Məqalələr

İctimai nəzarət: problemlər və proqnozlar

avatar
Əziz Əlibəyli
2020-03-12
Bakı Avrasiya Universitetində Beynəlxalq Münasibətlər üzrə bakalavr, Azərbaycan Universitetində isə magistr təhsili alıb.
Jurnalist, sosial media fəalı, beynəlxalq münasibətlər üzrə şərhçi, siyasi yazılar müəllifidir.

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edən Prezident İlham Əliyev nitqində kifayət qədər maraqlı tezislər ifadə etdi.

Bu çıxışın əsas hissəsində yer alan ictimai nəzarətçilik, vətəndaş nəzarəti, buna paralel olaraq hökumətin məsuliyyətinin dərk edilməsi, artırılması kimi məsələlər dövrümüz üçün aktualdır:

“Əlbəttə ki, parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artmalıdır. Mən hesab edirəm ki, hökumət üzvləri də daha sıx təmasda olmalıdırlar, parlamentdə daim ünsiyyətdə olmalıdırlar, onlara suallar verilməlidir, onlar gördükləri işlər haqqında məruzə etməlidirlər, çıxış etməlidirlər və bunu da biz sistemə salmalıyıq. Çünki bu, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq, - mən istəyirəm ki, Azərbaycanda parlamentin rolu və təsir imkanları artsın, - həm də ümumi işimizə müsbət təsir göstərəcək. Çünki məsuliyyət ən vacib məsələlərdən biridir. Məsuliyyət və nəzarət. Harada ki, bu, yoxdur, heç bir iş getməyəcək. Əksinə, çox mənfi mənzərə ilə üzləşə bilərik. Ona görə bu da bir nəzarət mexanizmi olmalıdır.

Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır. Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı. Ona görə hesab edirəm ki, hökumət üzvləri ilə daim təmas olmalıdır, Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbə yaradılıb. Bu, əlbəttə, bir daha onu göstərir ki, biz parlamentin işinə böyük əhəmiyyət veririk”.

 

Məlumdur ki, Prezident bu ifadələri səsləndirənə qədər demək olar ki, heç bir funksional qurum məsuliyyət və nəzarət sahəsində ciddi fəaliyyət göstərməyib, yaxud da ən azından  məsələnin panoramasının formalaşıdırılması üçün addım belə atmayıblar. Amma köklü dəyişikliklər ictimai rəylə hesablaşmadan, idarəetmədə şəffaflıqdanvə sair başlayır.

 

 

Bunun bir hissəsi dövlət rəhbərinin şəxsi addımlarıyla başladı, müstəvinin digər hissəsində is\ vətəndaş iradəsi, iştirakçılığı və müraciətləri dayanır.

 

İctimai nəzarət nədir?

 

Dünyada media xalqın əsas silahıdır, hakimiyyət və məmurlar üzərində nəzarəti həyata keçirən əsas oqandır. İkinci vacib alət şübhəsiz ki, Milli Məclisdir. Yenilənmədən sonrakı ilk iclasında parlament Birinci Şəxsin növbəti dövr üçün gözləntisini birbaşa eşitmiş oldu.

 

Azərbaycanda  nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, ictimai nəzarət institutlarının fəaliyyətini təhlil edilməlidir. Bu istiqamətdə ilk addım kimi ötən il fəaliyyətə başlayan Sosial Tədqiqatlar Mərkəzini nümunə göstərmək olar. Yəni ictimai rəyin öyrənilməsi və nəzərə alınaraq, dövlət idarəetməsinə tətbiq edilməsi buna nümunədir.

 

Başqa bir kateqoriya iştirakçılığın təmin edilməsidir. Vətəndaş institutları, təşəbbüslərin qəbulu, müzakirəsi də buna daxildir. Dünya təcrübəsində, məsələn, Rusiyada 2014-cü il 2 avqust tarixində “Rusiya Federasiyasında ictimai nəzarətin əsasları haqqında” federal qanun qüvvəyə minib. Bu qanun dövlət və yerli özünüidaretmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkili və həyata keçirlməsinin hüquqi əsaslarını müəyyən edir.

 

Türkiyədə isə "Kamu Mali Yönetimi ve Kontrol Kanunu"  adlanan bu qanun 2003-cü ilin 10 dekabrında Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilib.

 

Qanuna görə ictimai nəzarətin məqsədi aşağıdakılardır:

 

- Dövlət gəlirlərinin, xərclərinin, öhdəliklərinin effektiv, iqtisadi və səmərəli şəkildə idarə edilməsi

- Dövlət orqanlarının qanunlara və digər qaydalara uyğun olaraq fəaliyyət göstərməsi

- Hər cür maliyyə qərarlarında və əməliyyatlarında qanun pozuntularının və korrupsiyanın qarşısının alınması

- Qərarların qəbul edilməsi və monitorinqi üçün müntəzəm olaraq hesabatların və məlumatların əldə edilməsi

- Aktivlərin sui-istifadə və israfının qarşısının alınması və itkilərdən qaçınılması.

 

Bəs problem nədədir?

 

Ardıcıl olaraq, prezident illərdir  ki, ictimai nəzarətlə bağlı çağırışlar edir, birbaşa nəzarət institutunun da formalaşdırılmasını özü həyata keçirir.

 

Ötən ildən başlayan hakimiyyət islahatları vəziyyəti müəyyən qədər düzəltsə də, bəzi məmurlar (ifadə dövlət qulluqçusu ilə də əvəz edilə bilər) baxışlarını dəyişə bilmir. Hələ də gündə minlərlə məktubun ünvanı Prezident və ya Vitse-Prezidentdir. Yəni vətəndaş müraciət etməlidir, dövlət isə bunu həll etməlidir.

 

Bəzən yanaşmada proaktivlik çatışmır.

 

Bir sözlə, problem məmura gəlməməlidir, məmur problemə doğru getməlidir.

PAYLAŞ

Oxşarlar

Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı

Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı

06 Avqust 2020

Sovetlər Birliyinin mövcud olduğu 70 il ərzində hərbi aviasiya sistemində ən yüksək rütbəyə - general-mayor zirvəsinə ucalan, ki&ccedi… ƏTRAFLI

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

06 Avqust 2020

Tarixi dəyişmək cəhdləri həmişə məğlubiyyə düçar olub. Məşhur tarix fəlsəfəçisi Frensis Fukuyama deyirdi ki, heç kim tarixdə ya… ƏTRAFLI

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

29 İyul 2020

2019-cu ilin yanvarın 21-də Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunu… ƏTRAFLI