Regional və qlobal təhlüklər artır - silahlanma rəqəmlərinin dili nəyi göstərir?
İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı bildirib ki, “Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır”. O, bu kontekstdə açıqlayıb ki, Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir.
Ölkə rəhbərinin yeni regional və qlobal konyukturanın təhlükələrlə zəngin olması barədə açıqlamalarının rəqəmlərlə təhlili göstərir ki, bölgədə Qafqazın ən güclü ordusunun yaxın gələcəkdə daha da güclənməsinə ciddi təhlükəsizlik ehtiyacı yaranıb.
Belə ki, müharibədən sonra Ermənistan – Hindistan və Ermənistan Fransa hərbi əlaqələri, silah mübadiləsi kontekstində kifayət qədər artan dinamika göstərir.
Ermənistan-Hindistan silah mübadiləsi (2020-2024)
Xüsusilə 2022-ci ildən etibarən Ermənistan Hindistandan müxtəlif silah sistemləri tədarük etməyə başlayıb.
2022-ci ildə Ermənistan Hindistandan 245 milyon ABŞ dolları dəyərində hərbi avadanlıq, o cümlədən raketlər və artilleriya sistemləri satın aldı. Bunların sırasında Pinaka çoxlu raket atıcı sistemləri, K-9 Vajra özüyeriyən haubitsalar, Akash zenit-raket sistemləri var idi.
2023-cü ildə Hindistan-Ermənistan əməkdaşlığı artaraq yeni müqavilələrin bağlanmasına səbəb oldu. Ermənistanın Hindistandan aldığı silahların qiyməti və növləri tam dəqiqliklə açıqlanmasa da, erməni ordusunun gücləndirilməsi üçün Hindistan istehsalı olan hərbi texnologiyaların alınması planlanırdı.
2024-cü ilin ortalarından sonra artıq Ermənistanın Hindistandan 600 milyon dollarlıq silah alması təsadiqləndi.
Ermənistan-Fransa silah mübadiləsi (2020-2024)
Fransa ilə Ermənistan arasındakı hərbi əməkdaşlıq, Ermənistanın Qərb ölkələri ilə əlaqələrini gücləndirmək istəyi ilə izah olunur.
2021-ci ildə, Fransa Ermənistanla hərbi əlaqələri daha genişləndirdi. Bunun nəticəsində Fransa Ermənistanı müxtəlif hərbi texnikalar və müdafiə sistemləri ilə təmin etməyə başladı.
2022-ci ildən etibarən Ermənistan Fransa ilə müdafiə sahəsində bəzi tədarüklər aldı. Media məlumatlarına görə, Fransa Ermənistanı xüsusi müdafiə texnikaları ilə təmin etməyə çalışırdı, lakin bu tədarüklərin dəyəri və miqyası dəqiq açıqlanmır.
2023-cü ildə Ermənistan Fransadan silah tədarükünü artırmaq məqsədilə hərbi əməkdaşlığı davam etdirdi. Fransa, xüsusilə artilleriya sistemləri və zenit-raket sistemləri sahəsində Ermənistana texniki yardım göstərmək niyyətində idi.
Bu təhlillər göstərir ki, bölgədə təkcə Ermənistan silahlanmır.
Belə ki, Cənubi qafqaz ölkələrinin, əlavə olaraq, Türkiyə, İran və Rusiyanın 2020 - 2023-cü illərdə hərbi xərcləri dayanmadan artır.
Azərbaycan
2020: 2.2 milyard ABŞ dolları (İkinci Qarabağ müharibəsinin təsiri ilə artım)
2021: 2.7 milyard ABŞ dolları
2022: 2.8 milyard ABŞ dolları
2023: 3.1 milyard ABŞ dolları (təxmini)
Ermənistan
2020: 634 milyon ABŞ dolları (Qarabağ münaqişəsi ilə bağlı)
2021: 680 milyon ABŞ dolları
2022: 742 milyon ABŞ dolları
2023: 850 milyon ABŞ dolları (təxmini)
Gürcüstan
2020: 370 milyon ABŞ dolları
2021: 400 milyon ABŞ dolları
2022: 480 milyon ABŞ dolları
2023: 520 milyon ABŞ dolları (təxmini)
İran
2020: 15 milyard ABŞ dolları
2021: 15.6 milyard ABŞ dolları
2022: 24.6 milyard ABŞ dolları (sanksiyaların və regional gərginliyin təsiri)
2023: 25 milyard ABŞ dolları (təxmini)
Türkiyə
2020: 20.4 milyard ABŞ dolları
2021: 22.5 milyard ABŞ dolları
2022: 24.2 milyard ABŞ dolları
2023: 26 milyard ABŞ dolları (təxmini)
Rusiya
2020: 61.7 milyard ABŞ dolları
2021: 66 milyard ABŞ dolları
2022: 86.4 milyard ABŞ dolları (Ukrayna müharibəsinin təsiri)
2023: 90 milyard ABŞ dolları (təxmini)
Digər mühüm bir məsələ - hərbi büdcənin hərbi xərclər anlayışı ilə eyni olmamasıdır.
Belə ki, Rusiyanın 2024-cü ilə aid hərbi büdcəsi 90 milyard dollar olaraq açıqlansa da, illik hərbi xərci artıq SIPRI 2024-cü ildə 140 milyard dollara çatacağını və bütün dövlət xərclərinin 35%-ni təşkil edəcəyini təxmin edir.
İranın cəlb edildiyi bölgə savaşları, Türkiyənin yer aldığı mürəkkəb hərbi-siyasi coğrafiya, Ermənistanın revanşizm istəyi, Gürcüstanda yaşanan daxili siyasi böhran ölkəmizi güclü olmağa məcbur edir. Bununla yanaşı, bölgə uğrunda Fransa və Hindistanın amansız mübarizəyə başlaması ondan xəbər verir ki, qarşıdakı illərdə bizi daha ciddi dövrlər gözləyir və prezidentin açıqladığı nüanslar həmən proseslərə işarədir.
Sosial Tədqiqatlar Mərkəzininin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli