Xəbərlər

Tanınmış politoloq sədr müavini oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin olunmuş  Elşad Mirbəşir oğlu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini seçilib.

 

 

1998-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya şöbəsinin bakalavr, 2000-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.  2011-ci ildə isə Vyana Diplomatik Akademiyasında elmi tədqiqat işləri həyata keçirib.

 

2002-ci ildə Bakı Dövlət Universitetinin Politologiya və Sosiologiya kafedrasına  dissertant qəbul olunub və müəllim kimi fəaliyyətə başlayıb.

 

 

Elşad Mirbəşir oğlu 10 ildən çoxdur ki, aktiv ictimai-siyasi xadim kimi tanınır, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, tanınmış politoloqdur. 2016-2019-cu illərdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq Münasibətlər və İnsan Hüquqları şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

O, 2005- ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru, 2018-ci ildə isə siyasi elmlər doktoru dissertasiyalarını müdafiə etmişdir. 3 elmi monoqrafiyanın, 50-dən artıq elmi məqalənin, bir neçə tədris proqramının müəllifidir. Alman, rus və türk dillərini sərbəst bilir.

 

Ailəlidir, 2 övladı var.

PAYLAŞ

Oxşarlar

"GALLUP"-dan Azərbaycanla bağlı nikbin sorğu

02 Aprel 2020

2020-ci ilin mart ayında The Gallup International Association tərəfindən 28 ölkədə vətəndaşların koronavirusu və ona qarşı hökümətin görd&u… ƏTRAFLI

Azərbaycanlıların uzunömürlülük sirri - Dünya Mediası

Azərbaycanlıların uzunömürlülük sirri - Dünya Mediası

14 Dekabr 2019

"CNN Travel" Azərbaycanla bağlı dərc edib. STM-in əməkdaşı Afaq Məmmədova yazını tərcümə edib. Yazını təqdim edirik: Azərbaycanlıl… ƏTRAFLI

"Ermənilər Qarabağı gündəmdən çıxarıb"- Beynəlxalq Hesabat

10 Dekabr 2019

Amerikanın Beynəlxalq Respublikaçılar İnstitutu Ermənistanla bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.   Sorğudan məlum o… ƏTRAFLI