logo
AZ

Günün nəbzi

İnternet və media istehlakçılığı, Z nəslin internet davranışı…

“Z nəsli” dedikdə, 90-cı illərin ortalarından 2010-cu ilədək olan dövrdə doğulan və hal-hazırda texnologiya nəsli kimi adlandırılan müasir demoqrafiq qrup-kohort nəzərdə tutulur. Bu yeni nəsil dünyaya yeni perspektivdən baxaraq bir çox məsələlərə fərqli aspektlərdən yanaşır və texnologiya və internetin olmadığı dünyanı demək olar ki, təsəvvür etmirlər. Sürətlə yayılan yeni tendensiyaları özündə birləşdirən hazırki elmi-texnoloji inkişaf əsrində xüsusilə internet və elektronik cihazların geniş tətbiqinin insanların həyatına, onun fəaliyyətinin bütün sferalarına daxil olması ilə bərabər gündəlik həyatları bu cihazların istifadəsindən kənar təsəvvür etmək mümkünsüz hala çevrilib.

 

Araşdırma şirkəti olan "Romir" Rusiyada insanların televiziya, radio və internet istifadəsi ilə bağlı mütəmadi şəkildə onlayn araşdırma nəticələri dərc edir. Belə araşdırmanın nəticələrinə əsasən mövzu ilə əlaqədar Z nəsli nümayəndələrinin xüsusilə fərqləndiyi üzə çıxır. Onlayn sferada onların ən çox istifadə etdikləri arasında Youtube birinci yerdə olsa da, "Whatsapp" mobil applikasiyası isə ikinci yerdə dayanır. Digər hədəf qrupu auditoriyalarda isə bu tətbiqetmə onlayn mobil tətbiq proqramları içində əvvəldə yer almaqdadır. Digər tərəfdən, "Viber" kimi applikasiyalar yerdə qalan əhali seqmentləri arasında istifadə olunsa da, Z nəsil nümayəndələri arasında bir o qədər də geniş yayılmayıb.

 

Nəticələr "Romir"in onlayn vahid xüsusi sistemi üzərindən toplanaraq əldə olunur. Bu sistem istehlakın bütün növlərinin çarpaz təhlilinə əsaslanır: mallar və xidmətlər, media (televiziya və radio) və internet istifadəsi (masaüstü, mobil və tətbiqlər). İnternet istifadəsi üzrə araşdırmanın demoqrafiq dairəsi yaşı 14 və yuxarı həddə olan, həmçinin, 15 min evdar insan da daxil olmaqla 40 min nəfər əhalini əhatə edir. Lakin televiziya, radio və mobil internet (əsasən mobil tətbiq proqramları) istehlakı üzrə tədqiqat isə əhalisinin sayı yüz min nəfər və daha çox olan Rusiyanın müxtəlif şəhərlərində 4 min nəfər respondent arasında aparılır. Bu parametrlər bazarda tələb üzərində müşahidə edilən dəyişmələr və dolayısı ilə istehlak miqyasında baş verən dəyişikliklərdən asılı olaraq yenilənə bilər. Bununla yanaşı, reklam şirkətlərinin televiziya, radio və internet üzərində təsirliliyinin də təhlili bu yolla aparılır.

 

Tədqiqatlar sübut edir ki, onlayn alış-verişlərdə artım və ya ümumi aktiv iştirak hədəf alıcı auditoriyasının sosial-demoqrafiq xüsusiyyətlərindən daha çox, onların davranışa bağlı xarakterik keyfiyyətləri ilə mütənasiblik nümayiş etdirir. Bu cür yanaşma mediada istifadə edilən reklamların səmərəliliyini ortalama 30-60% artırır ki, bu da, şirkətlər üçün əhəmiyyətli dərəcədə reklam büdcələrinə qənaət etməklə, eyni zamanda, müvafiq büdcə daxilində daha böyük reklam kampaniyaları həyata keçirilməsinə imkan yaradır.

 

Beləliklə, yuxarıda qeyd edilən növdə araşdırmalar nəticəsində istehlakçıların media və onlayn istehlakçılığı üzərində geniş məlumat toplanması ilə yanaşı, həm də onların media və internet istifadəsinin həcmi və sosial-psixoloji faktorlar barədə təhlillər aparılmasına da şərait yaranmış olur.

 

Aparılan araşdırmalar zamanı nəticələr vahid onlayn sistem vasitəsilə əldə olunur və sistem tədqiqatın bütün iştirakçılarının mobil cihazlarında avtomatik kanal və ya məzmun tanıma texnologiyası ilə mobil internet istehlakı, mobil tətbiqetmələrin istifadəsi faktı və müddəti, media kanalları ilə qarşılıqlı əlaqəni qeyd edən xüsusi proqram qurulması əsasında işləyir. Həmçinin, internet davranış haqqında məlumat əldə edilməsi üçün data toplayan sistemə əlavə anlıq məlumat daxiloma funksiyası da quraşdırılmışdır. Ümumilikdə, bu proses onlayn məlumat əldə etmə sistemi çərçivəsində data  toplanması respondentin smartfon və ya planşetlərində quraşdırılmış “mobile peoplemeter” tətbiqetməsindən istifadə edərək avtomatik qaydada həyata keçirilir.

 

Bununla, sözügedən məlumatların mövcudluğu media və internet davranışı, mal və xidmətlər istehlakı arasındakı əlaqələri tapmağa imkan verməklə yanaşı, o cümlədən, reklam kampaniyalarından əvvəl və sonra malların alınması tezliyini izləmək, effektivliyini qiymətləndirmək üçün də imkan yaradır. Bununla da, istehlakçıların media və internet davranışları əsasında onların nəinki istehlak vərdişləri və seçim üstünlükləri müəyyən olunur, eyni zamanda, internet və media istifadəçiliyinə dair məlumat toplanması əsasında iqtisadi-sosioloji tədqiqat aparılması da mümkün olur.

 

    Hazırladı:

Aytən Babayeva

PAYLAŞ

Oxşarlar

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

Məğlub olanların kədəri: müharibə qənimətləri tarixi - (TƏRCÜMƏ)

20 Aprel 2021

1830-cu ilin 1 iyununda “Spaso-Preobrajenski” Katedralının ətrafında 1828-1829-cu illər Rus-Türk müharibələri zamanı ordular tərəfindən … ƏTRAFLI

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

Autizm əksiklik, ya da xəstəlik deyil, sadəcə FƏRQLİLİKDİR!

09 Aprel 2021

"Mənə yaşıdlarımla oynamağa, ünsiyyətə girməyə, ətrafımdakıları görməyə kömək edin. Mən də kiminləsə oynamaq, danışmaq istəyirəm… ƏTRAFLI

Ermənistanda sorğunun nəticələri bunu deyir

Ermənistanda sorğunun nəticələri bunu deyir

02 Aprel 2021

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük mar… ƏTRAFLI