Yuxarıya
skip to main content

Dünyada abortlara yanaşma: qanuni, yoxsa qeyri-qanuni olmalıdır?

12.08.2022

“Ipsos” beynəlxalq tədqiqatlar mərkəzi abortlarla bağlı sorğu keçirib.

27 ölkədə keçirilən sorğunun nəticələrinə görə, yetkin insanların 59%-i abortların bütün və əksər hallarda qanuni, 26%-i isə qeyri-qanuni olmağının tərəfdarı olduğunu bildirir.

Abortun qanuni olub-olmaması ilə bağlı fikirlər şəraitdən asılı olaraq dəyişir. 27 ölkədə orta hesabla sorğuda iştirak edən hər beş yetkindən dördü hamiləliyin qadının həyatına və ya sağlamlığına təhlükə törətdiyi təqdirdə, dörd nəfərdən üçü təvavüzün nəticəsi olduqda, üçdə ikisi isə körpənin ciddi əlillik və ya sağlamlıq problemləri ilə doğulma ehtimalı olduqda aborta icazə verilməli olduğunu deyir.

Abortla bağlı fikirlər nüanslıdır: dünya miqyasında orta hesabla hər 10 nəfərdən üçü bunun bütün hallarda qanuni olmasının vacibliyini (30%) və bir o qədəri də  əksər hallarda (29%-i) qanuni olmasının doğru olduğunu düşünür.  Digər tərəfdən, respondentlərin 16%-i əksər hallarda, 10%-i isə bütün hallarda qeyri-qanuni olmağının tərəfdarıdır.

Orta hesabla, qlobal miqyasda abortun hüquqi statusuna qadınlar arasında kişilərə, 50-74 yaşlılar arasında 50 yaşdan aşağı olanlara nisbətən bir qədər yüksəkdir. Sorğunun nəticələri göstərir ki, ali təhsillilər arasında bu göstərici daha yuxarıdır.

Reproduktiv Hüquqlar Mərkəzinin məlumatına görə hamiləlik həddləri qlobal miqyasda əhəmiyyətli dərəcədə dəyişir. Tələb əsasında aborta icazə verilən ölkələrdə ən çox rastlanan hamiləlik həddi 12 həftədir, bu hədd başa çatdıqdan sonra müəyyən hallarda aborta icazə verilir.

Hamiləliyin ilk altı həftəsində abortun hər qadın üçün qanuni olması lazım olduğunu söyləyənlərin sayı Malayziya və Peru istisna olmaqla bütün ölkələr üzrə qlobal orta hesabla 41 % (62% -ə qarşı 21%) onun qeyri-qanuni olmağının tərəfdarlarından çoxdur.

Əgər abort qeyri-qanuni edilibsə, 27 ölkə üzrə orta hesabla respondentlərin 32%-i hesab edir ki, qadın, 44%-i isə düşünür ki, onu həyata keçirən cəzalandırılmalıdır.  Respondentlərin 42%-i isə hesab edir ki, cəzalandırılmalı tərəf buna vasitəçilik edən olmalıdır.

Sorğu 2014-cü ildən bəri hər il həyata keçirilir. 2022-ci ildə tətbiq edilən cavab variantları əvvəlki sorğularda istifadə edilənlərdən fərqlənir. Bununla belə, bu ilki sorğunun nəticələri müəyyən şəraitdə aborta dəstəyin artdığını göstərir.

Şəfanə İbrahimova