Yuxarıya
skip to main content

"Türk Barometri" nəyi ifadə edir?

11.09.2019

Beynəlxalq Türk Akademiyası tərəfindən türkdilli xalqların sosial və iqtisadi vəziyyətini öyrənmək məqsədilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, və Özbəkistanda "Türk barometri" adlı sosial tədqiqat həyata keçirilib. Layihə türkdilli xalqların sosial-iqtisadi vəziyyətinin başlıca göstəricilərinin, onlar arasında inteqrasiya səviyyəsinin və perspektivlərinin müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Belə ki, "Türk barometri" sosial tədqiqatı türkdilli ölkələr arasındakı sosial və mədəni əlaqələrin səviyyəsini ölçməklə, vəziyyətin yaxşılaşdırılması yollarını müəyyənləşdirməyə imkan verir. Sözügedən tədqiqat layihəsi çərçivəndə ilkin olaraq türkdilli ölkələrin cəmiyyətlərində “türk dünyası” necə qavranılır sualına cavab axtarılmışdır. Türk dünyasının mənəvi sərhədlərinin axtarılması, türk xalqlarının etnogenetik bağlarının üzə çıxarılması və tanıdılması böyük Turanın tarixi izlərinin qorunması zərurətindən irəli gəlir. Türkdilli xalqlar biri-birini yaxından tanıdıqca türk dünyası bütöv, sarsılmaz olacaq. "Türk barometri" sosial tədqiqatı təkcə türkdilli xalqların qarşılıqlı tanışlıq səviyyəsini ölçməyi məqsəd kimi müəyyənləşdirməmişdir. Tədqiqatın başlıca məqsədi türk dünyasının monolitliyinin təmin olunması yollarını axtarmaqdan ibarətdir. Türkdilli xalqlar arasında mənəvi birlik məsələsinin aktual saxlanılması baxımından da, bu sosial tədqiqat layihəsinin əhəmiyyətlilik yükü böyükdür. Türk dünyasında cavabını gözləyən çoxsaylı suallar var: 

 

1) Türk xalqları biri-birinin dilini başa düşür, biri-birini “başa düşürlərmi”?

 

2) Türk xalqlarının zəngin ortaq dəyərləri var, “ortaqlığı” varmı?

 

3) Türk xalqları qardaşdır, dostluğu da varmı?

 

4) Türk xalqları üçün birləşdirici və ayırıcı amillər hansılardır?

 

Əslində bu sualların doğru cavablarının tapılması türk dünyasının birliyi haqqında vahid, dəqiq baxış formalaşdıra bilər. İcraçısı “Toplum Görüşü” Araşdırma İnstitutu olan bu layihə türk dünyasının “özünə baxışını” təmin etməklə mühüm tarixi missiyanı yerinə yetirir.

 

Layihənin icrasında Beynəlxaq Türk Akademiyası və “Toplum Görüşü” Araşdırma İnstitutu ilə yanaşı “İctimai Rəyin” Öyrənilməsi Mərkəzinin təmsilçiləri olan Aynur Məcidova, Botagöz Rakışeva, Güldən Aşkenova, Güldən Emişeva, Kalamkas Yesimova və başqaları yaxından iştirak ediblər. Layihənin tərəfdaşları Beynəlxalq İctimai Rəy və Marketinq Tədqiqatları Mərkəzinin mərhum direktoru Tahir Faradov, Qırğızıstan Respublikası Milli Elmlər Akademiyası Sosial Tədqiqatlar Mərkəzinin elmi katibi Kayratbek Camanqulov olublar.

 

Layihə çərçivəsində həyata keçirilmiş sorğunun birinci mərhələsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın paytaxt şəhərlərinin 18 yaşdan yuxarı sakinləri iştirak ediblər. Hər ölkədən 500 nəfər olmaqla, ümumi olaraq 3000 respondent əhatə olunub. Sorğunun ikinci mərhələsi isə beş ölkənin regionlarında keşirilib. Bu mərhələdə hər ölkədən 1000 nəfər olmaqla, ümumilikdə 5084 respondentlə sorğu aparılıb. Tədqiqat Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan vətəndaşlarının iştirakı ilə beynəlxalq standartlara uyğun həyata keçirilib.

 

Aşağıdakı cədvəldə sorğu keçirilən ölkələrdəki bölgə və şəhərlər göstərilmişdir.

