Məqalələr

Avropalılar niyə narahatdır?- Sorğu

avatar
İlyas Hüseynov
2019-10-18

BSU-nun beynəlxalq münasibətlər, BAAU-nun iqtisadiyyat fakültəsinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Hazırda BSU-nun Beynəlxalq münasibətlər kafedrasının doktorantıdır. Tədqiqat istiqamətləri: Dağlıq Qarabağ münaqişəsinin sosial aspektlərinin təhlili, Ermənistanın ictimai-siyasi və sosial vəziyyətinin öyrənilməsi, Azərbaycan-Yunanıstan münasibətlərinin tədqiqi, dünya ölkələrinin enerji siyasəti və Azərbaycanın enerji diplomatiyası.

Rəyi soruşulanların əksəriyyəti demokratiyanı və Avropa Birliyini qəbul edir, lakin bir çoxları siyasi və iqtisadi gələcəkdən narahatdır.

“Pew” Araşdırma Mərkəzinin yeni sorğusu keçmiş Şərq Blokunda çox az adamın 1989-1991-ci illərin tarixi dəyişikliklərindən təəssüfləndiyini üzə çıxarıb. Ancaq onlar heç indiki siyasi və iqtisadi şəraitdən də tam razı deyillər. Qərbi Avropada yaşayanlar kimi Mərkəzi və Şərqi Avropa vətəndaşlarının əhəmiyyətli hissəsi bərabərsizlik, siyasi sistemlərinin gələcəyindən narahatlıq ifadə ediblər.

30 il qabaq Avropanı bir nikbinlik dalğası ağuşuna almışdı, axı, divarlar, rejimlər çökürdü, uzun müddət istibdad altında yaşamış xalqlar azad cəmiyyət, açıq bazarlar qururdu, Avropa birləşirdi.

 

Sorğunun nəticələrinin təhlili

 

Avropa Birliyinə daxil olan Mərkəzi və Şərqi Avropa ölkələri ümumilikdə üzvlüyün onların ölkələri üçün yaxşı olduğunu düşünür. Regionda bir çox demokratik dəyərlərə geniş dəstək var. Ancaq çoxlarının demokratiyaya qucaq açmasına baxmayaraq, adamların spesifik demokratik prinsiplərə öhdəliyi elə də güclü deyil. Keçmiş Şərq Blokunun əhalisi çoxpartiyalı demokratiyaya və bazar iqtisadiyyatına keçidi dəstəkləyir. Kommunizmin süqutundan sonra meydana gələn çoxpartiyalı demokratiya və bazar iqtisadiyyatı ilə bağlı ünvanlanan sualda keçmiş Şərq Blokuna daxil olan vətəndaşların əksəriyyəti bu dəyişiklikləri təsdiqləyiblər. Məsələn, Polşa əhalisinin 85 faizi həm demokratiya, həm də kapitalizmə keçidin tərəfdarı olduğunu ifadə edib. Bununla yanaşı, bu dəstək hər yerdə eyni cür təzahür etməyib. Bolqarların və ukraynalıların üçdə birindən çoxu, rusların isə təxminən yarısı bu fikirdədir.

Demokratiya və bazar iqtisadiyyatı haqda suallar əvvəlcə 1991-ci ildə, daha sonra isə 2009-cu ildə respondentlərə ünvanlanıb. Macarıstan, Litva və Ukrayna kimi ölkələrdə 1991-2009-cu illər aralığında hər iki məsələyə dəstək əhəmiyyətli dərəcədə azalıb. Son on ildə isə yenidən artmağa başlayıb.

Rusiyada həm çoxpartiyalı demokratiya, həm də kapitalizmə dəstək mövcuddur. Mərkəz bildirir ki, demokratiya və azad bazarlara dəstəyin fərqli səviyyədə olması cəmiyyətin son 30 ildə əldə etdiyi inkişaf, cəmiyyətlərin hansı dərəcədə irəliləməsi, hansı həddə çatmasıyla bağlı ola bilər. Polşa, Çexiya və Litvada rəyi soruşulanların çoxu, Macarıstan və Slovakiyada isə hər 10 nəfərdən dördü inanır ki, bu gün ölkələrində müşahidə olunan iqtisadi durum kommunizm dövründəkindən daha yaxşıdır. Qeyd olunan beş dövlətin əhalisi arasında bu fikrin üstünlük təşkil etməsinin səbəbi kimi Avropanın qlobal maliyyə böhranının təsiri ilə mübarizə apardığı 2009-cu ildəki vəziyyətdən fərqli olaraq indi daha yaxşı vəziyyətdə yaşadıqlarını güman etdiklərinə görə formalaşıb.

Ölkələrinin son 30 ildə bəzi məsələlərdə irəliləyiş olub olmadığı haqqında soruşduqda, Mərkəzi və Şərqi Avropada rəyi soruşulanlar təhsil və həyat standartları kimi məsələlərlə bağlı daha müsbət düşünüklərini qeyd ediblər. Lakin qanun-qayda, ailə dəyərlərinə gəlincə, fikirlər fərqlənir, bundan başqa, bir çox respondent qeyd edir ki, dəyişikliklər səhiyyə sahəsinə mənfi təsir göstərib.

 

Ümumi bir fikir də ondan ibarətdir ki, son 30 ilin nəhəng dəyişikliyindən orta statistik vətəndaşlara nəzərən elitalar daha çox mənfəət əldə ediblər. Mərkəzi və Şərqi Avropa əhalisi arasında keçirilmiş sorğuda iştirak edənlərin əksəriyyəti bu dəyişikliklərdə siyasətçilərin, biznes liderlərin və iş adamlarının daha çox qazanc əldə etdiyini, sadə insanları isə nəzərə almadıqlarını söyləyib.

 

PAYLAŞ

Oxşarlar

Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı

Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı

06 Avqust 2020

Sovetlər Birliyinin mövcud olduğu 70 il ərzində hərbi aviasiya sistemində ən yüksək rütbəyə - general-mayor zirvəsinə ucalan, ki&ccedi… ƏTRAFLI

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

06 Avqust 2020

Tarixi dəyişmək cəhdləri həmişə məğlubiyyə düçar olub. Məşhur tarix fəlsəfəçisi Frensis Fukuyama deyirdi ki, heç kim tarixdə ya… ƏTRAFLI

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

29 İyul 2020

2019-cu ilin yanvarın 21-də Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunu… ƏTRAFLI