Hesabatlar

Azərbaycanda siyasi mədəniyyətin ümumi xarakteristikası- İkinci Hissə

Birinci hissə burada

 

Stabillik

 

Stabilliyə canatma, vətəndaş və siyasi elitanın davranışlarının öngörülməsi Azərbaycanda siyasi mədəniyyətin fərqləndirici xüsusiyyətlərə malik olmasını bir qədər də vurğulayan amil kimi üzə çıxır:

“Azərbaycanın siyasi mədəniyyətinə stabillik xasdır, nəinki sürətli qəbul edilən qərarlar və ya atılan addımlar”.

“Hakimiyyətə və onun strukturlarına olan inam stabilliyin əsas şərtlərindən birini təşkil edir. Azərbaycan 90-cı illər dövründən keçmiş bir xalq olaraq bir çox xarici və daxili təsirlərə məruz qalaraq hakimiyyət nümayəndələrinin etibarlı olmadığı şəraitdə hansı hadisələrin yaşandığı və yaşanabiləcəyini əks etdirən mürəkkəb tarixi prosesləri arxada qoymuşdur, buna əsasən demək mümkündür ki, keşməkeşli situasiyaların adekvat idarəçiliyinə dair artıq təcrübə sahibdir ”.

 

Dünyəvi və dini dəyərlərin bölgüsü və birgə mövcudluğu

 

Ekspertlərin də qeyd etdiyi kimi, ölkədə İslam dəyərlərinin üstünlük təşkil etməsinə baxmayaraq, dini faktor heç bir zaman siyasi proseslərdə həlledicilik təşkil etməyib: Azərbaycanda din hakimiyyətdən ayrıdır və dövlət hakimiyyəti ilə ziddiyyətlilik təşkil etmir. Hökumət dindar əhali qrupu üçün müvafiq həyat şəraiti imkanlarının yaradılmasına hər zaman həssaslıq mövqeyilə yanaşaraq onların din və mənəviyyət azadlıqlarının qorunması üzrə müvafiq siyasət həyata keçirir. “Ailədə və evdə biz müsəlman olsaq da, hökumət idarəetməsi qarşısında dünyəvi və demokratik dəyərlərə sahibik, eyni zamanda isə dini dəyərlərimizi qorumaq və sərbəst şəkildə dini təcrübələri həyata keçirmək kimi imkanların yaradıldığı sərbəst sosial-ictmai mühitdə yaşamaq hüquqlarını həyata keçiririk. Digər müsəlman dövlətlərinin nümunəsinə nəzər saldıqda isə, onların heç birində bu cür demokratik şərait və dəyərlərin mövcud olmadığının şahidi olarıq”.

 

Şərq və Qərb simbiozu

 

Azərbaycan dövlətçiliyini qurarkən Şərq dəyərlərinə söykənən siyasi mədəniyyətinə Qərb demokratik prinsipləri daxil edib:

 

“Azərbaycan əsasən müsəlman ölkəsi olmasına baxmayaraq, eyni zamanda, Qərb mədəniyyətinin bir çox dəyər və keyfiyyətlərini, o cümlədən, siyasi mədəniyyətinin cizgilərini özündə birləşdirən mütərəqqi xüsusiyyətlərə malik bir dövlətdir. Vaxtilə neft paytaxtı Bakıya üz tutmuş tarixi şəxslər belə, öz növbəsində, onun siyasi elitasının, eyni zamanda, elmi və siyasi mədəniyyətinin formalaşmasında təsir göstərərək müəyyən dərəcədə rol oynayıb”.

 

SİYASİ İNSTİTUTLARIN QAVRANILMASI

 

Respondentlərin əksəriyyəti əmindir ki, Azərbaycanda siyasi institutların strukturizasiyasına dair islahatların tətbiqi tamamilə dünya standart və normalarına müvafiq formalaşdırılmışdır. Onların nöqteyi-nəzərincə, bu, Azərbaycana qarşı ölkədə demokratik dəyərlərin çatışmazlığına dair dünya birliyi tərəfindən irəli sürülən tənqidlərin azalmasına səbəb olmaqla dünya ölkələri ilə sıx inteqrasiya prosesini təsdiqləyən fakt kimi də çıxış edir:

 

“Biz bir çox beynəlxalq təşkilatlara üzvük. Avropa Şurası, BMT, MDB, ATƏT və s. kimi təşkilatlarda üzvlüyə malik olmaqla onların fəaliyyətlərinə inteqrasiya edə bilirik”.

 

“Milli azlıqların hüquqlarının müdafiəsi və onların öz dillərini qorumalarına şərait yaradılması baxımından Azərbaycan Avropa və BMT səviyyəsində bir çox beynəlxalq müqavilələri ratifikasiya etmiş və müvafiq sənədlərə imza atmışdır. O cümlədən, konstitusiyamıza şəxsiyyət azadlıqları, həmçinin, demokratik prinsip və normaları  bəyanı daxildir”.

 

Azərbaycan siyasi-hüquqi məkanının xüsusiyyətləri xarici dövlətlərin, xüsusilə də, Qərb cəmiyyətlərinin müvafiq normalarına tam olaraq uyğun hesab edilə bilər. Lakin mütərəqqi qanunların tətbiqi imkanlarını daha da genişləndirməyin mümkünlüyü istisna edilə blməz:

 

“Qanunvericiliyimizi baza alaraq deyə bilərik ki, qanunlarımız hətta bir çox Avropa dövlətlərində mövcud  olan qanunlardan belə daha mütərəqqi normalar ehtiva edir. Lakin bununla belə qanunvericilik aktları və normaların düzgün tətbiq edilməsi üzrə nəzarət mexanizmlərinin  inkişaf etdirilməsi mümkündür”.

