Dövlət qulluğu sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq, mövcud kadr poensialından səmərəli istifadə edilməsi məaqsədilə müsabiqədən müvəffəqiyyətlə keçmiş, lakin vəzifəyə təyin edilməmiş, dövlət orqanının ləğvi və dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər ehtiyat kadrlar siyahısına daxil edilirlər.
Ümumilikdə 878 şəxs dövlət qulluğunun ehtiyat kadrlar siyahısına daxil edilib. Müsabiqədən keçmiş, lakin vakant vəzifəyə təyin edilməmiş 268 vəzifə üzrə 228 nəfər (26%), dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiuş 240 nəfər(27%), dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş 410 nəfər (47%) ehtiyat kadr var.
Dövlət İmtahan Mərkəzinin 2018-ci il üzrə dövlət qulluğu sahəsində fəaliyyətinə dair hesabatda ehtiyat kadrlar məsələsi bu cür diaqramlaşdırılıb:
2019-cu il yanvar müşavirəsindən sonra Azərbaycanda bəzi qurumlar ləğv edildi, birləşdirildi və yeni qurumlar yaradıldı.
İdarəçilikdə yeni yanaşmalar kadr məsələsində də aktual olan 3 məsələni ortaya çıxardı:
“İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir – idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”- bunu Prezident İlham Əliyev 11 yanvar müşavirəsində söyləmişdi.
2019-cu il 14 yanvarda:
Bu qurumlar ləğv edilərək ictimai əsaslar fəaliyyəti yenidən təşkil edilib:
2019-cu il 18 yanvarda:
– “Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi” ləğv edilib.
– “Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi” ləğv edilib.
– “Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq” ləğv edilib.
– Onların əsasında Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi yaradılıb.
2019-cu il 6 fevralda:
– Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yaradılıb.
2019-cu ilin 8 fevraldada:
- Sosial Tədqiqatlar Mərkəzi yaradılıb.
2019-cu il 20 iyun-da:
-“Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.
2019-cu il 16 oktyabrda:
– Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb.
Zamanın yeni çağırışları, kadr islahatları Azərbaycanın 2019-cu ildə idarəçilikdə yeni dividentlər qazanmağı ilə nəticələnəcək.
Ölkə başçısı gələcəyin konturlarını 15 oktyabr müşavirəsində bir daha ortaya qoydu.
“Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz.”
Qədim dünyada yaddaş hər zaman böyük maraq fenomeni idi. O zamanlardan bəri yaddaş konsepti zamanda mövcudiyyətimizi düşünən saysız… ƏTRAFLI
İkinci Qarabağ müharibəsi Ermənistan və qondarma DQR üçün yerli ekspertlərin etiraf etdiyi kimi, təkcə hərbi və siyasi deyil, eyn… ƏTRAFLI
Artıq Avropa layihəsinin tamamilə qloballaşma istiqamətində olması həqiqətini qəbul və etiraf edən siyasi düşüncə tendensiyası formalaşır. Avropa … ƏTRAFLI
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib. Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist, blogger, tədqiqatçı, hekayələr, esselər, araşdırmalar müəllifidir.