Yuxarıya
skip to main content

Moldova əhalisinin təxminən yarısı ölkənin Aİ-yə daxil olmasını dəstəkləyir

10.04.2023

Moldovada əhalinin demək olar ki, yarısı ölkənin Avropa İttifaqına üzv olmasını istəyir. Onlar düşünürlər ki, Moldovanın Avropa İttifaqına daxil olması ölkənin inkişafı üçün düzgün yoldur.
Bu barədə “Meganta Consulting”in təsisçisi Dumitru Slonovschi bildirib.
Respondentlərin 34%-i isə hesab edir ki, ölkə Rusiya ilə əlaqələri davam etdirməlidir. Sorğuda iştirak edənlərin əksəriyyəti isə bildirir ki, Ukraynadakı müharibədə Rusiya Federasiyası günahkardır. Sorğu iştirakçılarının 30%-dən çoxu Ukraynanın haqlı olduğuna, 16%-i haqlı olmadığına inanır. Respondentlərin təxminən 26%-i isə Rusiyanın Ukraynadakı müharibədə haqlı və daha çox haqlı olduğunu qeyd edir.
Dumitru Slonovschi bildirib ki, sorğuda iştirak edən vətəndaşların əksəriyyəti Avropaya inteqrasiya prosesində əsas maneə olaraq korrupsiya, proteksionizm kimi daxili problemləri göstərib.
Sorğu Moldova Respublikasında 1421 nəfərin iştirakı ilə üzbəüz aparılıb. Xəta payı 2,9%-ə bərabərdir.

Şəfanə İbrahimova
Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi