Makron Kremlə demarş edir?
Gündəmimizin önəmli məsələsi müharibədən sonra dəyişib, çünki coğrafiya siyasətin yeni hüdudlarını müəyyən etdikcə siyasi baxışların arealları bəzən okenlar aşmağa başlayır. Məsələn, indiki kimi.. Siyasi qayıqların fəth üşün çıxdığı qlobal münasibətlərdə dalğalar, “əyrilər”, xətlər, relyeflər, sualtı qayalıqlar və təhlükələrlə dolu bir dünya bizi gözləməkdədir. Lakin biz siyasət okeanında bir zamanların coğrafiyaca elə bizim boyda olan Portuqaliyası olmağa MƏHKUMUQ.
Bu məhkumluq yaşamaq savaşı uğrunda amansız təbəddüllatları yenməyə, qüdrətin zirvəsindən boylanmağa və bütün tənəzzül dövrlərinin gizli enerjisini toparlayıb, yüksəlməyə xərcələmək savaşıdır.
O baxımdan, qapımızı döyənlərin artıq kimliyi önəm daşımır, zirvədəsinizsə, sizin plana daxil olan və olmayan onlarla güclü rəqibiniz vardır. Onların sırasında isə kimlər yoxdur ki…
Birinci fikir:
Fransa erməni əsgərlərini Rusiyaya qarşı müharibəyə hazırlayır. Rusiyalı məşhur jurnalist, Dövlət Duması prezidenti Vyaçeslav Volodinin keçmiş müşaviri Anastasiya Kaşevarova Teleqram kanalında belə bir bəyanatla çıxış edib.
O, erməni hərbçilərinin Fransada təlim keçməsi barədə məlumat verərək, onların gələcəkdə Ukraynaya göndəriləcəyini bildirib. Kşevarovanın sözlərinə görə, hərbi hazırlıq barədə əvvəllər “Zerqulio” telekanalının yaydığı məlumat təsdiqlənib.
Açığı, deyə bilərik ki, Rusiya nəhayət münasibətlərdəki rəng tonunu tündləşdirməyə başlayıb.
Tarixdə ruslara qarşı ermənilərin çıxış etməsi ilə bağlı xüsusi bir hal olmasa da, Fransa bunu Ermənistandan tələb edir ki, avropalı dəyərləri və standratlarına sahib olmaq üçün özünü qurban verməlidir və bu yolda nümunə kimi çəkdikləri ölkə parçalanmış Gürcüstan və dağıdılmış, işğal edilmiş Fransadır.
Amma her şeydən əvvəl onu da tirajlayırlar ki, İrəvan öz bədəlini Qarabağı itirməklə ödəyib.
Dünyada demokratiya beşiyi kimi tanınıb, beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyünə hörmət etməyə borclu olan Aİ, ABŞ və Fransa deyir ki, Azərbaycan öz torpaqlarını azad etdiyi üçün işğalçıdır. Amma bu, Gürcüstan və Ukraynaya görə belə deyilmiş. Ona görə ermənilər rahatca avropalaşa bilərlər.
Açığı Bakının məlum mövqeyini hamımız bilirik, lakin çox yaxınlarda Rusiyada daErmənistan-Fransa hərbi ortaqlığından istehza ilə danışdılar, xüsusilə qeyd etdilər ki, Ermənistana “Bastion” zirehli texnikası verilməsi haqda.
Fransanın “Bastion” zirehli texnikasının Ukraynada real döyüş əməliyyatları şəraitində kifayət qədər aşağı effektivlik nümayiş etdirdiyini iddia edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bunları deyib:
“Əgər bu, sadəcə meydanlarda nümayiş etdirmək üçündürsə, bəlkə bir məqam var, amma səmərəlilikdən danışsaq, bunu ordumuz deyə bilər. Sadəcə, Fransa Ermənistana yaraşmayan bir şeyi satdı ki”.
Maraqlıdır ki, Fransa Rusiya ilə tərəziyə çıxa biləcək ölkə olmadığını bir çox cəbhələrdə, son dəfə isə Liviyada görmüşdük, lakin orda Türkiyə silahlarının da gücünü görəndən sonra Bakıdakıə Qənimətlər Parkının inventarında fransız silahlarını olacağını artıq kimsənin bilmədiyini aşkarca ruslar da deyirlər.
Amma Moskva düşünür ki, qərbin hazırladığı terrorçu qruplar silahlardan daha təhlükəlidir.
8 yanvar 1977-ci ildə Moskvada bir neçə terror aktı həyata keçirilib. 17.33-də Moskva metrosunun vaqonunda “İzmaylovskaya” və “Pervomayskaya” stansiyalarının arasında partlayıcı qurğu işə düşmüşdü. Bu terrorda ölənlərin sayı xeyli çox idi, törədənlər isə məhz SSRİ-nin və KQB-nin güclü dövründə Moskvanı hədəfə alanlar, ASALA və “Ermənistan birləşmiş milli partiyası”nın terrorçuları idilər.
İndi tələbələr arasında Rusiyaya qarşı hazırlanan proqrama “Ermənistan Respublikası Müdafiə Nazirliyinin dəstəklədiyi proqramda) iştirak etməli olan şəxslər “Artsaxdan” olan könüllülər və hərbi qulluqçulardır.
Hibrid müharibə deyirlər bu gedişata.
Həm Qarabağın itirilməsində Moskvanı günühlandırmaqla erməni millətçiliyinin hissləri ilə spekulyasiya etmək, həm də Azərbaycana qarşı çıxış üçün ermınilərə fransız silahlarının verilməsini leqallaşdırmaq.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, sözügedən hərbi texnikanın ötürülməsi Ermənistanın hərbi potensialının gücləndirilməsinə və regionda “dekonstruktiv hərəkətlərə” xidmət edir.
“Fransanın böhtan xarakterli anti-Azərbaycan kampaniyası və regionda destruktiv fəaliyyəti fonunda Ermənistanın hərbiləşdirmə siyasətinə xidmət edən addımlar Fransanın regionda yanlış maraqlarının olduğunu göstərir. Ermənistan və Fransa regionda silahlanma və hərbiləşdirmə siyasətinə son qoymalı, bu ölkələr nəhayət başa düşməlidirlər ki, regionda sülh və əməkdaşlığa alternativ yoxdur”, – deyə ölkəmizin Xarici İşlər Nazirliyi bildirib.
Qərbdən qərbə yollar görünür.
Noyabrın 27-dən sonra Azərbaycan USAİD-din ardınca sonra ölkədəki daha bir Amerika lobbi mərkəzini Azərbaycan əleyhinə təbliğat və təxribatda ittiham edərək bağlayıb. Məlumatda bildirilir ki, ABŞ-da kurslarda iştirak edən azərbaycanlıların ABŞ-ın Bakıdakı səfirliyinin nümayəndələri ilə görüşü baş tutmayıb. USAİD-in ölkədən çıxarılmasına gəlincə, Bakıda həmin struktur və xüsusən onun direktoru Samanta Paurin əməlləri ifşa edildi və, onlardan biri də “Artsaxın” və keçmiş dövlət naziri arasında sözdə sıx əməkdaşlıqdır.
Hazırda Azərbaycanda cinayət əməllərinə görə saxlanılan Ruben Vardanyançbu məsələdə əsas adamdır.
Deməli, Fransadan, ABŞ-dan başlanan həmlə eyni nöqtədə dayaq tapmaqdadır.
Azərbaycana qarşı cəbhə formalaşdırmaq, mövcud elektoratla sabitliyi pozmaq, dairəni genişləndirməklə prosesə Ermənistanı, Rusiyanı qatmaq. Nəticədə əsas zərbəni Bakıya vurmaq.
Yan elementlər kimi isə Bakıda yaşanan prosesləri tutalğaca çevirmək.
Yəni insan haqları, söz azadlığı, demokratiya və s. adlar altında əsas niyyətlərini pərdələmək.
…
İkinci pərdə.
Son vaxtlar Paşinyan və komandasının üzvlərinin Kremlə qarşı davamlı demarşlara əl atmasına baxmayaraq, Ermənistanın baş naziri, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun verdiyi məlumata görə, Avrasiya İqtisadi İttifaqının sammitində iştirak edəcək.
Yeri gəlmişkən, Ermənistanın maliyyə nazirinin müavini Vaan Sirunyan noyabrın 27-də parlamentdə büdcə məsələlərinin müzakirəsi zamanı təsdiqləyib ki, bu ilin 9 ayı ərzində Ermənistanın Rusiyaya ixracının həcmi təxminən 85 faiz artıb. Nazir müavininin özünün sözlərinə görə, reeksport, eləcə də Rusiyadan bu günə qədər davam edən insan və kapital axını ilə əlaqədardır.
Digər paradoks isə ondan ibarətdir ki, Rusiyadan hərbi-siyasi asılılığını aradan qaldırmaq üçün guya sistemli addımlar atan Ermənistan, eyni zamanda, məhz Rusiya Federasiyası və Avrasiya İqtisadi İttifaqı ilə azad ticarət yolu ilə iqtisadi göstəricilərini yaxşılaşdırır.
