəziyyət də elan etmişdi. Lefkoşada və başqa şəhərlərdə müxtəlif cinayətlər törədən təşkilat sonrada siyasi kimliyə bürünməyi bacardı. Hal-hazırda belə Kiprin yunanlar yaşayan hissəsində idaredicilərin mühüm bir qismi köhnə EOKA-çılardır. Yunanlar hələ də bu təşkilatın üzvlərini milli qəhərəman hesab edirlər. 1974-cü ildə Muradağa, Sandalllar və Atlılar qətliamı yaşandı. Həmin hadisədə 126 sivil türk öldürülmüşdü. Bu əslində soyqırım cinayəti sayılmalı idi. EOKA Limasolda türklər yaşayan əraziləri tamimilə yandırmışdı. Bu çox unikal faciə idi.

  1. Kilsələrin rolu. Miatsum ilk gündən kilsənin xeyir-duasını almışdı. Çünki “Böyük Ermənistan” ideyasının müəllimi elə qriqoryan kilsəsi idi. Krunk təşkilatının üzvlərini Qarabağa göndərən və onları dəstək verən isə erməni katalikosu I Vazgen idi. Kilsə Qarabağda baş verən hadisələrdə qətiyyən mənəvi normaları əsas götürmür, bu müharibəni hər cür formada müqəddəsləşdirməyə çalışırdı. Onlar döyüşə gedən əsggərlərə xeyir-dua verir,  qatı cinayətkarları himayəsində saxlayır və müharibənin əsas mənəvi motivatoru olurdular. Müharibənin nəticələri isə ən çox onları sevindirmişdi. Bundan əlavə kilsə xaricdəki erməni lobbisi ilə sıx təmaslarda olurdu. Qarbağdakı müharibənin ermənilərin xeyrinə getməsi üçün erməni kilsəsi yorulmaz bir fəaliyyət göstərib. Qısası bütün cinayətkar ermənilər kilsənin nəzərində din qəhrəmanlarıdır.

        Eyni motivli hasdisələr Kipr adasında baş verirdi. EOKA –nı Kiprin baş yepiskopu Makaryos qurmuşdu. Sonradan bu keşiş Kipr dövlətinin prezidenti kürsüsünə oturdu. Yaratdığı teror təşkilatının ideoloi təbiğatından tutmuş, silah təminatına və xarici əlaqələrinə hamısını Makaryos kordinasiya edirdi. Sözsüz ki, bu işdə yunan provaslav kilsəsinin də xüsusi rolu var idi. Türklərə qarşı edilən hər cinayətin mənəvi induligensiyasını məharətlə icra edən yepiskop Makaryos məsələ hərbi-siyasi yolla həll edildikdən sonrada separatçı ideyaları yaymaqla məşğul idi.

   Apardığım müqayisələrin əsas məqsədi Kiprdə yaşayan soydaşlarımızın yaxın tarixindəki faciələri sizlərə tanıtmaq idi. İndi soydaşlarımızın qurduğu müstəqil dövlət var. Beynəlxalq səviyyəli təşkilatlarda ölkəmizin dəstəyini alırlar. Düşünürəm ki, gənc siyasətçilər və tədqiqatçıları bu mövzu ətrafında daha çox araşdırma aparacaqlar.

 

 Murad Həsənli

Tədqiqatçı