Bu günə olan status-kvo göstərir ki, statistika elmi tətbiqi proqramlara inteqrasiya olunmuş formada da inkişaf etdirilir və müasir elmi tədqiqatlarda əlçatan, səmərəli istifadə olunma prinsipi ilə tədqiqatçılara xidmət göstərməkdədir. Hərçənd ki, bir çox
Elmdə gedən sürətli inteqrasiya prosesi bütün sahələri müəyyən bir platformada birləşdirməyə imkan verən bir müstəvi yaradıb. Bu müstəvi virtual reallığa çevrilmiş avtomatik (tətbiqi proqramlar) sistemlər platformasıdır. Elmi biliklərin sürətlə və kumulyativ şəkildə yığılması nəticəsində tədqiqatçılar üçün elmi əsərlərini yazmaq və təhlil etmək ciddi mənada problemə çevrilib. Qeyd olunan boşluğu aradan qaldırmaq üçün daha çox sosial elmlərdə olan kumulyativ biliklərin, arqumentlərin yoxlanılması, həmçinin ədəbiyyat axtarışlarından tutmuş nəticəyə qədərki proses üçün ötən əsrin 80-ci illərindən başlayaraq tətbiqi proqramlar yaradılmağa başlanıldı. Ən qısa zamanda məhşurlaşan SPSS (2-ci və sonuncu versiyaları daxil olmaqla- sosial elmlər üçün statistika paketi), NUD*ST/NVİVO (Keyfiyyət analizi proqramı), MAXQDA (multi-metodoloji məlumat analizi), Qda miner (multi- metodoloji məlumat analizi), ATLAS.Tİ (kəmiyyət analizi proqramı) və s. proqramlar misal göstərilə bilər. Bu tip tətbiqi proqramların köməyi ilə biz tədqiqat əsərinin məlumatlarını, faktlarını, fərziyyələrini yoxlaya və təhlil edə bilirik. Tətbiqi proqramlarda hesablama texnikaları avtomatik mexanizmlə həyata keçirildiyi üçün həm də daha güvənli, həm də daha az xətalı olur. Keyfiyyət metodologiyasına aid söz bulud nümunəsi. şəkil 1.
ŞƏKİL 1.
Xüsusi önəm daşıyan məsələni qeyd etmək yerinə düşərdi ki, ümumiyyətlə elmi tədqiqatlar faktların oxşarlığı, müqayisəliliyi və bu əlaqədən yola çıxaraq edilir. Əgər elmi tədqiqatlarda tərkarlanma (qanunauğunluq), oxşarlıqlar, fərqliliklər, prinsiplər, ideyalar və fərziyyələr yoxdursa, elmi nəzəriyyələri, modelləri bütöv bir strukturda birləşdirmək uğursuzluqlarla və natamamlıqlarla nəticələnə bilər. Həmçinin bu oxşarlıqların öyrənilməsindən yola çıxaraq, sosial elmlər üçün statistika elminin alətlər dəsti rolunu oynadığını vurğulamaq vacibdir. Statistika bizə, oxşarlıqları və fərqlilikləri üzə çıxartmağa kömək edən akademik elm sahəsidir. Statistika elmi sosial elmlərə inteqrasiya olunmuş şəkildə empirik və kəşfiyyat yönümlü tədqiqatlarda geniş şəkildə istifadəni təmin etməkdədir. Qeyd edilmiş halın əsas səbəbi statistikanın müxtəlif, fərqli elmi sahələrin qovuşmasının fonunda formalaşmasıdır.
Bu günə olan status-kvo göstərir ki, statistika elmi tətbiqi proqramlara inteqrasiya olunmuş formada da inkişaf etdirilir və müasir elmi tədqiqatlarda əlçatan, səmərəli istifadə olunma prinsipi ilə tədqiqatçılara xidmət göstərməkdədir. Hərçənd ki, bir çox tətbiqi proqramlar ödənişli və çoxlu maliyyə xərci tələb etsə də, alternativ olaraq ödənişsiz xidmət alınan tətbiqi statistik proqramlar mövcuddur.
Yuxarıda qeyd edilən proqramlar ödənişli xidmət əsaslı olsa da ödənişsiz olaraq, Rstudio (R proqramlaşma dili ilə kəmiyyət analizi), Jamovi (multi-statistik analiz proqramı), QDA miner lite (keyfiyyət analizi proqramı), Taguette (keyfiyyət analizi proqramı) proqramlarını xüsusilə qeyd edilməlidir. Doğrudur ödənişli xidmət əsaslı olan proqramların əsas üstünlüyü nisbətən daha sürətli və asan əməliyyatlar icra etməklə bağlıdır.
Bununla yanaşı burada tətbiqi proqramlardan başqa daha dərin olan tədqiqatçı səriştəsinin də tədqiqatın keyfiyyətinə və strukturuna ciddi təsir etmə imkanı vardır. Keyfiyyət və ya kəmiyyət təhlilinin istənilən forması sırf texniki proses olmadığından, tədqiqatçıların xüsusiyyətlərindən və onların intizam paradiqmalarından təsirləndiyindən, tədqiqatın dizaynı, inşası və ya toplanması da daxil olmaqla, bütün tədqiqat prosesi boyunca tənqidi refleksiyanın əks olunması böyük əhəmiyyət kəsb edir.
Doğrudur ki, həm kəmiyyət, keyfiyyət həm də qarışıq metodlarından istifadə tədqiqatın mövzusunun və dizaynının hansı istiqamətdə aparılması ilə bağlıdır. Yəni, təhlil metodunun seçilməsi tədqiqatın mövzu təklif mərhələsində nəzərdən keçirilməli və tədqiqat suallarına həm də, ümumi məqsədlərinə uyğun olmalıdır. Bir çox keyfiyyət tədqiqatları, xüsusən də induktiv analizdən istifadə edənlər, təbiətcə daha yenidir: Həm də bu çətin ola bilər və tədqiqatçılar yalnız olacaqların “xəyali məşqini” göstərə bilir. Qarışıq metodlar üzrə tədqiqatlarda layihənin daha geniş məqsədləri çərçivəsində keyfiyyət komponentinin rolu da nəzərə alınmalıdır. Məlumatların toplanması mərhələsində keyfiyyətli müsahibə aparmaq üçün lazımi təlim keçmiş tədqiqatçılar üçün əlavə maliyyə resursu ayrılmalıdır, çünki bu, yüksək özünəməxsus çətinliyi olan fəaliyyətdir. Sosial elmlər sırf insan yönümlü olduğu effektiv qərarların verilməsində maşın dili yanlız müəyyən olmuş həddlərə qədər köməkçi rolunda çıxış edir və bütün məsuliyyət tədqiqatçının üzərinə düşür. Doğrudur istər maşın dili, istərsə də təqdiqat sahələri olsun daima elmi -texniki inkişafla birlikdə yeniləşmə vəziyyətindədir. Bunun nəticəsində zaman-zaman ortaya çıxan problemlər koordinasiyalı şəkildə hər iki elmi istiqamətdə yeni formatda həll yolları formalaşdırılmaqdadır.
Elnur Süleymanzadə - Tədqiqatçı