Bir sözlə, pul və ticarətə gəldikdə, Rusiya Paşinyanın gözündə çox cəlbedici görünür.
Bəs həmin o məşhur suala Moskva haçan cavab verəcək:
Amma Paşinyan daha da irəli gedərsə, məsələn, KTMT-dən rəsmən çıxsa və ya Gümrüdəki 102-ci bazanın öz ərazisindən çıxarılmasını tələb etsə, o zaman Moskva çox güman ki, daha qətiyyətli və birmənalı hərəkətlərə keçəcək.
Bu arada Ermənistanın baş naziri Nikol Paşinyanın Cənubi Osetiya və Abxaziyanın Gürcüstan əraziləri kimi tanınması ilə bağlı bəyanatı bu regionların “liderlərinin” qəzəbli reaksiyasına səbəb olub və onlar Paşinyana Qarabağı xatırladıb və onu “satqın” adlandırıblar.
Dərhal Gürcüstan məsələsindən yola çıxsaq, pis olmaz.
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünün əməkdaşlıq üçün çox faydalı olacağını düşünürəm. Ölkələrimiz regionda sülh və inkişaf üçün birgə əməkdaşlığı bundan sonra da davam etdirəcək”.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşünün yekununa həsr olunmuş mətbuat konfransında söyləyib.
Üçlü görüşün fransız silahlarının Poti Limanından Ermənistana buraxılmasından sonra görünür iki qardaş türk ölkəsi Tiflisə başa salıb ki, onun təhlükəsizliyinin qarantı kimlərdir.
Deməli, bölgədə 3+3 formatında güclü siyasi hərəkətliliyin hərbi bazası da inşa edilməyə başlayıb.
O baxımdan Türkiyə bölgədəki proseslərə mane olan ABŞ-ı ifşa etməyə qərar verib. Belə ki, “ABŞ Türkiyədən Qarabağın azad edilməsi üçün Azərbaycana dəstəyi dayandırmasını tələb edib”.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik mətbuat konfransında deyib.
O qeyd edib ki, Vaşinqtonun o vaxtki tələbi “F-16” qırıcılarının Türkiyəyə göndərilməsi üçün şərt kimi irəli sürülüb. Yəni Azərbaycana kömək etməsə, F-16 ala bilərmiş Türkiyə.
Və bundan dərhal sonra “Biz Azərbaycan və Ermənistan üçün sülhə nail olmaq üçün real imkan görürük”. Sözləri ilə efirə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayen çıxır.
“Hər iki tərəfin bir-biri ilə birbaşa və vasitəçilərlə danışıqlar aparması bizi ruhlandırır. Bunun sayəsində (hər iki tərəfin danışıqları-red) regiona fayda üçün real imkan görürük. Məsələn, Mərkəzi Asiyadan ticarət Azərbaycan və Ermənistandan Türkiyəyə keçsə, bu, ticarət yolu üzərində yerləşən bütün ölkələr üçün əhəmiyyətli təkan olacaq.
Bilirik ki, onlar tezliklə sülh sazişinin əldə olunmasında maraqlı olduqlarını bildiriblər və biz bunun baş tutmasını istərdik”, – ABŞ dövlət katibinin köməkçisi deyib.
Amerikalı diplomat məncə, artıq fərqindədir ki, Vaşinqton bitərəflik statusunu itirdi və ifşa edildi.
Lakin Azərbaycanın səsini eşidən və daha ədalətli davranan digər qə\rb gücləri də mövcuddur. Məsələn, B.B.
Prezident İlham Əliyev Britaniyanın dövlət naziri ilə görüşdə bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəl yoxdur və Azərbaycan Ermənistanla dialoqa hazırdır.
Nəticə əvəzi:
Proseslər bizi ABŞ və Aİ-da olacaq seçkilərə görə daha gərgin atmosferə doğru daşımaqdadır.
Azərbaycan daxili və xarici həmlələrlə qlobal məkanda yeni vizyon müəyyən etməyə davam edəcək.
Qarşıda bizi çoxsaylı maraqların olduğu çətin sinaqlar gözləyir, amma bu proseslərə Bakı əvvəlki kimi yarımçıq ərazisi və münaqişəli problemləri ilə getmir: Bütöv və güclü, qalib və aydın formada gedir.
Dost və düşman, maraqlar və strateji əlaqələr üzərindən baxır. Biz yeni dünyanın yeni modelli dövlətiyik, təkcə Bloklara Qoşulmama Hərəkatına, “Bakı Təşəbbüs” ünə baxmaq kifayət edər ki, hədəf hansı səviyyədədir.
Əziz Əlibəyli