RESPONDENTLƏRİN SOSİAL VƏ DEMOQRAFİK XÜSUSİYYƏTLƏRİ

SOSİAL TƏDQİQATLARIN ƏSAS NƏTİCƏLƏRİ

 

1) Tədqiqatda iştirak edən beş ölkədən olan vətandaşların diğər türkdilli ölkələr haqqında məlumatlılıq dərəcəsi 15 – 20% arasındadır. Ən çox azərbaycanlılar Türkiyə haqqında 40%, Qırğızıstan vətəndaşları Qazaxıstan haqqında 56,3%, Özbəkistan haqqında 41,5%, Türkiyə haqqında 38.4%, ən az Türkmənistan haqqında məlumatlı olduğunu bildiriblər. İştirakçıların çoxu digər türkdilli ölkələrdəki həyat şəraiti haqqında az məlumatlı olub, daha çox məlumat almaq istədiklərini bildiriblər. (bax. diaqram 1, cədvəl 1). Sosial münasibətlər iqtisadi, siyasi və beynəlxalq əlaqələrə ciddi təsir etdiyindən, onun səviyyəsini yüksəltmək böyük əhəmiyyət kəsb edir.

 

2) Türkdilli ölkələrdəki inkişaf səviyyəsi haqqında məlumat mənbələri: türkdilli ölkə kanalları, daxil yerli və xarici televiziya kanallları, internet, şəxsi münasibətlər (bax. cədvəl 2). İştirakçıların çoxu türkdilli ölkələrlə bağlı xəbərləri izləməkdədirlər (bax. diaqram 2).

 

3) Türkdilli ölkə vətəndaşları arasında çox yaxın və sağlam şəxsi münasibətlər mövcuddur. Bunu xüsusilə qarşılıqlı diaspora sahib, daha sıx ticarət və iqtisadi əlaqələri olan sərhəd ölkə sakinləri arasında müşahidə etmək mümkündür. Azərbaycan və Türkiyə arasında Qırğızıstan, Qazaxıstan və Özbəkistan arasında olduğu kimi çox yaxın münasibətlər vardır. Türkiyə azərbaycanlıların 10,7%-nin, qazaxların 2,7%-nin, qırğızların 17,7%-nin, özbəklərin 7,1%-nin qohumlarının yaşadığı bir ölkədir. Haqqında danışılan qohumluq münasibətləri bir çox təxminlərə görə artmaqda və böyüməkdə olan əmək köçü və miqrasiyası nəticəsində meydana gəlmişdir. Türkiyə son illər Türkmənistan, Özbəkistan və Qırğızıstan üçün əmək miqrasiyası baxımından cazibədar ölkəyə çevrilmişdir.  Qazaxıstan da eyni qaydada əmək köçü üçün əlverişli ölkə mövqeyindədir. Bu baxımdan, türkdilli ölkələr üçün əmək miqrasiyasını nizamlamaq, yerli əmək və iş bazarında intiqrasiya, miqrant hüquqlarını və ölkə mənfəətlərini qorumaq mövzularında birgə strategiyaya ehtiyac vardır. 

 

4) Türkiyə, Azərbaycan və Qazaxıstan vətəndaşlarının, başqa türkdilli ölkələrdə, diğərləri ilə müqayisədə daha az olduqları meydana çıxmışdır. Daha tez-tez səyahət edənlər Özbəkistan və Qırğızıstan vətəndaşlarıdır. Onlar səyahətlərini daha çox onlarla sərhəd ölkələrə - Özbəkistan, Türkmənistan və Qırğızıstana ediblər. Dəniz sərhədi (Xəzər dənizi) olan Qazaxıstanla Azərbaycan vətəndaşları seyrək də olsa qarşılıqlı səfərlər edirlər (bax: diaqram 3).

 

Sərhəd qonşuluğundan meydana gələn yaxın əməkdaşlıq, qonşu ölkə sakinləri arasında daha möhkəm münasibətlərin qurulmasında təsirli rola malikdir. Qonşu ölkələrə səfərlərin çoxluğundan belə nəticəyə gəlmək mümkündür. Bu baxımdan, Qırğızıstan-Özbəkistan, Qazaxıstan-Özbəkistan, Qazaxıstan-Qırğızıstan, Qazaxıstan-Türkmənistan daha aktivdir. Eyni hərəkətliliyi son zamanlarda Özbəkistan-Türkmənistan sərhəddində də müşahidə etmək mümkündür. Səfərlərin əsas məqsədi, qohumluq münasibətləri: daha çox toy, yas və digər oxşar ailəvi mərasimlərdir. Qonşu ölkələrə tez-tez edilən səfərlərin başlıca məqsədlərindən biri də ticarətdir. Türkiyəyə reallaşan iş miqrasiyası qonşu ölkələr arasında əməkdaşlığı genişləndirən amildir. Türkiyəyə, Qırğızıstana və Azərbaycana daha çox istirahət məqsədi ilə səfərlər edilir. (bax. cədvəl 5).Türk dünyası xalqlarının biri-birlərinin ölkələrini ziyarət etməmələrinin əsas səbəbi isə səyahət xərclərinin yüksək olmasıdır.  Bununla yanaşı, yad yerə getmə qorxusu kimi psixoloji səbəblər də göstərilmişdir. Beş ölkə respondentlərinin hamısı türkdilli ölkələri ziyarət etmək istədiklərini (bax. diaqram 4), ancaq bu ölkələri ziyarət üçün lazım olan ilkin şərtlərin-tur təkliflərinin yox səviyyəsində olması, turizm agentliklərində bu ölkələr haqqında tam məlumatın olmaması (azərbaycanlıların 2%-i, qazaxların 4,1%-i, qırğızların 2.1%-i, türklərin 11%-i, özbəklərin 2,8%-i) bildirilmişdir. (bax: cədvəl 6) Ölkələr arasındakı şəxsi münasibətləri artırırmaq üçün xüsusi güzəştli tur paketləri (“Köçərilərin İzindən”, “Türk ölkələri inciləri”, “Türkdilli ölkələrdəki böyük məscidlər”, “Türk ölkələrində müqəddəs yerlər”, “Türk ölkələrinin müasir paytaxtları”, "Türk ölkələrinin qədim paytaxtları” və s.) təklif etmək vəya səfər xərclərini aşağı salmaq üçün müxtəlif mexanizmlər axtarmaq lazımdır.

 

5) Respondentlərin 40%-indən (türklər) 74%-ə qədəri (qırğızlar) türkdilli ölkələri ziyarət etmək və ya bu ölkələrə istirahət üçün getmək istədiklərini bildiriblər. (bax: diaqram 4). Tədqiqatın nəticəsi respondentlərin digər ölkələri ziyarət etmək, orada işləmək, təcrübə keçmək, təhsil almaq istədikləri müəyyənləşmişdir. İş, təhsil, təcrübə, istirahət və yaşamaq üçün ən əlverişli ölkə Türkiyədir. Qazaxıstan və Azərbaycan da cəlbedici ölkələrdir. Türkiyə vətəndaşları üçün isə iş, təhsil, istirahət, yaşamaq üçün digər ölkələrin hamısı cəlbedicidir (bax. cədvəl 7).

 

6) Ümumi olaraq bu ölkələri azərbaycanlılar, türklər, türkmənlər (Oğuz dil qrupuna mənsubluq təsir edir) və qazaxlar, qırğızlar, özbəklər (coğrafi yaxınlıq təsir edir) olmaqla iki qrupa ayırmaq mümkündür (bax. cədvəl 28, 29). Lakin belə qruplaşdırma praktik xarakterlidir. Tədqiqat nəticəsi cəmiyyətlərin, ölkələrin və xalqların biri-birinə qarşılıqlı sevgi və marağı olduğunu göstərir (bax: cədvəl 8). Həmçinin, respondentlərin beynəlxalq münasibətlər müstəvisində də biri-birlərinə maraq göstərdikləri məlum olmuşdur. Respondentlərtürkdilli ölkələrin turistlərinin, iş miqrantlarının, mütəxəssislərinin, bakalavr, magistatura və doktrantura tələbələrinin dəvət edilməsinə müsbət yanaşmışlar (bax. cədvəl 30-33).

 

7) Respondentlərin əksəriyyəti türkdilli ölkələrin mədəni irsinə və xüsusiyyətlərinə maraq göstərməkdədir.

