Qalereya

"Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər"- (VİDEOLAR)

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabat dərc edilib və hesabatdakı məqamlarla bağlı geniş konfrans keçirilib. Konfransda STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, təhsil naziri Ceyhun Bayramov, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, STM-in departament rəhbəri T. Allahyrova, T. İsmayılov adına 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Anar Məmmədov çıxış ediblər. Tədbirdə millət vəkilləri, təhsil işçiləri, KİV nümayəndələri və tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.

 

Dərc olunan hesabatda bildirilir  ki, Azərbaycandakı inkişafın yeni mərhələsində təhsil sistemində köklü islahatların aparılması strateji məsələ  kimi dövlət siyasətinin daim diqqət mərkəzində qərarlaşıb.

 

 

 

 

 

PAYLAŞ