Yuxarıya
skip to main content

Azərbaycanlı tədqiqatçıların sosioloji məqaləsi beynəlxalq jurnalda nəşr edilib

12.10.2021

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşları - İnqilab Şahbazov və Zaur Əfəndiyevin birlikdə həyata keçirdikləri kriminoloji tədqiqatın nəticəsi “Veb of Sayens (Web of Science)” və “Skopas (Scopus)” bazalarında indekslənən “Comparative Sociology (Kompərətiv Sosioloci)” jurnalında nəşr edilib.


Tədqiqat prosesində Azərbaycanın şəhər və rayonları üzrə aparılan data analizi vasitəsilə, sağlamlıq və mülkiyyət əleyhinə olan cinayətlərə təsir edən sosial və iqtisadi amillər müəyyən edilib.

Təhlillərə əsasən aydın olur ki, mülkiyyət əleyhinə olan cinayətlər (məsələn, oğurluq) digər cinayət kateqoriyasına nisbətdə sosial və iqtisadi şəraitdən daha çox təsirlənir.

Nəticələrə uyğun olaraq, lokal ÜDM, əhali sayı və attestat alaraq həmin il ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrin sayı dəyişənləri ilə mülkiyyət əleyhinə olan cinayətlər arasında müsbət korrelyasiya təsbit edilib. Ünvanlı sosial yardım istisna olmaqla, digər müavinətləri alanların sayının daha çox olduğu ərazilərdə oğurluq və bənzər əməllər daha az yayılıb. Ünvanlı sosial yardım alanların sayının daha çox olduğu ərazilərdə isə sağlamlıq əleyhinə olan cinayətlərin daha çox yayılması halı məlum olub.


Məqalənin abstraktı ilə tanış olmaq üçün keçid: The Socioeconomic Covariates of Violent and Property Crime Rates in Azerbaijan