Azərbaycan - milli mətbəxi, istirahət yerləri və sağlamlıq mərkəzləri, tarixi yerləri, abidələri, turizim məkanları, etnik və milli mədəniyyəti;

Qazaxıstan - tarixi yerləri, abidələri, turizim məkanları, təbiəti, mətbəxi, musiqisi, müğənniləri, etnik mədəniyyəti;

Qırğızıstan - istirahət yerləri və sağlamlıq mərkəzləri, tarixi yerləri, abidələri, turizim məkanları, təbiəti, etnik və milli mədəniyyəti;

Türkmənistan - milli mətbəxi, təbiəti, tarixi yerləri, abidələri, turizm məkanları, etnik və milli mədəniyyəti;

Türkiyə - istirahət yerləri və sağlamlıq mərkəzləri, mətbəxi, təbiəti, televiziya serialları, kino artistləri və rejissorları, müğənniləri, etnik və milli mədəniyyəti;

Özbəkistan - etnik və milli mədəniyyəti, milli mətbəxi, təbiəti, tarixi yerləri, abidələri, turizim məkanları, musiqisi, müğənniləri, bəstəkarları ilə diqqətləri çəkməkdədir (bax: cədvəl 9-14)

 

8) Ölkələri birləşdirən əsas amillər islam dini, tarixi köklər və mədəniyyət yaxınlığıdır. Dil həm birləşdirici, həm də ayırıcı amildir. Ölkələr arasındakı sərhədlər ölkələri biri-birindən ayıran amil kimi göstərilmişdir (bax. cədvəl 15, 16) Azərbaycanlı respondentlərin birləşdirici amillərləbağlı cavabları digər ölkə respondentlərindən fərqli olmuşdur. Belə ki,  əsas amil kimi türk olmaq göstərilmişdir. (“dil” – 31,5%, “türklük” – 30,7%, “adət və ənənələr” – 17,7%, “ümumi mədəniyyət” – 13,7%). Bunun məktəblərdə uzun illər tədris edilən “Türk dünyası coğrafyası”, “Türk dünyası tarixi” dərslərinin nəticəsi olduğunu söyləmək mümkündür (bax: cədvəl 15).

 

9) Özbəklərin 87,2%-i, azərbaycanlıların 42,8%-i, qırğızların 40,9%-i, türklərin 35,3%-i yaxın 5 il ərzindətürkdilli xalqlar arasında yaxınlaşma olacağına inanırlar. Sorğuda iştirak edən Qazaxıstanvətəndaşlarının 39,6%-i isə  hesab edirlər ki, yaxın 5 il ərzində türkdilli xalqlar arasındakı münasibətdə hər hansı bir dəyişiklik olmayacaq (bax: diaqram 6).

 

10) Respondentlərin çoxu - özbəklərin 87,2%-i, türklərin 80,4%-i, qırğızların 70,1%-i, azərbaycanlıların 67,5%-i və qazaxların 47,9%-i məktəblərdə “Ortaq türk tarixi” dərsinin tədris edilməsinə müsbət baxırlar (bax: diaqram 6).

 

11) Respondentlərdən türkdilli ölkələrdəki görmək istədikləri turizm yerləri haqqında soruşulduqda, hər beş ölkədən olan respondentlərtürkdilli ölkələrdəki məscid, saray, ibadət yerləri, türbə, istirahət yerləri, sağlamlıq mərkəzləri, mağara, meydan, dağ, milli park və digər əsəs turizm yerlərini bildirmişdir. Bu mövzuda ən çox Türkiyənin turizm yerləri sayılmış və beləliklə,türkdilli ölkələrin hamısı üçün Türkiyənin turizim baxımından ən cəlbedici ölkə olduğu təsdiq edilmişdir (bax: cədvəl 17-21).

 

12) Oxşar əlamətlərə dair baxışlar hər millətdə fərqlidir. Bütün respondentlər üçün əsas oxşarlıq din olsa da, milli kimlik daha vacib hesab olunur (bax: cədvəl 22-25).

 

13) Dillərin yaxın olması başqa türk dillərinin sürətli və fəal şəkildə öyrənilməsinə imkan verir. Bəzi respondentlər türkdilli ölkələrin dillərini bildiklərini bildirmişdir (bax: cədvəl 26-27).

 

14) Türklük - ortaqlıq. Azərbaycanlılar, türklər və özbəklərqazaxlarla qırğızlara nisbətən özlərini ümumi Türk toplumuna daha çox aid edirlər (bax: diaqram 7). Azərbaycanlılar, türklər və özbəklər ümumiyyətlə, özlərinin türk olduğunu qəbul edirlər (bax: diaqram 8). Həmçinin, türk xalqlarına qarşı qardaşlıq hissinə malikdirlər. (bax: diaqram 10). Türkiyəli respondentlərin çoxu-60,4% -i, qazaxların 57,2%-i, azərbaycanlıların 49,2%-i, qırğızların 41,7%-i türk xalqları arasında qardaşlığın olduğu, ancaq bunun o qədər də qabarıq olmadığı fikrindədirlər. (bax: diaqram 9).