 

Azərbaycanda xarici standartların kortəbii surətdə idarə edilmədiyi qeyd edilir. Bununla belə, ölkənin siyasi institutlarının öz spesifikliyini saxlayaraq Avropa dəyərlərini heç bir zaman olduğu kimi tətbiq etmədiyi vurğulanır. Lakin eyni zamanda, onların milli siyasi mədəniyyət normalarına uyğunluğunun təmin edilməsi istənilən halda istisna edilmir:

 

“Bizim ənənələrimizlə, dinimizlə və ailə dəyərlərimizlə bağlı olan xüsusiyyətlərimizi düçüncə və həyat tərzimizdən kənarlaşdırmaq olmaz. Onlar bu günədək Azərbaycan cəmiyyətində təyinedici normalar qismində çıxış edib".

 

Azərbaycanda özünəməxsusluq müxtəlif sferalarda qorunsa da, eyni zamanda, Avropa təcrübəsi yolunun izlənilməsi də vacib məsələdir. Bu baxımdan, müvafiq şəkildə belə ifadə etmək yerinə düşər: “Şərqi-Qərb”, “Qərbi-Şərq” və s. Respondentlər Azərbaycanda siyasi təsisatların tərkibinə dair suallarda icraedici hakimiyyətin üstünlüyünü ifadə edərək prosesi təsvir edirlər. Siyasi institutlar arasında qarşıdurmalar isə sorğu respondentləri tərəfindən demək olar ki, qeyd edilmir:

 

“Ölkəmiz prezidentli respublika idarəetmə formasına malik dövlətdir. İcraedici hakimiyyət də burada daha güclü xüsusiyyətə malikdir. Digər respublikalarla müqayisədə, Azərbaycanda qanunverici və icraedici orqanlar arasında hər hansı konflikt müşahidə etmirəm”.

 

Bir qrup ekspert isə qeyd edir ki, Azərbaycanda siyasi institutlar arasında qarşılıqlı əlaqələr əsasən əməkdaşlıq prinsipi üzərində formalaşıb:

 

“Mən hesab edirəm ki, hal-hazırda Azərbaycanda siyasi institutlar arasında çox düzgün formada qurulmuş əməkdaşlıq səviyyəsi mövcuddur. Bu, bizim xalqımız və hökumətimizin ümumi birliyi sayəsində mümkünlük qazanan haldır”.

 

“Burada daha çox əməkdaşlıq mövqeyi vurğulanmalıdır, belə ki, ölkədə hakimiyyət qolları arasında konflikt situasiyaları mövcud olarsa, bu təbii ki, mənfi təsir və nəticələrə gətirib çıxara bilər. Lakin hökumət belə hərc-mərcliyə yol verə bilməz. Buna əsasən, dövlət müvafiq siyasət həyata keçirir ki, hakimiyyətin bütün qolları ümumi mənafe və bütövlük çərçivəsində ortaq müstəvidə fəaliyyət göstərsinlər”.

 

Hesabata əsasən, ölkədə siyasi insitutların, ilk növbədə, prezidentlik institutunun, yanaşı olaraq isə müdafiə  və təhlükəsizlik sistemi institutlarının fəaliyyətinə inamın yüksək səviyyədə olması müşahidə olunur. Aparılmış sorğunun nəticələrində qeyd olunur ki, prezidentin reytinqi ölkədə 90% təşkil edir. Bu göstərici özlüyündə idarəçiliyə olan inamın yüksək səviyyəsini sübutedici fakt kimi çıxış edir:

 

“Prezidentlik institutu ölkədə böyük dəstəyə malikdir. Parlament haqqında isə bu qurumun əhali tərəfindən daha az siyasi dəstəyə malik olduğunu demək mümkündür. Belə ki, əhalinin əksəriyyəti hesab edir ki, siyasi orqan kimi Parlamentin fəaliyyəti olduqca zəifdir. Partiyaların fəaliyyəti barədə formalaşan fikir isə ondan ibarətdir ki, onların hansısa ciddi uğurlara imza atması qeydə alınmır”. Nəticələrə əsasən bəlli olur ki, əhalidə yeni millət vəkilləri seçmək əhval-ruhiyyəsi artıq formalaşıb. Güc strukturları, silahlı qüvvələr, hətta xüsusi xidmət orqanlarının fəaliyyətinin əhali tərəfindən qiymətləndirilməsinə gəldikdə isə respondentlər arasında onların fəaliyyətinə dair inamın yüksək əhval-ruhiyyə ünsürləri ehtiva etməsi müşahidə olunur.

 

Tərcümə:

Aytən Babayeva


 

(ardı var)


PAYLAŞ

Oxşarlar

"İnam İndeksi" jurnalı

20 Noyabr 2019

Sosial Tədqiqatlar Mərkəzi  “İnam indeksi” jurnalının oktyabr buraxılışında sözügedən məsələləri əhatə edən “Prezidentin f… ƏTRAFLI

Konvensional və qeyri-konvensional siyasi iştirak- (Dördüncü Hissə)

Konvensional və qeyri-konvensional siyasi iştirak- (Dördüncü Hissə)

18 Noyabr 2019

Ekspertlərin əksəriyyətinin fikrincə, Azərbaycan əhalisi siyasi iştirakda aktivlikdən kənar qalmağa üstünlük verir:   “Siyasət elə… ƏTRAFLI

Səciyyəvi, qəbul edilən və edilməyən siyasi təcrübə- (Üçüncü Hissə)

Səciyyəvi, qəbul edilən və edilməyən siyasi təcrübə- (Üçüncü Hissə)

14 Noyabr 2019

Azərbaycanda siyasi institutların funksional fəaliyyəti ekspertlər tərəfindən əsasən yüksək qiymətləndirilir:   “Azərbaycanda mərkəzləş… ƏTRAFLI