ZƏNG EDİN

+99455

Email: mail@stm.az
İş vaxtı: 09:00 - 18:00
www.facebook.com/sederektm   www.twitter.com/SederekTM   http://www.youtube.com/watch?v=wurxonx-HMw&feature=youtu.be

Maraqlı


2013-03-07 Xalçanı necə seçməli

Bir çox interyeri tamamlayan, bəzən isə tamamilə dəyişən interyer aksesuarları sırasında xüsusi yerlərdən birini xalça tutur. Əsrlər boyu xalça ev sahibinin vizit kartı sayılıb. Xalça alarkən diqqət etməli olduğumuz amillərlrə tanış olaq.

Bir xalça seçərkən aşağıdakı amillərə diqqət yetirmək lazımdır:

Dizayner məsləhəti:

Əlbəttə ki, xalça seçərkən onun məhz hansı otaq üçün alınması vacibdir. Yataq otağı üçün açıq, pastel tonlarda , qonaq və uşaq otağına isə əlvan rəngli xalça seçilməlidir. Yadda saxlayın ki, əlvan rənglər və diaqonal üzrə parlaq naxışları olan xalçalar otağı vizual olaraq böyüdür . İri həndəsi fiqurlu naxışlar isə , əksinə , otağı nisbətən balaca göstərir.

Eviniz şərq bazarlarını xatırlatmasın deyə, xalçanın rəng və naxışları otaqdakı digər aksesuarlarla vəhdət təşkil etməlidir.
Dizaynerlərin arasında "rəng qafiyəsi" anlayışı var. . Çox gözəl və poetik səslənir, lakin əslində bu sözlər özündə interyer quruluşunun sərt qaydasını ehtiva edir.

Xalça naxışları (yəni, qafiyələri ) otaqdakı əşyaların, divan, kreslolar, masalar, çarpayı və s. forma, xətt və rənglərə uyğun olmalıdır.

Belə ki, yaşayış otağı və uşaq otağında qısa xovlu xalçalar sərmək məsləhətdir, belə ki, onları təmizləmək rahatdır və demək olar ki, belə xalçalarda mebelin izi qalmır.

Uşaq otağında əlvan , şən dəmir yolu və ya nağıl qəhrəmanlarının simvolik təsvirləri olan kiçik həcmli gəbələr uyğun olar.

Siz hətta iki növ xalçadan da istifadə edə bilərsiniz - körpənin otağında eklektizmə ehtiyatlı münasibət yersizdir!

Yataq otağı üçün xalça divardan divara qədər uzanan , həm də çarpayının ətrafında kiçik ayaqaltılar seçilməlidir. Bu otağa təbii yundan olan , uzun xovlu xalçalar uğundur. Əvvəla onlarla təmas xoşdur , ikincisi də ki , yun xalçalar otaqdakı səslərin əksini udur.

Mətbəx üçün xalça:

Beş altı il əvvəl mətbəxə xalça sərmək ən çılğın fikir kimi görünərdi, axı xalçalar çirklənməyə tez məruz qalır. Amma müasir tekstil sənayesi bu kimi narahatlıqların qarşısını alır. Sadəcə , mətbəx üçün süni, yumaya davamlı və mayeni özünə hopdurmayan palazlar seçmək lazımdır. Kiçik bir sirr də deyək ki, birrəngli xalçalardansa rəsmli və rəngarəng xalçalar çirkin izlərini daha məharətlə gizlədir.




Statistika

» Hit............ 10899

» Onlayn.... 153

» Gün......... 6248

» Dünən.... 3471

» Ümumi... 4706446