 

15) Türk dünyasının mühüm şəxsiyyətləri (bax: bölmə 4). Türkdilli beş ölkədə keçirilən sorğu zamanı respondentlərə “Sizə görə Türk dünyasının ən mühüm şəxsiyyətləri kimlərdir?” sualı verilmişdir (cavab variantları göstərilməmişdir və respondentlər cavabları özləri müəyyənləşdirmişdir):

Azərbaycanlı respondentlər mərhum Prezident Heydər Əliyevlə (1923 – 2003) hazırkı Prezident İlham Əliyevi, dövlət adamı kimi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kəmal Atatürkü (1881 – 1938), Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Azərbaycanlı dövlət, siyasi və ictimai xadim, jurnalist və yazıçı, Azərbaycan Milli Şurasının Sədri (1918) kimi Məmməd Əmin Rəsulzadəni qeyd etmişlər.

Qazaxıstanlı respondentlər, tanınmış siyasətçi və siyasi xadim kimi Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi,dövlət adamı kimi Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Ataturkü (1881-1938), Özbəkistanın mərhum Prezidenti İslam Kərimovu (1938 -2016), Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanı, həmçinin, qazax şair, bəstəkar, ziyalı, filosof, ictimai xadim yazılı qazax ədəbiyyatının qurucusu Abay Kunanbayovu, qırğız yazıçı və ictimai xadim Çingiz Aytmatovu, IX əsrin əfsanəvi dastan söyləyəni, ozan və bəstəkarı Dədə Qorqudu bildirmişlər.

Qırğızıstanlı respondentlərin siyahısında birinci yerdə qırğız yazıçı və ictimai xadim Çingiz Aytmatovdayanır. Eyni siyahıda həmçinin,Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, dövlət adamı, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk (1881-1938), məhşur Qırğız dastanı “manas”ın başqəhrəmanı, qırğız millətinin birləşdiricisi Manas, qırğız hərbiçi və dövlət adamı Alay Qırğızlarının 1832 – 1876 illəri arasındakı lideri, komandan Kurmancan Datkaya da yer verilmişdir.

Türk respondentlər. Türk dünyasının aparıcı şəxsiyyətləri kimi dövlət adamı, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü (1881 – 1938), Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və IX əsrin əfsənavi dastan söyləyəni, ozan və bəstəkarı Dədə Qorquduqeyd etmişlər.

Özbəkistanlı respondentlər, türk dünyasının aparıcı şəxsiyyətləri kimi,  müasir Özbəkistanın qurucusu mərhum Prezident İslam Kərimovu (1938-2016), Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, dövlət adamı kimi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü (1881-1938), tarixi şəxsiyyətlər kimi Orta Asiyalı Türk hökümdarıƏmir Teymuru, Orta əsr alimi, filosof və həkim İbn Sinanı, şair,təsəvvüfçü, dövlət adamı Əlişir Nəvaini, Babür imperiyasının qurucusu və ilk hökümdarı, şair və yazıçı Babürü bildirmişdir.

Beş ölkə repondentlərinin cavablarında dövlət adamı kimi ən çox Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün (1881-1938) və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin adları çəkilmişdir.

 

16) Respondentərin tarixi və müasir ictimai və dövlət adamlarını tanıyırlar. Respondentlərtürkdilli ölkələrin artıq həyatda olmayan rəhbərləri İslam Kərimovu, Heydər Əliyevi, Dinməhəmməd Konayevi, Mustafa Kamal Atatürkü, Turqut Özalı, Süleyman Dəmirəli, Saparmurad Niyazovu və hazırkıliderləri Nursultan Nazarbayevi, İlham Əliyevi, Sooronbay Ceenbekovu, Rəcəb Tayyib Ərdoğanı, Qurbanqulı Berdiməhəmmədovu, Şavkat Mirziyoyevi tanıyırlar. Həmçinin, məhşur yazıçılar Abay Kunanbayevin və Çingiz Aytmatovun, tarixi şəxsiyyətlər Əlişir Nəvainin, Əmir Teymurun, İbn Sinanın, Uluğ Begin, Zahirüddin Məhəmməd Babürün, Kurmancan Datkanın, Sultan Sülüymanın, fateh Sultan Mehmətin adlarını sadalamışlar  (bax: bölmə 4).

