Yuxarıya
skip to main content

Rusiyada gənclərin özünü reallaşdırma imkanları necədir?

12.12.2022

Müasir dünyada insanın özünü reallaşdırma ehtiyacı ən vacib məsələlərdən birinə çevrilir. Bu məsələ xüsusilə, gənclər üçün aktualdır. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VCIOM) Sosial Tədqiqatlar üzrə Ekspert İnstitutunun (EISI) sifarişi ilə  rusiyalılar arasında gənclərin özünü reallaşdırma imkanları ilə bağlı sorğu keçirib.

Sorğunun nəticələrinə görə əksər ruslar (76%) hesab edir ki, Rusiyada gənclərin özlərini reallaşdırıb həyatda uğur qazana bilmələri üçün lazımi şərait yaradılıb. Onlardan üçdə biri (31%-i) buna tam əmindir, 45%-i isə bu cür düşünməyə meyillidir. Bu mövzuyla bağlı müsbət düşünən gənclərin göstəricisi yuxarıdır (85%).  35 yaşdan yuxarı şəxslər arasında isə bu cür düşünənlər 75% təşkil edir.

Yaşadıqları bölgədə gənclərin özünü reallaşdırması üçün yaradılan şəraitin səviyyəsi vətəndaşlar tərəfindən ölkədəkindən aşağı qiymətləndirilir, lakin müsbət qiymətləndirənlər də kifayət qədərdir (59% ; 37%). Gənc ruslar öz bölgələrində inkişaf üçün şəraiti başqalarına nisbətən daha yüksək görürlər (18-24 yaşlıların 65%-i, 25-34 yaşlıların isə 62%-i).

Beləliklə, bu gün ruslar gənclərin həm ölkə səviyyəsində, həm də regionları səviyyəsində özünü gerçəkləşdirmə imkanlarını ümumilikdə müsbət qiymətləndirilər, gənclər isə 35 yaşdan yuxarı əhali ilə müqayisədə öz qiymətləndirmələrində daha optimistdirlər.

Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi
Şəfanə İbrahimova