Yuxarıya
skip to main content

Beyin mərkəzlərinin idarə edilməs üzrə təlim keçirilib

19.05.2023

15-17 May tarixlərində Beyin Mərkəzlərinin İdarə Edilməsi üzrə keçirilmiş təlimdə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, Daxili siyasətin təhlili şöbəsinin müdiri professor Tahirə Allahyarova və STM-in İnkişaf və əməkdaşlıq üzrə sektor müdiri Aytən Babayeva iştirak ediblər. Üç gün ərzində davam edən müzakirələrdə Mərkəz təmsilçilərinin irəli sürdüyü təkliflər, beyin mərkəzləri forumunun keçirilməsi üzrə qazanılmış təcrübəyə dair səslənən fikirlər və STM-in öz nizamnamə funksiyasından irəli gələrək bu sahədə mövqeyi və gördüyü işlər, inkişaf strategiyasına dair gələcək töhfələrilə bağlı ifadə edilən məqamlar olduqca maraqla qarşılanıb.

Ümumən, təlim çərçivəsində beyin mərkəzlərinin yaradılması və idarə edilməsinin əsas keyfiyyət elementlərinə baxış, bu kimi təşkilatların fəaliyyətinin ictimai-sosial əhəmiyyəti, onların cəmiyyətin analitik maarifləndirilməsində rolu, həmçinin, ictimaiyyətlə ünsiyyət və elmi-təhlil xarakterli təbliğat, strateji planlaşdırmanın inkişafı haqqında tövsiyələr verilməklə geniş fikir mübadiləsi aparılıb.