 

17) Respondentlər Türk Dünyasının mədəniyyət, sənət,elm adamlarını, idmançılarını da tanıyırlar. Respondentlər üçün suallara cavab vermək çox da çətin olmamışdır. Onlar məşhur şairlər, yazıçılar, senaristlər, elm adamları, müğənni, aşıqlar, kino aktyorları, bəstəkarlar, musiqiçilər, jurnalistlər, rəssamlar, idmançılar, balet və rəqs ustaları, kosmanavtlar olmaqla, ümumilikdə 992 ad sadalamışlar. (bax: bölmə 4).

 

18) Tədqiqata görə, Qazaxıstan və Türkiyəinvestisiya və sərmayə qoymaq,  birgə şirkətlər və firmalar açmaq üçüniqtisadi cəhətdən cəlbedici ölkələrdir. (Prioritet ölkələr kimi azərbaycanlılar Türkiyə və Qazaxıstanı; qazaxlar Türkiyə və azərbaycanı; qırğızlar Türkiyə və Qazaxıstanı; türklər Azərbaycan, Türkmənistan və Qazaxıstanı; özbəklər isə Türkiyə və Qazaxıstanı göstərmişlər) (bax: cədvəl 34).

 

19) Elmi və texniki sahədə əməkdaşlıq (birğə layihələr həyata keçirmə, tətqiqatlar aparma, texnalogiya və elmi inkişaf) üçünQazaxıstan və Türkiyəən cəlbedici ölkələrdirlər. (azərbaycanlılar Türkiyə və Qazaxıstanı; qazaxlar Türkiyə və Qırğızıstanı; qırğızlar Türkiyə və Qazaxıstanı; türklər Azərbaycan, Türkmənistan və Qazaxıstanı; özbəklər isə Türkiyə və Qazaxıstanı qeyd etmişlər) (bax: cədvəl 35)

 

20) Respondentlər elim və təhsil sahəsinidəki əməkdaşlığa dair variantları dəstəkləmişdir. (bax: cədvəl 36):

 

● Təhsilin bütün sahələrində tələbə mübadiləsi;

● Təcrübə keçmə, gənc elm adamları və mütəxəssislər arasında təcrübə mübadiləsi;

● Beynəlxalq konfranslar, seminarlar, dəyirmi masalar, elm və təhsil səgilərinin təşkili;

● Birgə beynəlxalq layihələrin hazırlanması;

● Birgə elmi tədqiqat institutu və mərkəzlərinin yaradılması, böyük layihələrin hazırlanması;

● Müxtəlif təhsil sahələri, səviyyələri və ixtisasları üzrə olimpiadaların təşkili;

● Birgə arxeoloji qazıntı işlərinin aparılması.

 

Mədəniyyət, ədəbiyyat və sənət sahələrində (bax: cədvəl 37):

 

● Etnik nümunələr də daxil olmaqla musiqi festifallarının təşkili;

● Türkdilli ölkələrin kino artistlərini dəvət edərək, birgə kinolar çəkmək;

● Kino/teatr festifalları və məşhur türk kino ustaları ilə görüşlər təşkil etmək;

● Qarşılıqlı sənət sərgiləri təşkil etmək, sənət sahəsində təcrübə mübadiləsi;

● Türk mədəniyyəti, ədəbiyyatı və sənəti sahələrində məşhur simalarla görüşlər təşkil etmək;

● Kitab sərgiləri təşkil etmək, birgə mətbəələr yaratmaq;

● Çox oxunan kitabların nəşri, türkdilli ölkələrin şair və yazıçılarının əsərlərinin tərcüməsi.

 

Respondentlər kütləvi informasiya, mətbuat sahəsində əməkdaşlığın bütün növlərini dəstəkləməklə yanaşı, “Türkdilli ölkələrin televiziya kanallarının əlçatanlığının təmin olunması (Azərbaycanlıların 72,9% - i, qırğızların 47.9%-i, türklərin 47,2% - i, özbəklərin 32,7% - i, qazaxların 31,9% -i) təklif ediblər.

 

Kütləvi informasiya, mətbuat sahəsində əməkdaşlıq (bax: cədvəl 39)

 

● Türkdilli ölkələrin televiziya kanallarına rahat çıxışın təmin olunması;

● Birgə televiziya və radio proqramlarının hazırlanması;

● Birgə televiziya kanalları yaratmaq, qəzet və jurnallar  dərc etmək;

● Türkdilli ölkələrin dövri nəşrlərini yaymaq;

● Türkdilli ölkələrdə gedən əsas proseslərin izahı və inkişaf haqqında məlumatlandırma;

● Bütün türk ölkələrinin xəbərlərini özündə cəmləşdirən ortaq xəbər səhifəsinin yaradılması;

● Birgə xəbər agentliyinin yaradılması.

 

21) Beş ölkə respondentləri müasir dövrdəki dini radikallıq, terrorizm, narkotik maddələrin ticarəti, insan alveri kimi təhlükəli məsələlərlə mübarizədə, münaqişələrin həlli və ətraf mühitin qorunması məsələlərində birlikdə hərəkət etmək, həmrəy olmağın vacibliyini bildiriblər. (bax: cədvəl 40)

 

● Respondentlər əməkdaşlığı dərinləşdirmək üçün aşağıdakı təklifləri veriblər (bax: cədvəl 41);

● İqtisadi əməkdaşlıq, sərbəst ticarət;

● Tibb sahəsində əməkdaşlıq;

● Siyasi əməkdaşlıq;

● Sosial sahələrdə əməkdaşlıq;

● Ölkə sərhədlərində əməkdaşlıq;

● Təhsil sahəsində əməkdaşlıq;

● Sərhədyanı çaylarla bağlı problemlərin həlli;

● Turizmi inkişaf etdirmək;

● Ölkələrin qarşılıqlı tanıdılması istiqamətində böyük layihələrin dəstəklənməsi;

● Hərbi sahədə əməkdaşlıq.

● Beş ölkə vətəndaşlarının orta hesabla 5-10%-i türkdilli ölkələrlə birgə beynəlxalq strukturların olduğundan xəbərdardırlar  (bax. cədvəl 42).

● Türk Keneşini: azərbaycanlıların 9,10% - i, qazaxların 5,5% - i, qırğızların 3,1% - i, türklərin 6% - i, özbəklərın 11.7% - i;

● TÜRKSOY-u: azərbaycanlıların 10,2% - i, qazaxların 5,7% - i, qırğızların 4,3%, türklərin 9,1% - i, özbəklərın 8,6% - i;

● TÜRKPA-nı: azərbaycanlıların 5,6%-i, qazaxların 5,7% - i, qırğızların 2,8% - i, türklərin 3,5% - i, özbəklərın 10,0% - i;

● Beynəlxalq Türk Akademiyasını: azərbaycanlıların 9% - i, qazaxların 5,9%-i, qırğızların 1,6% - i, türklərin 6,2% - i, özbəklərin 8,2% - i;

● Türk Kültürü və Miras  Fondunu (Vakfını): azərbaycanlıların 3,5% - i, qazaxların 3,6% - i, qırğızların 1,9% - i, türklərin 7,9% - i, özbəklərın 11,9% - i tanıyır.

 

22) Özbəklərin 11,7%-i, azərbaycanlıların 9,1%-i, türklərin 6%-i, qazaxların 5,5%-i, qırğızların 3,1%-i Türk Keneşinin fəaliyət göstərdiyindən xəbərdardırlar.

 

Anket sorğusu zamanı respondentlərdən hər il təşkil edilən Türkdilli Ölkələrin Dövlət Başçıları Zirvəsindən gözləntiləri soruşulmuşdur. Respondentlərin böyük əksəriyyətinin - qazaxların 83,3% -nin, azərbaycanlıların 68,7% -nin, qırğızların 53,7%-nin, özbəklərin 42,7% -nin və türklərin 31,9% -nin zirvə ilə əlaqədar məlumatları yoxdur.

 

(ardı var)

 

Əfqan Vəliyev
İstanbul Universitetinin Sosiologiya fakültəsinin məzunu, sosiologiya üzrə fəlsəfə doktoru Azərbaycada yeniləşmə və milliyyətçilik hərakatı (İstanbul-2005), Azərbaycan siyasi düşüncə tarixi, Mirzə Bala Məmmədzadə (İstanbul 2006) və Tarixdən günümüzə Azərbaycan (İstanbul 2009) adlı elmi əsərlərin müəllifi.