Yuxarıya
skip to main content

Ukrayna əhalisinin böyük çoxluğu ərazi güzəştinə yox deyib – SORĞU

29.07.2022

Ukraynada əhali arasında son araşdırmalar xalqın birmənalı olaraq müharibədə hər hansı torpaq güzəştinə qarşı çıxdığını sübut edir.

Kiyevdəki Beynəlxalq Sosiologiya İnstitutu ölkə ərazisində keçirdiyi sorğunun nəticələri əsasında yeni məlumatını dərc edib. Bu sosioloji araşdırma əsasında məlum olub ki, Rusiya tərəfinin iddia etdiyinin əksinə xalq heç də rus qoşunlarının ölkələrində olması halından məmnun deyil.

Sorğu göstərib ki, ukraynalıların yalnız 10 faizi dövlətçiliyin qorunması və sülh əldə edilməsi uğrunda Rusiyaya torpaq güzəştinə gedilməsinə qarşı müsbət fikirdə olduqlarını bildirib: “May ayı ilə müqayisədə demək olar ki, heç nə dəyişməyib. Ukraynanın bütün regionlarında əhalinin böyük əksəriyyəti hər hansı bir ərazi güzəştinin tam əleyhinədir. Hətta hazırda döyüşlər gedən şərq rayonlarında belə əhalinin 77 faizi ərazi güzəştinin əleyhinə, yalnız 16 faizi lehinədir. Cənubdakı əhalinin isə 82 faizi ərazi güzəştinə qarşıdır, yalnız 10 faiz buna hazırdır”.

Sorğunu keçirənlər bildirirlər ki, may ayında şərqdə yaşayan əhalinin 68 faizi güzəştin əleyhinə idi və döyüş intensivliyi artdıqca Rusiyaya torpaq verməyin əleyhinə olanların sayı da artıb və 77 faizə çatıb.

Məsələnin əsas diqqət doğuram tərəfi isə bundadır ki, rusdilli ukraynalıların da böyük əksəriyyəti – 76 faizi Rusiyaya ərazi güzəştini qətiyyən qəbul etmir.