Yuxarıya
skip to main content

Avropalıların böyük əksəriyyəti Rusiyanı rəqib kimi görür

08.05.2023

Avropa Şurasının xarici əlaqələr üzrə cümə axşamı dərc etdiyi hesabata əsasən, Rusiya avropalılar tərəfindən geniş şəkildə “rəqib” kimi qəbul edilir. Respondentlər həmçinin Aİ-ni indi Moskvanın Ukraynaya qarşı müharibəsi başlamazdan əvvəlki dövrlərdən daha güclü olduğunu düşünür.

Orta hesabla, 10 Avropa ölkəsində rəyi soruşulanların üçdə ikisi Rusiyanı öz ölkələrinə rəqib hesab edir, 40 faizi isə Rusiyanı Ukraynanı işğal etməmişdən əvvəlki halından hazırda daha zəif olduğunu hesab edib.

“Rəqib” mövqeyi Danimarkada 82 faiz, Estoniya və Polşada hər ikisi 79 faiz olmaqla, İngiltərə 77 faiz, Almaniya 69 faiz, İspaniya 65 faiz, Fransa 59 faiz, Portuqaliyada 57 faiz təşkil edib.

Hesabatı yazan politoloqlar İvan Krastev və Mark Leonard deyirlər ki, nəticələr Ukraynadakı müharibənin Avropada üç blok yaratdığını göstərir.

Birincisi, “insanların əksəriyyəti Kiyevin müharibədəki məqsədlərini güclü şəkildə dəstəklədiyi” “şimal və şərq şahinləri” (Estoniya, Polşa, Danimarka və Böyük Britaniya).

İkincisi, Fransa, Almaniya, İspaniya və Portuqaliyadan ibarət “qeyri müəyyən qərb”.

Və nəhayət, Ukrayna üçün ərazi itkiləri olsa belə, müharibənin tez bitməsini görmək istəyən İtaliya və Rumıniya bloku.

Hesabat yanvar ayında sadalanan ölkələrdə 14439 nəfər arasında sorğu keçirən YouGov və Datapraxis şirkətlərinin məlumatlarına əsaslanır.

 

Paşa Bayramov
Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi