Məqalələr

Sosial islahatların təsir mexanizmləri

avatar
Tural İsmayılov
2019-10-11

Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist, blogger, tədqiqatçı, hekayələr və esselər müəllifidir.

 Cəmiyyətin ən böyük dayaqlarından biri sosial vəhdət anlayışının sosiumda özünə möhkəm yer etməsidir. Tarixin bütün sferalarında xalqın həmrəyliyinin  ən önəmli göstəricisi siyasi idarəetmə ilə əhali qrupları arasında mərhələli sosial işin həyata keçirilməsindən asılı olub.

Siyasi iqtidarla əhali arasındakı tandem daxili siyasi sabitlik üçün də mühüm göstərici və faktordur. İctimai-siyasi sabitliyin mühüm lokomotivi hüquq-mühafizə orqanlarının peşəkarlığıdırsa, sosial stabillik, vətəndaşlarla dövləti idarə edənlərin mənəvi bağlılığı sabitliyi əsaslı şəkildə gücləndirən digər nüansdır.

Siyasi sabitliyin xarakteristikası

 

Siyasi sabitlik dövlətin varlığı, möhkəmlənməsi, dövlət institutlarının inkişafı, dövlətçilik şüurunun daha da geniş kütlələrə sirayət etməsi üçün vacib və mütləqdir. Sosioloji fikir tarixinin elə bir çağı olmayıb ki, siyasi sabitliyin önəmi qeyd oılunmasın.

 

 

Siyasi sabitlik ölkəyə qənim kəsilmək istəyən xarici donorların, beynəlxalq imperializmin, qlobal əks-kəşfiyyat ünsürlərinin məkrli planlarının əsas dağıdıcı “panzer”idir.

 

Siyasi sabitliyin bir ölkə üçün mühüm əhəmiyyətlərini belə qruplaşdıra bilərəm:

 

1) İnkişaf edən dövlət. Siyasi sabitlik dövlətin bütün funksoinal strukturlarının tərəqqi strategiyaları hazırlamağına zəmin yaradır. Sabitlik olan ölkə daxili tarazlıqdan öz dividentini əldə edir, ölkədə həm vətəndaş məmnunluğunun səviyyəsi sosial narazılıq elementlərindən əsaslı şəkildə üstün olur, həm də beynəlxalq nüfuz güclənir. Ölkələr dünyanın ən vacib sosial, siyasi, mədəni, idman tədbirlərinin ev sahibliyini edən mühüm coğrafi məkan mövqeyinə yüksəlir. Azərbaycanda son illərdə keçirilən mədəni tədbirlərin, forumların, dünyaca məşhur idman yarışları və oyunların təşkilatçılığı dediklərimin sübutudur. Dəfələrlə NATO rəhbərliyi ilə Rusiya Silahlı Qüvvələri rəhbərliyi arasında görüşlər Bakıda keçirilib. Paytaxtımız dünya səviyyəli şəhər olmaq iddiasında inamla irəliləyir.

 

2) Vətəndaş birliyi. Siyasi sabitlik vətəndaşlarda birlik, güc və ölkə əhəmiyyətli məsələlərdə vahid mövqe qabiliyyəti yaradır. Xüsusilə, savaş tarixinə malik, uğursuz iqtidarların xaotik və anarxik idarəçiliyini görən xalqlar sabitliyin dəyərini daha gözəl anlayır. Bu gün Azərbaycan xalqının sabitliyə olan möhkəm bağlılığı region və regiondankənar bir çox xalqlara örnək ola bilər.

 

3) Gələcəyə inam. Siyasi sabitlik həm də pozitiv proqnozlaşdırma qaynağıdır. Ölkə təxribatlardan nə qədər uğurla çıxırsa, nə qədər özünün tənzimlənən və möhkəm təsisatlarını inkişaf etdirirsə, düşmənlərdən və xüsusi məqsədli anti-ölkə çağırışlardan qurtula bilirsə o qədər gələcəyinə daha ümidlə baxa bilir. Sabitlik olan ölkədə gələcək də qarantiya altındadır.

 

4) Sabitlik sosial tərəqqinin bazasıdır. Ümumi sabitlik ab-havası həm elmin, həm iqtisadiyyatın, həm kültürün, həm də sosial münasibətlər sistemini inkişafdan tərəqqi mərhələsinə keçirə bilir. Bu, bir qədər gec ya da bir qədər tez olmağından asılı olmayaraq mütləq baş verir və həmin cəmiyyətlərdə tərəqqi bütün sosial qrupları əhatə edən böyük bir anlayış kimi öz layiqli sıralarını tuta bilir. Fəlsəfə və sosiologiya qətiyyən dövrün xırda təsvir elementləri və insanlara məqsədli şəkildə ötürülməyə çalışılan “mənzərəsi” ilə hərəkət etmir, bunu da əsla unutmamalıyıq.

 

 

İslahat anlayışının mahiyyəti və inkişaf tarixi

 

Sosial islahatlar da birbaşa sosial sabitliklə əlaqəli anlayışdır. Katolik kilsəsinin pozulması və dini məqsədlərdən uzaqlaşması ilə 16-cı əsrdə Almaniyadan başlayaraq digər Avropa ölkələrinə yayılan dini sahədəki yeniliklərə islahat(reform) deyilib.

 

Kalvinizm və Anqlikan etiqadlı məzhəblər ortaya çıxdı, məzhəblər arasında toqquşmalar başladı. Din xadimləri və kilsə qədim etibarını itirdi. Katolik kilsəsi özünü yeniləmək və tənzimləmək məcburiyyətində qaldı. Təlim-tərbiyə fəaliyyətləri kilsədən alınaraq dünyəvi təhsil sistemi quruldu. Katolik kilsəsindən ayrılan ölkələrdə kilsənin mallarına və torpaqlarına əl qoyuldu. Papa və kilsənin Avropa ölkələrinin kralları üzərindəki təsiri başa çatdı və Avropada siyasi parçalanmalar baş verdi. Çünki orta əsrlərdə Papa Avropa krallarına tac geyindirərək onların krallıqlarını təsdiq edir və istiqamətləndirirdi. Katolik Kilsəsinin səhv tətbiq etmələrinə Martin Lüterinin qarşı çıxması iqtisadi çətinlik içindəki alman xalqı arasında böyük rəğbət gördü. Martin Lüterin öldürülməsindən sonra reform əleyhdarları ilə toqquşmalar daha pik səviyyədə özünü göstərdi. Martin Lüter ilə katolik kilsəsi tərəfdarları arasında münaqişələr çıxmış, kilsənin malları kəndlilər və cəngavərlər tərəfindən talan edilmişdi. Şahzadələr öz ölkələrində din işlərinin mütləq hakimi halına gəldilər. Şahzadələrin məzhəblərini qəbul etməyən almanların başqa yerlərə köç etməsinə icazə verildi.

 

Almaniyada başlayan islahat çağırışları Böyük Britaniya, Fransa, İsveç, Norveç və Danimarka kimi ölkələrə də yayıldı. Fransada Nant Fərmanı ilə kalvinistlərə və protestantlara əqidə sərbəstliyi tanındı. İngiltərə Kralı VIII. Henri anqlikan kilsəsini yaradaraq katolik kilsəsindən ayırdı. Henrinin Papayla marağını kəsib anqlikan kilsəsini özünə birləşdirməsi ilə İngiltərədə din milli bir xarakter qazanır. Beləliklə, islahat anlayışı öz tarixi yükünü buradan aldı, reformizm anlayışı sonrakı dövrlərdə bütün siyasi iqtidarların önəmli və əsas “silahına” çevrildi.

 

İslahatın Azərbaycan modeli

 

Mən sadə və aydın formada sosial islahatların cəmiyyət üçün önəmini və əhəmiyyətini belə qruplaşdırardım.

 

Əhalinin rifah halının yaxşılaşdırılması üçün hökumət tərəfindən mühüm sosial-iqtisadi islahatlar həyata keçirilir: Dövlət başçısının iyunda imzaladığı sərəncamlarla sentyabrın 1-dən etibarən minimum əməkhaqqı 250 manata çatdırılıb. Oktyabrın 1-dən etibarən minimum pensiyanın 200 manata qədər artırıldı. Bir çox insanın maaşları artırıldı. Onların sırasına müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, gömrük işçiləri və digərləri daxildir. Həmçinin hüquq-mühafizə orqanlarında da bir sıra kadr islahatları həyata keçirilib. 

 

 

 Ölkədə sentyabrın 1-dən etibarən minimum əməkhaqqının, həmçinin bir çox işçilərin maaşlarının artımı bir neçə nüansı ortaya çıxardı:

  • Ölkə başçısı öz xalqının yanındadır.

  • Sosial islahatlar ölkə rəhbərliyinin başlıca siyasət kursudur.

  • Ölkədə xalq-iqtidar birliyinin təməlləri möhkəmdir.

  • Azərbaycan əhalisi və Prezident arasında həmrəylik ən yüksək səviyyədədir.

  • Xalqın sosial rifahı iqtidarın siyasi idarəetməsində əsas hədəflərdən biridir.

  • Vətəndaşların rahat yaşayışı üçün düşünülmüş addımlar atılır və atılacaq.

 

 

Bəs bunların fonunda nə baş verir?

  • Azərbaycanı sevməyən qüvvələrin aqressiyası daha da artır və özünüifşa və özünü biabır etmək ən əsas hala gəlir.

  • Radikal müxalifətin "arqument" çabaları fiaskoya uğrayır.

  • Ölkədəki sabitlik və xalqın böyük çoxluğunun ölkə başçısına sevgisi dağınıq radikal siyasi qrupların olmayan nüfuz axtarışlarını da sıradan çıxardır.

 

Sosial islahatlar cəmiyyətin gücünü, dövlətə sevgini, dövlətçiliyin ictimai şüurda mövqeyini möhkəmlədir.

 

PAYLAŞ

Oxşarlar

Cəmiyyətdə fərdi və kollektiv yaddaşı formalaşdıran  sosial, mədəni və tarixi faktorlar

Cəmiyyətdə fərdi və kollektiv yaddaşı formalaşdıran sosial, mədəni və tarixi faktorlar

11 Dekabr 2019

Giriş Mədəniyyət insan mövcudluğunun təməl şərtidir. Tarix boyu fərdi və kollektiv səviyyədə varoluş insanın özünün yaratdıqları… ƏTRAFLI

SSRİ dindən

SSRİ dindən "nə istəyirdi"?- İkinci Yazı/ ARAŞDIRMA

10 Dekabr 2019

SSRİ-nin islama qarşı mübarizəsinin I mərhələsi (1943-1958) Sovet rejiminin ümumilikdə dinə, əslində isə islama qarşı mübarizə dövr… ƏTRAFLI

Yeni idarəçilik

Yeni idarəçilik

09 Dekabr 2019

Программное выступление Президента 18 апреля 2018 года о грядущих реформах наполняется все н… ƏTRAFLI